Ağcəbədidə mağaza, Gəncədə isə qızıl oğruları saxlanılıblar
Ağcəbədidə mağaza oğruları tutulub. Saxlanılan şəxslərdən birinin 17, digərinin isə 18 yaşı var. Gəncədə də oğurluq faktının üstü açılıb.

Ağcabədi rayonunda oğurluq hadisəsi baş verib. Naməlum şəxslər rayonun Xəlfələddin kücəsində yerləşən Elvin Hüseynzadəyə məxsus ərzaq mağazasından pul, siqaret, ərzaq məhsulları və digər əşyaları oğurlayıblar. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində mağaza oğruları olan iki yeniyetmə rayon sakinləri - 18 yaşlı Nicat Mehtiyev və 17 yaşlı yeniyetmə yaxalanıblar. İlkin araşdırmalardan məlum olub ki, saxlanılan şəxslər qabaqcadan əlbir olaraq gecə saatlarında sözügedən ticarət obyektinin qapısının pəncərəsini dəmir parçası ilə sındırmaqla içəri daxil olublar. Onlar qarət etdikləri malları yarı bölərək yaşadıqları evdə gizlədiblər. Oğurlanmış əşyaların müəyyən qismi polis tərəfindən aşkar edilərək maddi sübut kimi götürülüb.
Gəncədə də oğurluq faktının üstü açılıb. Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının apardıqları əməliyyat tədbirləri nəticəsində Kamil Məmmədov adlı şəxsin evindən oğurluq edən şəhər sakini Bahadur Məmmədov tutulub. İlkin istintaq zamanı məlum olub ki, adıçəkilən şəxs Kamil Məmmədovun evindən 200 manat və 100 ABŞ dolları, habelə 13000 ABŞ dolları və 6650 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.
Artıq hər iki faktla bağlı cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.
kepeztv.az

Bu gün, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Bu gün, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Bu gün, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Bu gün, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Bu gün, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Bu gün, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Bu gün, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Bu gün, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Bu gün, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Bu gün, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Bu gün, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Bu gün, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Bu gün, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Bu gün, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Bu gün, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Bu gün, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Bu gün, 09:43
Zelenski müsahibə zamanı ağladı
Bu gün, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Bu gün, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Bu gün, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib