6 yaşlı uşağın dəhşətli qətli - Yeni faktlar - Foto
Beyləqanda baş verən dəhşətli qətlin təfərrüatı məlum olub. Rayonunun Yuxarı Kəbirli kənd sakini Zahid İsgəndərovun 6 yaşlı oğlunun boğazını kəsməsinin səbəbi oğlunu anasına vermək istəməməsi olub.Dünən- fevralın 15-də 6 yaşlı oğlu Ümidin boğazını kəsən ata daha sonra qardaşına zəng edərək bu barədə məlumat verib. Özü isə hadisə yerindən qaçıb. Z.İsgəndərov fevralın 16-da polis əməkdaşları tərəfindən tutulub.
Qatilin qardaşı Vahid İsgəndərov musavat.com-a açıqlamasında hadisənin baş vermə səbəblərini açıqlayıb. Onun sözlərinə görə, buna səbəb qardaşı ilə qayınatası və yoldaşı arasında son günlər baş verən mübahisə olub. Z.İsgəndərov oğlunu anasına vermək istəmirmiş. Hətta buna görə bir neçə dəfə qayınatası ilə aralarında ciddi mübahisələr olub və qayınatası ondan polisə şikayət edib.
Dəhşətli qətli törədən Z.İsgəndərov daha sonra qardaşına zəng edib və oğlunu öldürdüyünü söyləyib: “Çox vaxt axşamlar uşağı kəndə mağazaya aparırdı. Elə həmin gün də bu adla uşağı evdən götürüb. Qardaşım içki içən idi. Amma uşağa indiyə qədər bir sillə belə vurduğunu görməmişəm. İçəndən sonra başqaları ilə dalaşardı, onları söyərdi. Amma uşağına heç nə etməzdi. Axşam zəng elədi dedi ki, uşağın başını kəsmişəm. Dəhşətə gəldim, inanmadım. Dedi ki, filan yerdədir, gedin götürün”.
Vahid İsgəndərov qardaşının belə bir əməl törətməsinin səbəbi kimi yoldaşı və qayınatası arasında olan mübahisəli vəziyyəti göstərdi: “Hadisəyə səbəb onların münqaqişəli ailə olması oldu. Yoldaşı bundan ayrılmaq istəyirdi. Uşağın biri kənddə, bizimlə qalırdı. Biri də anası ilə qalırdı. Onlar da məhkəməyə verib, uşağı qardaşımdan almaq istəyirdilər. Bunların rəsmi nikahları belə yoxdur. Yoldaşı atası ilə birləşib uşağı almaq istəyirdi. Bu da vermirdi. Axırı da belə dəhşətlə sona çatdı”.
Musavat.com-un əldə etdiyi digər məlumata görə, son vaxtlaradək Z.İsgəndərovla qayınatası arasında münasibətlər normal olub. Hətta onlar bir neçə gün əvvəl birlikdə yeyib-içiblər də. Bu məclisdən sonra söhbət yenə də uşağın qaytarılması məsələsindən düşüb. Tərəflər bir-birini təhqir ediblər. Bundan sonra isə qayınatası Zahiddən polisə şikayət edib. Z.İsgəndərov məhkəməyə veriləcəyi təqdirdə uşağın ondan alınacağını bilib.
Hər gün içki içən Z.İsgəndərov uşağı anasına və qayınatasına vermək istəmədiyi üçün bu addımı atıb.
Faktla bağlı Beyləqan Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
***
Beyləqan rayonunda dəhşətli qətl hadisəsi baş verib. Rayonun Yuxarı Kəbirli kənd sakini Zahid İsgəndərov 6 yaşlı oğlu Ümidin boğazını kəsərək öldürüb.
Z. İsgəndərov hadisəni törətdikdən sonra qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Yuxarı Kəbirli kəndinin bələdiyyə sədri Tofiq Məmmədov AzVision.az-a açıqlamasında qətli dörədən Zahid İsgəndərovun hadisə baş verən zaman içkili olduğu deyib.
“Hadisə gecə saatlarında baş verib. Çox dəhşətli hadisədir. Bütün kənd şok içindədir. Övladını vəhşicəsinə öldürən Zahid kənddə usta işləyirdi. O, suvaq hörgü işləri ilə məşğul olurdu. Gecə səhərə qədər onun axtarışları aparılıb. Hələ ki, Zahidi tapmaq mümkün olmayıb”.
T.Məmmədovun sözlərinə görə, Z.İsgəndərov övladını ona məxsus pay torpağına apararaq, orada qətlə yetirib: “Ümid birinci sinifdə oxuyurdu. Çox ağıllı, çevik uşaq idi. Zahid Ümidin boğazını bıçaq sümüyə dirənənə qədər kəsib. O, evin böyük usağı idi. Hadisə baş verən zaman Ümidin anası evdə olmayıb, rayona atası evinə gedibmiş.
Heç kim hadisənin səbəbini bilmir. Bütün kənd Zahidi lənətləyir. İnsan nə qədər qaniçən olmalıdır ki, 6 yaşlı usağı vəhşicəsinə öldürsün. Zahid içkili olanda özünü idarə edə bilmirdi. Ola bilsin uşaq onun sözünə baxmayıb, ya da nəsə söz deyib, ona görə də öldürüb. Hazırda polis əməkdaşları onu axtarırlar. Yəqin ki, tapılandan sonra cinayəti hansı səbəbə törətdiyini etiraf edəcək”.
Musavat.com
Bu gün, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Bu gün, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Bu gün, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Bu gün, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Bu gün, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Bu gün, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Bu gün, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Bu gün, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Bu gün, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Bu gün, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Bu gün, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Bu gün, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Bu gün, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Bu gün, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Bu gün, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Bu gün, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Bu gün, 09:43
Zelenski müsahibə zamanı ağladı
Bu gün, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Bu gün, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Bu gün, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib