"Qızıl Məryəm"i qızı və 17-18 yaşlı iki qohumu öldürüb
Kriminal
Oxunub: 2 811
7 yan 2016 | 15:05
Məryəm Nemətzadənin qızına onun bacısı, oğlu və əri də kömək edib.
"Qızıl Məryəm"i qızı və 17-18 yaşlı iki qohumu öldürüb
Bakıda 43 bıçaq zərbəsi vurularaq qətlə yetirilən “Jewellery” zinət əşyaları mağazasının sahibi Məryəm Nemətzadənin qətlinin bəzi təfərrüatları məlum olub. ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, istintaq hazırda bir versiya üzərində çalışır.

Qətldə onun qızı Günel Hüseynovaya Məryəmin bacısı Fəxriyyə, bacısının həyat yoldaşı Sənan və onların övladı, 17 yaşlı Nicat köməklik göstərib.

Hazırda həmin şəxslər tutularaq istintaqa cəlb ediliblər.
Məsələ ilə bağlı Nəsimi Rayon Polis İdarəsi və Prokurorluğundan isə istintaq sirri olduğu üçün hələlik heç bir açıqlama verilmir.

Fotonu "Qafqazinfo" təqdim edib.

Saat 10:50

Dekabrın 5-i günorta saatlarında paytaxt ərazisində 43 bıçaq zərbəsi vurularaq qətlə yetirilən “Jewellery” zinət əşyaları mağazasının sahibi Məryəm Nemətzadənin qatilləri məlum olub.
Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxsin öldürülən qadının qızı Günel Hüseynova və onun bir neçə qohumu olduğu müəyyən edilib. Artıq Günel Hüseynova və onun qətlində iştirak edən qohumları saxlanılıb. Hələlik qətlin hansı məqsədlə törədildiyi araşdırılır.

İlkin ehtimala görə, ailə daxilində tez-tez pul üstündə mübahisə olub.
Qətl hadisəsi iki gün əvvəl Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, 17 ünvanında baş verib.
Həmin mənzildə yaşayan 55 yaşlı Məryəm Nemətzadə bıçaqla qətlə yetirilib. Qadının meyiti başı kəsilmiş vəziyyətdə aşkarlanıb.

Məlumata görə, qətlə yetirilən qadın uzun müddət bahalı qızıl və zinət əşyalarının satışı və kirayəsi ilə məşğul olub. Onun müştəriləri arasında hətta tanınmış şou-biznes nümayəndələrinin də olduğu bildirilir.

M.Nemətzadə Bakıdakı məşhur “Jewellery” zinət əşyaları mağazasının sahibi olub.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda 120.2.11-ci (quldurluq, hədə-qorxu yolu ilə tələb etməklə qəsdən adamöldürmə), 181.3.3 (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurma) maddələri ilə cinayət işi açılıb.

Hadisədən sonra M.Nemətzadənin qızı Günel Hüseynova izahatında evdən ona məxsus 30000 ABŞ dolları dəyərində qızıl əşyaların oğurlandığını bildirmişdi.
Bu gün, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Bu gün, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Bu gün, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Bu gün, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Bu gün, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Bu gün, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Bu gün, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Bu gün, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Bu gün, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Bu gün, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Bu gün, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Bu gün, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Bu gün, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Bu gün, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Bu gün, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Bu gün, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Bu gün, 09:43
Zelenski müsahibə zamanı ağladı
Bu gün, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Bu gün, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Bu gün, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib