“Masallıda dəhşətli qətli törətməkdə şübhəli bilinən bəy də qurbandır”

Masallı rayonu Xoşçobanlı kənd sakini, 23 avqust 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanın qətlini Azərbaycanda ailə institutunun sütunlarına zərbə kimi qiymətləndirənlər də az deyil. Ölkəmizdə ailə institutu böyüyə hörmət, ailə başçısına sədaqət, qarşılıqlı sevgi və digər dəyərlərə söykənir.
Bu gün Azərbaycan ailələrində qaşqabaqlı, özündən razı və hökmranlığı sevən ər və ata tipi hakimdir. Belə ailə başçıları özləri də bilmədən həm də bütün ailə üzvlərinin həyatına qaranlıq çökdürür. Həyat yoldaşı daim xəstəhal, uşaqlar isə atalarının pis xasiyyəti üzündən əsəbi böyüyürlər. Gec və ya tez ailəyə bu cür münasibət “meyvə”ləri bütün cəmiyyəti silkələyən cinayətlər şəkilində ortaya çıxır. Bu gün sürətlə dəyişən zaman, müasir inkişaf, qloballaşma, heç şübhəsiz, kiçik dövlət modeli sayıla biləcək Azərbaycan ailələrinə də təsirsiz ötüşmür.
Bəs bu təsirin miqyası nə dərəcədədir? Doğrudanmı, Azərbaycanda ailə institutu deformasiyaya uğrayıb?
“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova baş vermiş olayda dünyasını dəyişən Fatimə Qəmbərovanı, onu boğub öldürməkdə şübhəli olaraq həbs edilən həyat yoldaşı İman Məmmədovu da qurban hesab etdiyini deyir: “Yaş həddinə, məcburi nikaha görə bu qənaətdəyəm. Məcburi nikah toyla bağlı yayılan fotolara baxanda da hiss olunur. Xoşbəxtlik nişanəsi yoxdur həmin fotolarda. Düşünürəm ki, bu hadisə əsasən seksual tərbiyəsizlikdən yaranıb. Seksual tərbiyəsi olmayan, qadınla münasibətlər haqda bilgiləri olmayan şəxs təəssuratı yaranır”.
Mehriban Zeynalova deyir ki, gənclərə seksual tərbiyənin öyrədilməsi vacibdir: “Baş verən hadisə də bunu təsdiqləyir ki, gənclərə seksual tərbiyə vacib olan məsələdir. Biz isə bundan qaçırıq. Beynəlxalq təcrübədə məktəblərdə 5 psixoloq olmalıdır. Bizim məktəblərdə isə cəmi 1 psixoloq var. Psixoloqların vəzifəsi uşaqlarda təcavüzkarlıq olmasını müəyyən etməkdən ibarətdir həm də. Davranışlarda çatışmazlıqları, problem olmasını psixoloq uşaqlarda müəyyən edə bilir. Mümkündür ki, uşaqda alt qatda aqressiya, təcavüz olsun. Bu da dərinləşmiş psixoloji testlərlə müəyyən etmək olur. Lazımdır ki, daha peşəkar, daha hazırlıqlı psixoloqlar fəaliyyət göstərsinlər”.
Mehriban Zeynalova deyir ki, hazırda nikaha girmiş gənclərə psixoloji dəstək nəzərdə tutan proqram var: “Nikaha girənlər üçün tibbi müayinə ilə yanaşı, psixoloji vəziyyətin qiymətləndirilməsi xidməti də olmalıdır. Nikaha girən şəxslərin ailə münasibətlərinə hazır olub-olmamaları məsələsi müəyyən olunsun. Bu gün maarifləndirmə ilə bərabər, belə xidmətlər də göstərilməlidir. Müəyyən etmə qrupları da fəaliyyət göstərməlidir ki, vaxtında psixoloji baxımdan nikaha hazır olmayan gəncləri aşkar edib nikaha hazırlaya bilsinlər. Təkcə maarifləndirməklə problemin həlli mümkün deyil. Azərbaycanda ”Allah məni qoruyacaq”, “Mənim başıma gəlməz” düşüncəsi var. Burada bir xidmət lazımdır ki. problemi olan gəncləri müəyyən edib testdən keçirsinlər”.
Mehriban Zeynalovanın zöslərinə görə, gələn məlumatlar belə qənaəti formalışdırır ki, öldürülən Fatimə Qəmbərovanın ailəsi natamam olub: “Təəssüf ki, həmin bölgədə xidmət bölməsi yoxdur. Qızı məktəbdən Rusiyaya göndərmək adı ilə çıxarıb 2 ay sonra ərə verirlər. Bu haqda isə heç bir tədbir görülmür. Məktəb yalnız onu Pedaqoji Şuranın qərarı ilə məktəbdən uşaqlaşdırılmasını qərarlaşdırır. Əslində isə qızın xidmət mərkəzlərindən birinə istiqamətləndirilməsi lazım idi. Bizdə belə məsələlərdə operativlik yoxdur. Stereotiplər bu məsələdə çox ciddi maneçilik törədir. Məsələn, yetkinlik yaşına çatmayan qızın ərə verilməsini bilib bu haqda tədbir görülməsi üçün addım atmayanları dindirsən deyəcəklər ki, mərdimazarlıq etmək istəmədim. Belə stereotiplər dəhşətli ölümlərə yol açır. Dövlət qurumlarında çalışanlar stereotiplərdən uzaq durmalıdırlar. Adət-ənənəyə yox, məhz qanuna istinad edib hərəkət etməlidirlər”.
Mehriban Zeynalova deyir ki, əsasən stereotiplər bu məsələdə qanunun işlək hala gəlməsini əngəlləyir, eyni zamanda qanunda da müəyyən boşluqlar var: “Bizdə cinayət məsuliyyəti hadisə baş verəndən sonra yada düşür. Ortada toy olduğunu nəzərə alıb bu cinayətə latent cinayət demək olmur. Amma dövlət qurumlarının səssizliyi bu cinayətin baş verməsində rol oynayıb”.
Mehriban Zeynalova seksual tərbiyə məsələsinə də toxunub: “Fotolardan görünür ki, hər ikisi uşaqdır, bəlkə də oğlan özünü idarə edə bilməyib. Düşündüyümə görə, belə məqamlar da rol oynayıb. Kənd camaatı deyir ki, onların arasında əvvəldən münasibət olub və buna görə də təcili toy ediblər. Adət-ənənədə belə hallar var ki, hansısa əlaqə üzə çıxanda bunu toyla tez ört-basdır edir, məcbur edirlər ki, qıza toxunan oğlan onunla evlənsin. Köhnə adətlərdəndir və bu da məcburi nikaha gətirib çıxarır. Məcburi nikahda isə hər cür dava-dalaş, hətta ağır cinayət də mümkündür. Burada hər iki tərəf qurbandır. Fotolarda oğlanın simasında, qızın simasında xoşbəxtlik görünmür. Bu hadisədə növbəti dəfə stereotiplərin qanundan üstün durduğu bir daha özünü göstərdi”.
Mehriban Zeynalova deyir ki, Masallı Rayon İcra Hakimiyyətində fəaliyyətdə olan qəyyumluq şöbəsi bu toy haqda məlumat alan kimi müdaxilə etməli idi: “Toy haqda məlumat alan kimi dərhal tədbirlər görülməli, müvafiq qurumların qarşısında məsələ qaldırmalı idi. Biz dövlət qurumlarında bu işlərlə məşğul olmağa məsul şəxslərin prinsipiallığını, qətiliyini görmədik. Bu, stereotiplərin qanunu ayaqladığını göstərir”. /Müsavat.com/
Bu gün, 14:22
Xankəndi Dəmir Yolunun açılış vaxtı açıqlandı
Bu gün, 13:06
ADY açıqladı: 2030-cu ilə qədər...
Bu gün, 13:00
Rusiya İran taktikasına keçir? – NATO-ya ilginc HƏDƏ
Bu gün, 12:18
10 ildən köhnə maşınlara QADAĞA: Bazarda son vəziyyət
Bu gün, 12:10
Bakı–Kürdəmir qatarında gediş haqqı bəlli oldu
Bu gün, 12:03
İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb
Bu gün, 11:45
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin görüşü başlayıb - YENİLƏNİB
Bu gün, 11:40
Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb
Bu gün, 11:35
İlham Əliyev Antalyada Əhməd Əl Şaraa ilə görüşüb
Bu gün, 11:30
Tramp İrana güzəştə getməli olacaq - “Politico” danışıqların təfərrüatlarını açıqladı
Bu gün, 11:10
Paşinyan: Metastaz veriblər, cərrəhi əmaliyyat lazımdı, ya da Nuhun gəmisinə mindirib…
Bu gün, 10:52
Azərbaycan XİN Suriyanı Milli Günü münasibətilə təbrik edib
Bu gün, 10:48
Bağça müdirindən ağlasığmaz hərəkət: O görüntülər araşdırılır
Bu gün, 10:14
Amerikalı nazir açıqladı: ABŞ İrana qarşı yeni əməliyyata başladı
Bu gün, 10:03
Avropa çempionatı: Hidayət Heydərov bu gün mübarizəyə başlayır
Bu gün, 09:40
Sahibə Qafarova bu gün Alen Simonyanla görüşəcək
Bu gün, 09:37
Bakıdan Kürdəmirə rəmzi qatar yola salındı
Bu gün, 09:28
Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb
Bu gün, 09:24
Rusiyada kriptobirja sındırıldı, istifadəçilərin milyonlarla pulu oğurlandı
Bu gün, 09:20
Azərbaycanda ev almaq niyə getdikcə çətinləşir? — AÇIQLAMA
Bu gün, 09:16
Yutubda artıq bu da mümkündür
Bu gün, 09:00
Sosial ödəniş alanlarla bağlı YENİ XƏBƏR
Dünən, 16:00
4 dəniz LAYİHƏSİ – Dünyanın XİLASI Türkiyənin əlində
Dünən, 15:50
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfər edib - FOTO
Dünən, 15:30
Separatçılardan Xankəndidəki kilsə haqda AĞ YALAN
Dünən, 14:22
Şagirdləri qatil edən oyun: "PUBG" qadağan olunsun! ÇAĞIRIŞI
Dünən, 13:23
May ayının qeyri-iş günləri AÇIQLANDI