Bakıda dəhşətli cinayətin üstü açılıb (Yenilənib)
Kriminal
Oxunub: 1 190
10 fev 2016 | 17:39
Bir neçə gün əvvəl Bakının Binəqədi rayonunda baş vermiş qətlin təfərrüatları məlum olub. Nəvəsini qətlə yetirən baba törətdiyi cinayətin səbəbləri barədə açıqlama verib.
Bakıda dəhşətli cinayətin üstü açılıb (Yenilənib)
Hadisə bir neçə gün əvvəl paytaxtın Binəqədi rayonunda baş verib. Ağdam rayon sakini 71 yaşlı Rafiq Bayramov 16 yaşlı nəvəsi Tural Bayramovu yaşadığı evdə boğaraq amansızlıqla qətlə yetirib. İstintaqa ifadə verən Rafiq Bayramov hadisədən bir neçə gün əvvəl Rəsulzadə qəsəbəsində yaşayan qızının evinə gəldiyini söyləyib. O, yeniyetmə nəvəsi Tural Bayramova evə gec gəlməsinə və anasının sözünə baxmamasına görə, onu danlayıb. Nəsihətə qulaq asmayan nəvəsi onu söyəndə Rafiq Bayramov əlini qana bulamalı olub.
Hadisədən sonra nəvəsinin meyidini parçaya bükərək çarpayının altında gizlədən baba yaşadığı Ağdam rayonunun Çəmənli kəndinə gedib. Meyit isə bir neçə gün orda qalıb. Yeniyetmə Tural Bayramovun anası və bacısı isə onu evə gəlmədiyi üçün axtarmağa başlayıblar. Yenidən Bakıya qayıdan Rafiq Bayramov isə evdə özünü heç nədən xəbərsiz kimi aparıb. Sonra isə nəvəsinin meyidini maşınına mindirərək Ağdamda basdırmağa aparıb.
Hadisədən xəbər tutan Binəqədi polis və prokurorluq əməkdaşları dərhal rayona gedərək Rafiq Bayramovu cinayəti törətməkdə şübhəli bilinən şəxs qismində saxlayıblar. Meyit qəbirdən çıxarılaraq ekspertizaya göndərilib. Dindirmə zamanı Rafiq Bayramov əməli tək törətdiyini və səbəbin isə söyüş olduğunu deyib.
Bəzi informasiya agentliklərində və sosial şəbəkələrdə hadisənin namus üstündə baş verdiyi barədə məlumat yayılmışdı. Bu məqsədlə mərhumun nənəsi Güllü Bayramovnın da fikirlərini öyrənməyə çalışdıq. Yaşlı qadın hadisənin namusla heç bir əlaqəsinin olmadığını bildirib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

http://kepeztv.az
Bu gün, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Bu gün, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Bu gün, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Bu gün, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Bu gün, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Bu gün, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Bu gün, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Bu gün, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Bu gün, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Bu gün, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Bu gün, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Bu gün, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Bu gün, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Bu gün, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Bu gün, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Bu gün, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Bu gün, 09:43
Zelenski müsahibə zamanı ağladı
Bu gün, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Bu gün, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Bu gün, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib