Bakı, Masallı və Şəkidə oğurluq faktları baş verib
Kriminal
Oxunub: 1 226
20 fev 2016 | 10:38
Bakı, Masallı və Şəkidə oğurluq faktları baş veribBakıda qayın yeznənin evindən külli miqdarda pul oğurlayıb. Masallıda bağçadan 3600 manat dəyərində oğurluq edən rayon sakini yaxalanıb. Şəki şəhərində isə mağaza yaran cinayətkar dəstə yaxalanıb.

Paytaxtın Bakuvi küçəsi, ev 12 ünvanında oğurluq faktı baş verib. Həmin ünvanda yaşayan Turan Seyidov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, onun evindən 45 min ABŞ dolları oğurlanıb. O, polisə müraciətində bildirib ki, pullar mənzilində saxladığı seyfdən aparılıb. Həyata keçirilin əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, oğurluğu zərərçəkənin qaynı - 45 yaşlı Yaşar Məmmədov törədib. Həmin şəxs həbs olunaraq istintaqa cəlb edilib və ilkin ifadəsində ona qarşı irəli sürülən ittihamları etiraf edib.

Bakıda aparılan növbəti bir əməliyyatla isə tək yaşayan qadının mənzilindən oğurluq edən şəxs tutulub. İstintaq tədbirləri ilə sübuta yetirilib ki, fevralın 17-də Humay Yusifovaya məxsus evdən 2770 ABŞ dollarını və qızıl əşyaları Bakı şəhər sakini Ağalar Quliyev oğurlayıb.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində isə rayon sakini 41 yaşlı Tofiq Ağayev şübhəli şəxs qismində saxlanılıb. İlkin araşdırmalardan sonra müəyyənləşdirilib ki, Tofiq Ağayev müxtəlif vaxtlarda gecə saatlarında rayonun Həzi Aslanov küçəsində yeni inşa olunan uşaq bağçasının pəncərəsindən qanunsuz daxil olub. O, bağçadan müxtəlif adda tikinti və məişət avadanlıqları oğurlayaraq 3600 manat dəyərində maddi ziyan vurub. Polis şöbəsində saxlanılan şəxsin üzərinə baxış keçirilərkən onun cibindən şəxsi istehlak miqdarından artıq çəkidə - 9, 741 qram narkotik vasitə olan tiryək aşkarlanaraq götürülüb.
Fevralın 18-də Şəki şəhərində yaşayan Elşən Əsədliyə məxsus mağazadan pul və tütün məmulatı oğurlayan şəxslərin kimliyi də müəyyən olunub. Hadisəni törədən Zaqatala rayon sakinləri Yaşar Səlimov, Namiq Mirzəyev və Salyan rayon sakini Xəyal İsmayılov tutulub. İsitntaqla sübuta yetirilib ki, bu şəxslər dəstə şəklində ətraf rayon və kəndlərdə oxşar cinayətlər törədiblər.

Artıq bütün faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

http://kepeztv.az
Bu gün, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Bu gün, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Bu gün, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Bu gün, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Bu gün, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Bu gün, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Bu gün, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Bu gün, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Bu gün, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Bu gün, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Bu gün, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Bu gün, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Bu gün, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Bu gün, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Bu gün, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Bu gün, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Bu gün, 09:43
Zelenski müsahibə zamanı ağladı
Bu gün, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Bu gün, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Bu gün, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib