Toya gələn qonaqlar arasında yaranan mübahisə qanlı sonluqla başa çatdı
Kriminal
Oxunub: 882
23 sen 2015 | 16:49
Toya gələn qonaqlar arasında yaranan mübahisə qanlı sonluqla başa çatdıMasallı rayonunda toya gələn qonaqlar arasında yaranan mübahisə qanlı sonluqla başa çatıb. Hadisə rayonun Şərəfə kəndindəki şadlıq sarayının qarşısında, axşam saat 22:00 radələrində baş verib. Masallı rayonunun Ağakişibəyli kənd sakini, 46 yaşlı Salman Qurbanov Məmmədxanlı kənd sakini 32 yaşlı İntizar Rzayevlə mübahisə edib. Salman mübahisə zamanı üzərində olan qatlanan cib bıçağı ilə İntizarın döş qəfəsinin sol ön hissəsindən bir neçə dəfə vurub. Yaralı hadisə şahidləri tərəfindən rayon mərkəzi xəstəxanasına çatdırılsa da, çoxlu qan itirdiyindən, həkimlər onun həyatını xilas edə bilməyib. Artıq hadisəni törətməkdə təqsirli bilinən Salman Qurbanov rayonun hüquq mühafizə orqanları tərəfindən saxlanılıb və barəsində rayon məhkəməsinin qərarı ilə 4 aylıq müddətdə həbs qəti imkan tədbiri seçilib. Faktla bağlı Masallı rayon Prokurorluğunda CM-in müvafiq maddəsi ilə cinayət işi başlanıb.

http://www.kepeztv.az
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu