Arvadını izləmək üçün gizli kamera quraşdırdı, özünə cinayət işi açıldı
Kriminal
Oxunub: 861
27 noy 2021 | 12:30
Arvadını izləmək üçün gizli kamera quraşdırdı, özünə cinayət işi açıldı


Bakıda ata övladının himayəsini anasından almaq məqsədilə keçmiş həyat yoldaşının intim görüntülərini polisə təqdim edərək onu xəyanətdə günahlandırıb. Bundan sonra isə prokurorluq onun barəsində pornoqrafik görüntü yaymaq ittihamı ilə cinayət işi başladıb.

"Qafqazinfo"nun məlumatına görə, “Kriminalqafqaz” məhkəmə materiallarına istinadən xəbər verir ki, 2015-ci ildə ailə quran Mirzə Hüseynov (şərti ad) və Şura Musayeva (şərti ad) rəsmi nikahda olmalarına baxmayaraq 2019-cu ildən bəri ayrı yaşayıblar. Mirzə Şura ilə birgə nikahlarından dünyaya gələn qızının himayəsini keçmiş həyat yoldaşından almaq məqsədilə onun evinə gizli kamera yerləşdirərək yaxın münasibətdə olduğu insanla intim görüntülərini əldə edib. Bu videogörüntüləri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə və Nərimanov Rayonu İcra Hakimiyyəti Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasına təqdim edib.

Buna görə prokurorluq M.Hüseynovu Cinayət Məcəlləsinin 242-ci (Pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə ittiham edib.

Şura Musayeva məhkəmədə bildirib ki, ailə qurduqdan sonra Mirzə onun yaşadığı evə köçüb: “2016-cı ildə bir qızımız dünyaya gəldi, əvvəl münasibətlərimiz çox yaxşı idi. Qızımız doğulan gündən ürək qüsurlu olduğundan mütəmadi tibbi yardımlar alırdı. 2017-ci ilə qədər birlikdə yaşadıq. Daha sonra Mirzə yeni işə girdi və bəzi günlər evə gəlmirdi. 2019-cu ildə münasibətlərimiz pisləşdi. Aramızda mübahisələr olurdu. Sonra Mirzə evi tərk etdi və bir daha geri qayıtmadı. Dəfələrlə ondan evə qayıtmağı xahiş etsəm də, birlikdə yaşamaq istəmədi. O, cəmi 2-3 dəfə qızını görmək adı ilə bizə gəlib. Rəsmi evli olsaq da, faktiki olaraq ayrı yaşamağa başlamışdıq. Amma bir dəfə Mirzə mənim xəbərim olmadan mənzilin açarının bir surətini götürüb”.

Onun iddiasına görə, qızlarının ürək qüsurlu olmasına və mütəmadi müalicəyə ehtiyacı olmasına baxmayaraq, Mirzə heç bir maddi yardım etməyib: “Hətta qızımızın müalicəsi üçün təxminən 7000 manata yaxın pul lazım olsa da, Mirzə kömək etməkdən imtina etdi. Mən də həmin vaxt Raufla (şərti ad) tanış olmuşdum. O, mənə maddi yardım etməyə başlamışdı. Hətta Mirzənin də xəbəri var idi və bunu normal qarşılamışdı. Həmin vaxtdan Raufla əlaqələrimiz yaxınlaşdı. Artıq ər-arvad münasibətində idik. Elə həmin vaxt mən işdə olanda Mirzə mənə demədən evə gəlib, qonaq otağında gizli kamera quraşdırıb. Raufla aramızda olan intim görüntüləri və digər şəxsi məlumatları qanunsuz olaraq toplayıb”.

Şura ifadəsində onu da qeyd edib ki, Mirzə bundan sonra rəsmi qaydada nikahın pozulması üçün Nərimanov Rayon Məhkəməsinə müraciət edib: “Gizli yolla quraşdırdığı kamera vasitəsilə əldə etdiyi görüntünü Nərimanov Rayon Məhkəməsinə təqdim edərək, məni guya xəyanət etməkdə günahlandıraraq, qızımı almaq istədiyini dedi. Mənim yalnız bundan sonra gizli kameradan xəbəri oldu. Ona qarşı heç bir şikayətim və tələbim yoxdur”.

Mirzə Hüseynov isə məhkəmədə özünü təqsirli bilmədiyini deyib. O bildirib ki, Şuranın ondan əvvəlki evliliyindən bir qızı olub: “2019-cu ilin fevralından başlayaraq Şurada mənə qarşı soyuqluq hiss etdim. Bunun səbəbini soruşduqda müxtəlif bəhanələr gətirdi. Onun mənə xəyanət etməsindən şübhələndim və internet saytından kiçik ölçülü gizli videokamera aldım. Mobil telefonuma yüklədiyim proqram vasitəsilə harada olmağımdan asılı olmayaraq kameranın çəkilişini izləyə bilirdim. Sonra mənzildə heç kim olmayan vaxt gedib kameranı qonaq otağında karnizin içərisinə gizlin formada yerləşdirdim. Həmin vaxtdan başlayaraq gizli kamera vasitəsilə Şuranı izlədim. 2019-cu ilin iyul ayında artıq Şuranın mənzilə tanımadığım kişi ilə gəlib əlaqədə olmasını gördüm. Onun mənə xəyanət etməsinə görə boşanmaq və uşağımı ondan almaq istədim”.

M.Hüseynov həmin zaman görüntüləri CD diskdə təqdim edərək ərizə verib: “Ən acınacaqlı hallardan biri də odur ki, həmin kişi qızım və Şuranın birinci ərindən olan qızı evdə olanda da ora gəlib və birlikdə başqa otağa keçiblər. Videodan görünür ki, böyük qız qapıdan onları seyr edib. Hətta Şura onların yanında spirtli içki qəbul edərək, həmin kişi ilə intim xarakterli söhbətlər edib. Həmin adamla söhbət edərkən məni də təhqir edib. Videodan görünən mövcud vəziyyət onu göstərir ki, qızımın anası Şuranın yanında qalması onun psixoloji, mənəvi və tərbiyəvi durumuna olduqca pis təsir edəcək. Nəticədə qızım cəmiyyət üçün yararsız bir üzv kimi formalaşacaq ki, bu da bir ata olaraq məni narahat edir. Hazırki əmək haqqım uşağa dayə tutmağa və lazımi qayğı göstərməyə maddi cəhətdən imkan verir. Buna görə də uşağın mənim yanımda saxlanması barədə qətnamə çıxarılmalıdır”.

Lakin həmin videogörüntülər gizli yolla əldə edildiyi üçün məhkəmədə sübut kimi qeydə alınmayıb.

Məhkəmə kollegiyası qeyd edib ki, CM-nin 242-ci maddəsində nəzərdə tutulan pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma dedikdə, həmin cinayətin predmetlərini digər şəxslərə onların məzmunu ilə tanış olmaq üçün vermə başa düşülür. Bu, çəkilmiş şəkillərin, kino və ya video filmlərin nümayiş etdirilməsi, pornoqrafik xarakterli ədəbiyyat əsərlərinin, jurnal və qəzetlərin və s. ucadan oxunması, pornoqrafik şouların təşkil edilməsi və keçirilməsi və s. üsullarda edilə bilər.

Həmçinin oxuyun: Rusiyadan Bakıya dəvət etdiyi sevgilisinin azyaşlı qızına təcavüz etdi

59 yaşlı müəllim sağ olsa da, ölü kimi qeydiyyata alıblar​

Qeyd olunan cinayətin predmetlərini yayma əvəzli və əvəzsiz xarakter daşıya bilər. Bu cinayətin məqsədi pornoqrafik materialları və ya əşyaları yaymaq və reklam etməkdir. Lakin burada M.Hüseynovun məqsədi hər hansı bir pornoqrafik materialı və ya əşyanı yaymaq yox, həyat yoldaşının ona xəyanət etməsi faktını təsdiq etmək və nikah pozulduqdan sonra azyaşlı övladının onun himayəsinə verilməsi olub.

Xətai rayon məhkəməsi bu əsasla Mirzə Hüseynova bəraət verib. Prokurorluq isə qərarla razılaşmayaraq apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi də bəraət hökmünü qüvvədə saxlayıb.

Lamiyə Məmmədova
Bu gün, 10:50
Daha bir yanacaqdoldurma məntəqəsində pozuntu aşkar edildi - Video
Bu gün, 10:41
Azərbaycan nefti bahalaşdı
Bu gün, 10:34
Tramp: ABŞ və İsrailin İrandakı məqsədləri "bir az fərqli ola bilər"
Bu gün, 10:29
XIII Qlobal Bakı Forumunun üçüncü günü keçirilir
Bu gün, 10:10
Nüvə partlayışından sonra insanların başına nə gələcək: dəhşətli PROQNOZLAR
Bu gün, 10:06
Yaşıllıqlara 73 min manatdan çox ziyan vuruldu
Bu gün, 09:00
Türk Dünyasının “hərbi yumruğu” düyünlənir: NATO və Avrasiya arasında yeni güc mərkəzi yaradılır
Dünən, 16:00
Bank bağlanırsa,kredit borcu da ləğv olunur? - AÇIQLAMA
Dünən, 15:30
Yaxın Şərqəki müharibə üzündən NATO çətin vəziyyətdə - Avropadan görün nələr köçürülür
Dünən, 14:22
Sərhədimizdə 8000-ci PLAN – “Revizor”lar hələ də nə axtarır...
Dünən, 13:05
Mayda 14 gün iş OLMAYACAQ
Dünən, 12:23
Bu, Azərbaycanı qlobal əhəmiyyətə malik platformaya çevriləcək - Baş nazir
Dünən, 12:11
"PUA hücumundan sonra hamı əmin oldu ki, Prezident İlham Əliyev xalqının arxasında duran güclü liderdir"
Dünən, 11:32
Ceyranbatanda qurumuş ağac MÜBAHİSƏSİ: Sakin təhlükəni aradan qaldırdığını deyir, ETSN isə ziyan hesablayıb
Dünən, 11:27
Səfir: "Biləsuvarda Çin dilini tədris edən institut açılıb" - FOTO
Dünən, 11:05
Milli Məclisin növbəti plenar iclası başlayıb
Dünən, 10:59
Azərbaycan-Çin əməkdaşlığı güclənir – Mikayıl Cabbarovdan mühüm mesajlar
Dünən, 10:51
44 nəfər işdən çıxarıldı: kütləvi ixtisar olub
Dünən, 10:37
Yeni dünya nizamı Bakıda müzakirə olunur – Çin mövzulu panel başladı - FOTOLAR
Dünən, 10:17
“47 il edilməyən indi edilir” – Trampdan İran əməliyyatı ilə bağlı açıqlama
Dünən, 10:09
Sumqayıtda partlayış - Yaralılar var
Dünən, 10:03
İrandan atılan üçüncü raket Türkiyənin hava məkanında vuruldu
Dünən, 10:00
Neftimizin qiyməti 105 dolları ötdü
Dünən, 09:25
İsrail İran diviziyasının komandirlərini də öldürdü
Dünən, 09:18
Tramp niyə “məni aradan götürmək istəyirlər” dedi: Çin və Rusiya ABŞ-ın “savaş bataqlığı”na tam düşməsini gözləyir
Dünən, 09:17
“İranda hakimiyyətinin çöküşünə dair heç bir əlamət yoxdur” - ABŞ kəşfiyyatı
Dünən, 09:13
Azərbaycan prezidenti dünyanın ən nüfuzlu liderlərinin siyahısına əlavə edildi