Rusiyada 32 yaşlı azərbaycanlı iş adamı qətlə yetirilib
Rusiyanın Volqoqrad şəhərində 32 yaşlı azərbaycanlı iş adamı qətlə yetirilib.
Hadisə dünən axşam 20:30 radələrində Volqoqradın Dzerjinski rayonunda baş verib. Naməlum şəxslər "Lexus" markalı avtomobildə olan azərbaycanlı iş adamına odlu silahdan atəş açıblar. Nəticədə ağır yaralanan azərbaycanlı xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
APA-nın Rusiya bürosunun əldə etdiyi məlumata görə, qətlə yetirilən iş adamı, 1983-cü il təvəllüdlü Əsədov Zülfüqar Mütəllim oğludur. 4 uşaq atası olan Zülfüqar Volqoqradda bizneslə məşğul olub. Əslən Şəmkirin Zəyəm kədindən olan iş adamı sentyabrın 26-da axşam saatlarında yaşadığı evin qarşısında maskalı şəxslər tərəfindən odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib.
Kalaşnikov avtomatı ilə silahlanan maskalı şəxslər Z. Əsədovun idarə etdiyi maşına yaxınlaşaraq ona bir neçə dəfə atəş açıblar. Hadisə zamanı avtomobildə başqa bir şəxs də olub. Lakin ona heç bir xəsarət yetirilməyib. Maskalı şəxslər Z. Əsədova avtomatdan bir neçə dəfə atəş açaraq, hadisə yerindən gəldikləri avtomobillə qaçıblar.
Ağır yaralanan Z. Əsədovu xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Ümumrusiya Azərbaycan Konqresinin Volqoqrad üzrə regional bölməsinin sədri Teymur Həsənov Z. Əsədovun cəsədinin bu gün dəfn olunmaq üçün doğulduğu Şəmkir rayonunun Zəyəm kəndinə aparılacağını bildirib. Onun sözlərinə görə, qətli törədənlər hələlik müəyyənləşməyib.
Qeyd edək ki, qətlin sifarişli olması ilə bağlı iddialar va. Buna qədər Z. Əsədova 3 dəfə sui-qəsd olunub. Sentyabrın 26-da baş verən sui-qəsd isə dördüncü olub.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin "qəsdən adam öldürmə" və "qanunsuz odlu silah gəzdirmə" maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.
Bu gün, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Bu gün, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Bu gün, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Bu gün, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Bu gün, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Bu gün, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Bu gün, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Bu gün, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Bu gün, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Bu gün, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Bu gün, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Bu gün, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Bu gün, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Bu gün, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Bu gün, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Bu gün, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Bu gün, 09:43
Zelenski müsahibə zamanı ağladı
Bu gün, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Bu gün, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Bu gün, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib