Oğurladılar...
Kriminal
Oxunub: 1 735
1 avq 2015 | 05:36


Nabranda istirahət edən gənc cütlüyü niyə zorla apardılar...


BÖLÜM: Ölkə
YAYIM TARİXİ: 1 Avqust 2015 08:45
Nabranda istirahət edən gənc cütlüyü niyə zorla apardılar...
Nazirlik ərazinin “əxlaqsızlıq yuvası” olduğunu iddia edir, mərkəzdən isə “belə şey ola bilməz” deyirlər; Müzəffər Baxış: “İstirahət mərkəzində əxlaqsızlıq anlayışını müəyyənləşdirmək mümkünsüzdür”
Virtualaz.org saytı iyulun 31-nə keçən gecə Nabrandakı istirahət mərkəzlərinin birində qeyri-adi insident olması barədə məlumat yayıb. Məlumatda qeyd olunur ki, mülki geyimdə olan 20 nəfərə yaxın şəxs gecə saat 1-də “Bulaq” istirahət zonasına gedərək oradakı kotteclərin birində istirahət edən gənc oğlanla qızı naməlum istiqamətə aparıb.

Xəbərdə həmçinin bildirilir ki, naməlum şəxslər gənc oğlan və qızla yanaşı, “Bulaq” istirahət mərkəzinin Elşad adlı inzibatçısını da özləri ilə aparıblar. Xəbərdə deyilir ki, naməlum adamlar cütlüyün dincəldiyi 12 saylı kottecə soxulub. Onlar gənc oğlanı otaqdan sürüyə-sürüyə çıxarıb və zor tətbiq etməklə maşına oturdublar. Gənc qızla isə həddən artıq nəzakətlə davranıblar, hətta tanınmasın deyə qızın üzünü gizlətməyə çalışıblar.

İstirahət zonasının əməkdaşları deyiblər ki, onlar ilk dəfədir belə halla üzləşirlər və həmin adamların kim olduğunu bilmirlər.

Xaçmaz Rayon Polis Şöbəsi (RPŞ) bəzi saytlarda ötən gecə Nabrandakı istirahət mərkəzlərindən birindən üç nəfərin 20-yə yaxın şəxs tərəfindən qaçırılması barədə xəbərlərə münasibət bildirib.

Xaçmaz RPŞ-dən APA-nın yerli bürosuna verilən məlumata görə, həmin hadisədə hər hansı cinayət faktı yoxdur: “Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları ötən gecə rayon ərazisində insan alverinə qarşı reyd keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində istirahət mərkəzlərində əxlaqsız yuvası təşkil etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Bu, polisin əməliyyatıdır və istirahət mərkəzindən kiminsə qaçırılmasından söhbət gedə bilməz. Yayılan məlumatlar kökündən yalandır”.

“Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Baş Mübarizə İdarəsi Nabranda yerləşən ”Bulaq" istirahət mərkəzində əməliyyat keçirib. Məlum olub ki, həmin istirahət mərkəzi lisenziyasız fəaliyyət göstərir və ərazi əxlaqsızlıq yuvası kimi istifadə olunur".

Bu barədə azvision.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Nabrandakı “Bulaq” istirahət mərkəzində “adam oğurluğu” ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirərkən deyib.

DİN rəsmisi bildirib ki, bəzi mətbuat orqanlarında naməlum şəxslərin gənc oğlanla qızı oğurlaması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, “Bulaq” istirahət mərkəzi barədə idarəyə verilən məlumat təsdiqini tapıb: “Məlum olub ki, istirahət mərkəzi müvafiq icazəsi olmadan, lisensiyasız fəaliyyət göstərir və buranı əxlaqsızlıq yuvası kimi istifadə edirlər. Orada fəaliyyət göstərən şəxslərin də əxlaqsız hərəkətlərlə məşğul olduqları da aydın olub. ”Bulaq" istirahət mərkəzinin inzibatçısı Elşad Həsənov və həmin vaxt orada istirahət edən şəxslər müvafiq araşdırmaların aparılması üçün saxlanılaraq idarəyə dəvət olunublar. Elşad Həsənov dəfələrlə “Bulaq” istirahət mərkəzinin rəhbərliyinə öz mobil telefonu ilə hansı orqan tərəfindən, hansı məqsədlə saxlanılması barədə məlumat verib. Yəni burada heç bir oğurluqdan söhbət gedə bilməz. Hazırda məsələ araşdırılır və hüquqi qiymət veriləcək".

“Yeni Müsavat”ın əməkdaşı isə “Bulaq” istirahət mərkəzinin internetdəki elanları vasitəsilə onlarla telefon əlaqəsi yaradıb. Mərkəzin özünü təqdim etməyən xanım əməkdaşı bildirib ki, onlar bu hadisə ilə mətbuat vasitəsilə tanış olublar. Bakı bürosunda çalışdıqlarını deyən əməkdaş onlara Xaçmazdan “bu xəbərlər yalandır, belə bir şey olmayıb” xəbərinin verildiyini vurğuladı. Müsahibimiz eyni zamanda heç zaman tətil etmək istəyənlərdən nikah şəhadətnaməsi tələb etmədiklərini, bu günə qədər isə onlara ancaq ailəli, normal imici olan şəxslərin müraciət etdiklərini dedi. O, eyni zamanda əlavə suallarımız üçün istirahət mərkəzinin mobil telefonları ilə əlaqə yaratmağı məsləhət görsə də, bir neçə dəfəlik cəhdimizdən sonra göstərilən mobil telefon da söndürüldü və günün sonuna qədər qapalı oldu...

Buna bənzər hadisələr daha öncə də istirahət mərkəzlərində, eləcə də motel tipli obyektlərdə baş verib. Hər zaman da rəsmi qurumlardan verilən açıqlamada obyektin əxlaqsızlıq yuvası olmasından şübhələndikləri üçün belə bir əməliyyat həyata keçirilməsi qeyd olunub. Bəs əslində sistem necə olmalıdır? Heç kimə sirr deyil ki, Azərbaycandakı bəzi istirahət mərkəzlərində əxlaqsız qadınların xidmətindən yararlanmaqla istirahət təşkil edən şəxslər olur. Amma bununla yanaşı, sevgili, vətəndaş nikahında olan cütlüklər, eləcə də biri qadın, biri kişi olmaqla iki dostun da hansısa istirahət mərkəzində istirahət etmək hüququ var. Bundan başqa, ər-arvadın istirahətə gedərkən özü ilə nikah şəhadətnaməsi götürmək öhdəliyi barədə heç bir qanunda, eləcə də istirahət mərkəzlərinin konsepsiyasında nəsə yazılmayıb. Elədirsə, istirahət mərkəzi rəhbərliyi onların arasındakı münasibətin dərəcəsini necə müəyyənləşdirməli, hansı formada həm özünü, həm də mərkəzə gələn turistləri qorumalıdır?

“Yeni Müsavat” xatırladır ki, Türkiyənin bəzi bölgələrindəki istirahət mərkəzlərində, hotellərdə cütlüklərin bir otaqda gecələməsi üçün nikah şəhadətnaməsi tələb olunur. Bu, onların internet səhifələrində də qeyd olunur və bunu bilən tətilçilər işini ehtiyatlı görür. “Ahlak zabıtası” adlanan, bizim İnsan Alverinə qarşı Mübarizə İdarəsinin analoqu olan bu təşkilat tərəfindən yaxalanmamaq, arzuolunmaz vəziyyətə düşməmək üçün evli cütlüklər bu məkanlara gedərkən nikah şəhadətnaməsini (onlar buna nikah cüzdanı deyirlər-S.T.) özləri ilə aparır, evli olmayan sevgililər isə ümumən bu məkanlara yaxın düşmürlər.



Hüquqşünas Müzəffər Baxış hesab edir ki, turist cütlüyün ər-arvad, yaxud digər münasibətdə olmasından asılı olmayaraq, hansısa istirahət mərkəzində istirahət etməsi tamamilə qanunidir. Onun sözərinə görə, buna inzibati qurumların maneçilik törətməsi qanunla qadağandır. Müsahibimiz hesab edir ki, bu, vəzifə səlahiyyətlərinin aşılması, ondan sui-istifadə deməkdir: “Mən hadisənin təfərrüatlarını bilmirəm. Amma ola bilər ki, həmin qızla oğlan və ya onlardan biri bu və ya digər cinayətlərin törədilməsi ilə bağlı axtarışda olsunlar. Belə olduğu halda, onlara qarşı digər tədbirlər - tutulma, saxlanılma baş verə bilər. Amma bu kimi hallar yoxdursa, onların istirahətinə mane olaraq saxlanması, hər hansı tədbir görməsi, qanunvericiliyin tələlərinin pozulmasıdır. Bu, onların istirahətinə müdaxilə kimi qiymətləndirmə olmalıdır”.

M.Baxış dedi ki, ümumən istirahət mərkəzində əxlaqsızlıq anlayışını müəyyənləşdirmək mümkünsüzdür. Onun fikrincə, iki gəncin bir mərkəzdə istirahətinin qarşısını alan, bunun əxlaqsızlıq olduğunu müəyyənləşdirən heç bir qanun mövcud deyil.
Bu gün, 10:57
"Dünyada yeganə ölkədir ki, heç kim rəhbər olmaq istəmir"-Tramp Tehranı ələ saldı
Bu gün, 10:52
Diplomatik korpusun nümayəndələri Şuşada sağlamlıq mərkəzinin işi ilə tanış olub
Bu gün, 10:48
Diplomatik korpusun nümayəndələri Şuşadakı xalça muzeyi ilə tanış olub
Bu gün, 10:38
Diplomatik korpusun nümayəndələri Yeni Şuşa məscidində aparılan işlərlə tanış olublar
Bu gün, 10:20
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evləri arasında turnir təşkil olunub - FOTO
Bu gün, 10:15
"Qarabağ" Zubirə əvəzləyici tapdı - FOTO
Bu gün, 09:00
Türkiyəyə gedənlər üçün şad xəbər: Ərdoğan qərar imzaladı
Dünən, 18:22
Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTOLAR
Dünən, 16:00
TƏCİLİ! ABŞ İrana SON ZƏRBƏNİ vurmağa hazırlaşır
Dünən, 15:30
Mamdani anti-Azərbaycan paylaşımına PEŞMAN edildi – Yeni HƏRƏKAT
Dünən, 15:12
Əməkdar həkim Kliniki Tibbi Mərkəzə direktor təyin edildi
Dünən, 14:27
Mərkəzi Neftçilər Xəstəxanasının yeni direktoru KİMDİR? - DOSYE
Dünən, 13:53
NFC ödənişləri ilə bağlı 3 qurumun birgə AÇIQLAMASI
Dünən, 13:26
Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Dünən, 13:22
Prezident onu "Əmək" ordeni ilə təltif edib
Dünən, 12:22
Sürücülərin nəzərinə: bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq
Dünən, 12:18
Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırılır
Dünən, 10:49
Bakıda "İctimai proseslər media müstəvisində" mövzusunda III Forum keçirilir
Dünən, 10:45
TƏBİB-in icraçı direktoruna müavin təyin olunub
Dünən, 10:30
Bakıda bayrağımıza hörmətsizlik edən gənc cəzalandırıldı - Video
Dünən, 09:59
Metro və avtobuslarda əlavə gedişhaqqı ödənişləri çıxılır?
Dünən, 09:54
Sərnişin avtobusu qəzaya uğrayıb: 3 ölü, 31 yaralı
Dünən, 09:50
Türkiyədə qalan azərbaycanlılar üçün PİS XƏBƏR
Dünən, 09:44
SON DƏQİQƏ! AZAL qəzası ilə bağlı VACİB AÇIQLAMA
Dünən, 09:37
İlqar Əliyev həbsdə vəfat etdi
Dünən, 09:31
Heyvan bazarlarında yeni dövr — Xəstəliklərin qarşısı belə alınacaq
Dünən, 09:27
İran millisi DÇ-2026-da iştirak edəcək