Abşeronda mənzili soyan şəxslər axtarılır, Bakıda isə 20-yə yaxın avtomobildən oğurluq edən şəxs tutulub
Kriminal
Oxunub: 1 446
28 noy 2015 | 17:42
Abşeron rayonunda oğurluq hadisəsi baş verib. Ev sahibinin evdə olmamasında istifadə edən oğrular evdən 6 min manat dəyərində qızıl və nağd pul aparıblar. Bakıda isə 20-yə yaxın avtomobildən oğurluq edən şəxs məsuliyyətə cəlb olunub.

Naməlum şəxs və ya şəxslər Xəlil Rza küçəsi, 94 ünvanında yaşayan Bəhman Novruzovun ailəsinin yas mərasimində olmasından istifadə edərək evdən oğurluq ediblər.

Oğrular evin həyətinə hasardan aşaraq daxil olublar. Evə isə pəncərədən giriblər. Bundan sonra oğrular evin otaqlarında pul və qızıl axtarmağa başlayıblar.

Zərərçəkənlərin sözlərinə görə, bu, onların evində baş verən ilk oğurluq hadisəsi deyil. Bir il əvvəl də onların evləri qarət edilib.

Faktla əlaqədar Abşeron rayon Polis İdarəsində cinayət işi başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin axtarışları davam edir.

Paytaxtın Xətai rayonunda isə avtomobillərə qənim kəsilən şəxs saxlanılıb. Saxlanılan şəxsin 20-yə yaxın avtomobildən oğurluq etdiyi aşkar olunub. Bakı şəhər sakini Elnur Hüseynov Xətai rayonu, Zığ yolu, ev 42-nin qarşısında “KİA” markalı avtomobilindən şüşəni sındırmaq yolu ilə 6 ədəd bankomat kartı və geyim əşyası oğurlanması parədə polisə məlumat verib. Xətai rayon polis idarəsinin əməliyyatçıları tez bir zamanda həmin cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini 35 yaşlı Samir Babayevi saxlayaraq istintaqa təhvil veriblər. Onun üzərinə baxış keçirilərkən narkotik vasitə olan heroin də aşkarlanaraq götürülüb. Samir Babayevin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun silsilə oğurluqlar törətməsi üzə çıxıb.

3 ilə yaxındır ki, narkotik aludəçisi olduğunu deyən Samir oğurluqları da məhz narkotikə olan tələbatını ödəmək üçün etdiyini söyləyib.

Bu fakt üzrə də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Saxlanılan şəxsin oxşar cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

http://kepeztv.az
Bu gün, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Bu gün, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Bu gün, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Bu gün, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Bu gün, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Bu gün, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Bu gün, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Bu gün, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Bu gün, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Bu gün, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Bu gün, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Bu gün, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Bu gün, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Bu gün, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Bu gün, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Bu gün, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Bu gün, 09:43
Zelenski müsahibə zamanı ağladı
Bu gün, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Bu gün, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Bu gün, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib