Bağayarpağının müalicəvi möcüzələri
Azərbaycanda yabanı halda bitən bağayarpağının 13 növü vardır ki, onlardan 7-si təbabətdə işlədilir. Yer kürəsinə yayılmış 200-ə yaxın növü məlumdur. Onların çoxu alaq otudur. O, qiymətli bitkilərdən biri hesab olunaraq, xalq təbabətində geniş tətbiq olunur. Onun yarpaqlarının tərkibində xolin, kalium, kalsium duzları, selik, yağ və zülali maddələr var, bütün növlərinin təzə yerüstü hissəsi fitonsid və bakterisid xüsusiyyətlərə, tərkibindəki selik bakteriyaları udmaq qabiliyyətinə malikdir.Əsasən böyük bağayarpağının yarpaqlarından hazırlanan dəmləmə və ekstraktlardan yuxarı tənəffüs yollarının xəstəliklərində istifadə olunur. Onun şirəsi mədə turşuluğunun azalması, 12 barmaq bağırsağın xəstəlikləri zamanı işlədilir. Bitkinin quru yarpaqlarından hazırlanmış tozlar məlhəmlərin tərkibinə daxil edilir, yara və xoraların müalicəsində müvəffəqiyyətlə tətbiq edilir. Bağayarpağının yarpaqları yaradakı irini azaldır, iltihabı aradan qaldırır, dərinin epitelləşməsini və çapıqlaşmasını tezləşdirir. Bu, bitkinin antibakterial təsiri ilə əlaqədardır.
Bağayarpağı (plantago major)İltihab əleyhinə antiseptik təsir göstərir, bronx vəzilərinin sekresiyasını artırır, bəlğəmi yumşaldaraq tənəffüs yollarından evakuasiyasını asanlaşdırır. Şirəsinin xora əleyhinə mədə sekresiyasını artırmaq xüsusiyyəti var. Həmçinin kəskin və xroniki laringit, bronxit, bronxial astma, xroniki qastrit, mədə və onikibarmaq bağırsağın normal və ya sekresiyanın azalması ilə müşayiət olunan xora xəstəliyində, xroniki enterit, kolitdə təyin olunur, qanın laxtalanmasını və yaranın yaxşılaşmasını təmin edər, yaranın iz buraxmasının qarşısını alar. Bağayarpağının əzilmiş yarpaqları yaraları çirkdən qoruyan və mikrob düşməsinə maneə törədən bir maye ifraz edir, qızdırmanı salır, antibakterialdır.Astma üçün də xeyirlidir. 1 xörək qaşığı quru və ya təzə böyük bağayarpağının üzərinə 1 stəkan qaynar su tökərək 15 dəqiqə saxlayıb süzürlər. Ondan gündə 4 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı qəbul edirlər.
Belə resept də istifadə etmək olar: 3 xörək qaşığı xırdalanmış təzə yarpaqları 3 xörək qaşığı balla və ya şəkər tozu ilə qarışdıraraq 4 saat bağlı qabda isti plitədə qızdırırlar. Bu şərbətdən gündə 4 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1 çay qaşığı qəbul edirlər. Bağayarpağı həlimi tənəffüs orqanları xəstəliyində bəlğəmli öskürəyə qarşı bir vasitədir. Həmçinin bronxial astmada və vərəmdə istifadə edilir. Aterosklerozun müalicəsi zamanı da istifadə olunur. 1 xörək qaşığı xırdalanmış quru bağayarpağı üzərinə 1 stəkan qaynar su tökürlər. 10 dəqiqə saxladıqdan sonra süzürlər. Dozanı 1 saat ərzində qurtumlarla içirlər. Belə resept də istifadə etmək olar: tər yarpaqları diqqətlə yuyurlar, kəsərək şirəsini çıxarırlar. 1 stəkan şirəni həmin qədər balla qarışdıraraq 20 dəqiqə qaynadırlar. Onu gündə 2 - 3 xörək qaşığı qəbul edirlər. Sistit zamanı isə 2 çay qaşığı bağayarpağı toxumlarından yuyurlar, üzərinə 1 stəkan qaynar su tökərək 10 dəqiqə saxlayırlar. Acqarına 1 çay qaşığı qəbul edirlər.Bağayarpağı yol kənarlarında və rütubətli yerlərdə bitir. 40 santimetrə qədər böyüyə bilər. Xüsusilə qidalandırıcı maddələrin zəngin olduğu çöllərdə, yamaclarda və yol kənarlarında daha çox rast gəlinir. Bu bitkiyə may ayından sentyabra qədər rast gəlmək mümkündür.
Bağayarpağı hansı narahatlıqlarda istifadə edilə bilər:
Əzilmiş halında yaralanmalarda olduğu qədər, açıq yara və böcək sancmalarında
Diş əti iltihabında
Öskürək, bronxit və tənəffüs yollarındakı bəlğəm zamanı
Mədə -bağırsaq xəstəliklərində
Sidik yolu infeksiyalarında
Bağayarpağı toxumu, toxum kimi yeyilsə böyrək daşlarını salar.
Bağayarpağının siropu qanı təmizləyər .
Bağayarpağı çayı necə hazırlanar?
Bağayarpağı bitkisi
1desert qaşığı bağayarpağı, 1 çay qaşığı kəklikotu, 1 su stəkanı su ilə qaynadılıb süzülür.
Bağayarpağı siropu: 1 su stəkanı bağayarpağı blenderdən keçirilir, bir az su, 1 su stəkanı şəkər tozu, 1 stəkan bal, 3 ədəd mixəng atıb 10 dəqiqə qaynadılır. Şərbət olduqdan sonra soyudularaq şüşə qablara qoyulur və soyuducuda saxlanılır. Bundan hər gün böyüklərə 1 xörək qaşığı, uşaqlara 1desert qaşığı verilməlidir. 1,5 ay müddətində içilməlidir.
Bu gün, 10:14
Amerikalı nazir açıqladı: ABŞ İrana qarşı yeni əməliyyata başladı
Bu gün, 10:03
Avropa çempionatı: Hidayət Heydərov bu gün mübarizəyə başlayır
Bu gün, 09:40
Sahibə Qafarova bu gün Alen Simonyanla görüşəcək
Bu gün, 09:37
Bakıdan Kürdəmirə rəmzi qatar yola salındı
Bu gün, 09:28
Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb
Bu gün, 09:24
Rusiyada kriptobirja sındırıldı, istifadəçilərin milyonlarla pulu oğurlandı
Bu gün, 09:20
Azərbaycanda ev almaq niyə getdikcə çətinləşir? — AÇIQLAMA
Bu gün, 09:16
Yutubda artıq bu da mümkündür
Bu gün, 09:00
Sosial ödəniş alanlarla bağlı YENİ XƏBƏR
Dünən, 16:00
4 dəniz LAYİHƏSİ – Dünyanın XİLASI Türkiyənin əlində
Dünən, 15:50
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfər edib - FOTO
Dünən, 15:30
Separatçılardan Xankəndidəki kilsə haqda AĞ YALAN
Dünən, 14:22
Şagirdləri qatil edən oyun: "PUBG" qadağan olunsun! ÇAĞIRIŞI
Dünən, 13:23
May ayının qeyri-iş günləri AÇIQLANDI
Dünən, 13:17
Türkiyədə yaxalandı, Bakıya gətirilir - narkotik şəbəkəsinin izləri haraya gedib çıxır?
Dünən, 13:12
Prezidentin fərmanı icra olundu: Bu gündən ETİBARƏN...
Dünən, 12:45
Sabah 21 dərəcə isti olacaq
Dünən, 12:40
BŞTİ fotosu yayılan direktorla bağlı məlumat yaydı
Dünən, 12:01
İranlı narkotacirə kuryerlik edənlər Binəqədidə ələ keçdilər - VİDEO
Dünən, 11:52
Bu şəxslər peyvənd olunacaq
Dünən, 11:49
35 il sonra Ermənistandan məhsul aldıq
Dünən, 11:46
Daxili İşlər Nazirliyi tərəfindən genişmiqyaslı əməliyyatlar: çoxsaylı cinayətlər açılıb, silah və narkotik vasitələr götürülüb
Dünən, 11:14
Sabunçu tunelində də yol çökdü - Video
Dünən, 10:44
Cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayır
Dünən, 10:06
Azərbaycandan qaçan məktəb direktoru - Türkiyədə tutuldu
Dünən, 09:24
Bakıda dövlət qurumlarının avtomobilləri hərraca çıxarıldı – Qiymətlər
Dünən, 09:19
İsrail və Livan liderləri sabah danışacaq - 34 il sonra