Məmur oğlu villada narkotik plantasiyası yaradıb
Kriminal
Oxunub: 1 271
9 okt 2015 | 06:29
Məmur oğlu villada narkotik plantasiyası yaradıb














Dübəndi qəsəbəsində yerləşən üç mərtəbəli villanın birinci mərtəbəsində narkotik plantasiyası salınması ilə bağlı hadisənin bəzi təfərrüatları məlum olub

APA TV-nin əldə etdiyi məlumata görə, villa 1982-ci il təvəllüdlü Ağabalayev Səid Şahmar oğluna məxsusdur. Saxlanılan şəxsin Xəzər Rayon İcra Hakimiyyətinin Təsərrüfat Şöbəsinin sabiq baş məsləhətçisi Şahmar Agabalayevin oğlu olduğu bildirilir.
Şahmar Ağabalayev ixtisasca botanikdir və “Miçurin” mükafatına və 2012-ci ildə dövlət mükafatına layiq görülüb. İstintaq araşdırmaları zamanı o da məlum olub ki, onun oğlu Səid Ağabalayev 5 ildir narkotik vasitələrdən istifadə edir və narkotik bitkilərin, demək olar ki, bütün növlərini tanıyır: “Narkotik maddəni çoxdan əldən etmişdim. Rayondan 20-30 qram gətirmişdim, yavaş-yavaş istifadə edirdim. Xəstəliyimə görə 5 ildir istifadə edirəm”.
Mütaliə etməyi sevən Səid Ağabalayev xarici ölkələrin birində təhsil alıb və bir neçə dövlətdə olub. O istintaqa verdiyi ifadəsində villanın birinci mərtəbəsində əkdiyi narkotik xassəli bitkilərin toxumlarının xaricdən gətirildiyini deyib. Onun Yasamal rayonunda yerləşən digər mənzilindən isə narkotik bitkilərin adları əks olunan kitablar aşkarlanıb. Buna rəğmən Səid Ağabalayev dibçəklərdə əkdiyi narkotik xassələri bitkilərə aqrotexniki qaydada kimin qulluq etdiyi açıqlamayıb.
“Heç nə deyə bilmərəm. O barədə heç bir informasiya verə bilmərəm.
– Bu bitkiləri sənin evində kimsə gəlib əkib?
– Ola bilər. Qoy polis aydınlıq gətirsin. Hər şey ola bilər”.

İstintaq çəkilişlərindən içərisi plantasiyaya çevrilmiş evin yüksək zövqlə inşa olunduğu görünür. Mənzilin 2-ci və 3-cü mərtəbəsinə keçmək ilk cəhddən mümkün olmayıb. Bunun üçün əməliyyatçılar kitab rəfini xatırladan mebelin orta qapısını açmalı olublar. Evin, demək olar ki, hər küncü kameralarla təchiz olunub. Səid Ağabalayevin sürücüsü və narkotik vasitələrin satışında kuryerlik edən Əliyev Əkrəm Malik oğlu bu evdə qeyri-rəsmi münasibətdə olduğu qadınla yaşayıb. Evin təmizliyinə və yeməklərin hazırlanmasına adı istintaq tərəfindən açıqlanmayan qadın məsuliyyət daşıyıb. İlkin ehtimala görə, narkotik vasitələrin bir qisminin paylanmasına sürücü Əkrəm Əliyev nəzarət edib. Saxlanılan zaman onun üstündən də narkotik vasitə aşkar edilib. Əkrəm Əliyev üzərindən tapılan narkotik maddənin ona məxsus olmadığını deyir: “O, mənim deyil… Çantamda qalmışdı… Toyda vermişdilər. Uzun müddət idi çantamda qalımışdı”
Qeyd edək ki, qeyri-adi plantasiyanın aşkarlanması əməliyyatını Yasamal Rayon 26-cı Polis Bölməsinin əməkdaşları həyata keçiriblər. Mənzilin birinci mərtəbəsində qapalı məkanda parkı xatırladan plantasiya aşkarlanıb. Dibçəklərdə əkilmiş narkotik xassəli bitkilər, laboratoriya qurğuları, təhlükəsizlik kameraları, sulayıcı və soyuducu cihazlar artıq ekspertizaya təhvil verilib.
Qeyd edək ki, plantasiyada hər bir dibçək üçün xüsusi istilik sistemi quraşdırılıb. Narkotik bitkilərin yetişdirilməsi xüsusi mexanizmlə həyata keçirilib. Gün ərzində 70 dərəcə temperaturu müntəzəm saxlayan qurğu bir neçə saatdan sonra qəflətən sönür və bitkilərə digər sistem vasitəsi ilə qəflətən soyuq hava vurulur. Nəticədə süni şeh yaranır və dibçəkdəki narkotik bitkilər nəzərdə tutulduğundan daha tez yetişir.
Artıq bu qeyri-adi plantasiya işi ilə bağlı daha 3 nəfər Yasamal rayon Polis İdarəsinə çağırılıb və dindirilib. Dəstənin əhatə dairəsinin daha geniş olduğu istisna olunur. Plantasiyanın sahibi Səid Ağabalayev və onun sürücüsü Əkrəm Əliyev artıq Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına aparılıb.
Cumhuriyyet.az olaraq məlumata onu da əlavə edək ki, Ş.Ağabalayev sabiq məmur kimi göstərilsə fə onun adı Xəzər rayon icra hakimiyyətinin rəsmi internet səhifəsində, aparatın strukturu bölməsində ( http://www.xazar-ih.gov.az/page/21.html) hələ də Baş məsləhətçi (mühəndis), Böyük məsləhətçi olaraq qalır.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu