Ölkənin müxtəlif ərazilərində soyğunlar törədilib
Kriminal
Oxunub: 1 262
26 fev 2016 | 20:02
Bakıda soyğunçuluqla məşğul olan qadın saxlanılıb. O qadınları hədələyərk əl çantalarını alırmış. Bərdədə isə evi soyan şəxslər tutulub. Aparılan istintaq tədbirləri ilə isə daha öncə saxlanılan şəxslərin yeni əməlləri üzə çıxıb.

Bakı şəhər sakini olan bir nəfər qadın Nəsimi Rayon Polis İdarəsinə müraciət edərək tanımadığı şəxsin Moskva prospektində ona məxsus içində 900 ABŞ dolları, 153 manat pul, bir ədəd mobil telefon və şəxsiyyət vəsiqəsi olan çantanı əlindən alıb qaçması barədə məlumat verib. Nəsimi RPİ Cinayət Axtarış Şöbəsi əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq cinayətini törətməkdə şübhəli bilinən Sabunçu rayon sakini Ceyhun Seyfullayev saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edilən faktla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. Polis əməkdaşları saxlanılan şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. C.Seyfullayevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nəsimi RPİ-yə müraciət edə bilərlər.

Bərdə rayonunda evə basqın edərək xeyli miqdarda pul və qızıl-zinət əşyaları aparılması faktına görə saxlanılanlar var. Bərdə rayon Polis Şöbəsindən verilən məlumata görə saxlanılan şəxslərin mütəşəkkil cinayətkar dəstənin üzvləri olduğu bildirilir. Hələlik onların adları istintaq sirri olduğu üçün tam açıqlanmır. Amma həmən şəxslərin rayon ərazisindən kənarda tutulduqları təsdiqlənib. Qeyd edək ki, bir neçə gün əvvəl gecə saatlarında Bərdə rayonunun Soğanverdilər kənd sakini Bayramov Vəkil Əsgər oğlunun evinə girən 3 nəfər maskalı şəxs ev sahibini döyüb, əl-qolunu bağladıqdan sonra evdə olan pul, qızıl-zinət əşyalarını aparıblar. Vəkil Bayramov xəsarətlə xəstəxanaya yerləşdirilib.

Fevralın 12-də oğurluq etdiklərinə görə, tutulan 3 nəfərdən ibarət cinayətkar dəstənin yeni əməlləri də üzə çıxıb. Saxlanılan Vasif Namazovun, Vicahid Xəlilovun və Elçin Xeyirxəbərovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi, Gəncə ŞBPİ və Göygöl RPŞ əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların Göygöl rayon sakinləri Xəqani Verdiyevə məxsus evdən 800 manat, Sona Əsgərovaya məxsus evdən 700 manat, 5000 manat dəyərində qızıl əşyalar və sənədlər oğurlamaları da müəyyən edilib. Həmin şəxslər ətrafında istintaq tədbirləri davam etdirilir.

Artıq bütün faktlarla bağlı cinayət işi açılıb.

http://kepeztv.az
Bu gün, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Bu gün, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Bu gün, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Bu gün, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Bu gün, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Bu gün, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Bu gün, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Bu gün, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Bu gün, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Bu gün, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Bu gün, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Bu gün, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Bu gün, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Bu gün, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Bu gün, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Bu gün, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Bu gün, 09:43
Zelenski müsahibə zamanı ağladı
Bu gün, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Bu gün, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Bu gün, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib