Bələdiyyə sədrinin qətlində sensasion məqam
Kriminal
Oxunub: 1 357
10 in 2015 | 10:47
Hadisə vaxtı divanın üstünə siqaret düşüb və tüstülənmə yaranıb

Biz hadisə yerinə çatanda, artıq onların hər ikisi, həm Saray qəsəbəsinin bələdiyyə sədri Vəsilə Həsənova, həm də onun həyat yoldaşı Vəfadar Həsənov artıq dəfn edilmişdi. Qonşular bildirdilər ki, əslən Qərbi Azərbaycandan olan ər və arvadı Saray qəsəbəsində, Vəfadar Həsənovun anasının məzarının yanında yanaşı basdırılıb...

Bu gün Vəsilə Həsənova 40-cı yaşına qədəm qoyacaqdı. Elə bu gecə - iyunun səkkizinin ilk saatları bu ailənin son dəqiqələrini yaxınlaşdırırdı. Maraqlıdır ki, Vəfadar Həsənov xanımını təbrik etmək üçün bir az da tələsib. Elə gecə ikən sifariş etdiyi tortu və gül dəstəsini ona təqdim edibmiş. Bir neçə dəqiqə sonra isə çağırılmamış qonağın gələcəyini kimsə gözləmirmiş. Hadisənin törədildiyi otaqda qalmış gül dəstəsi və kəsilmiş tort da, bu olayın nə qədər qəfil və gözlənilməz olduğuna dəlalət edir.

Bəs 35 yaşlı Fədail Hüseynovu bir ailəni məhv etməyə, illər uzunu tanıdığı şəxsləri gecə ikən öldürməyə nə vadar edib?

Qonşuların bildirdiyinə görə, M.Ziyadov küçəsində yerləşən iki mərtəbəli həyət evi müasir təhlükəsizlik sistemi ilə təchiz edilib. Amma evi və ev sahiblərini yaxşı tanıyan F.Hüseynov hasardan üzüm çardağına dırmaşmaqla birinci təhlükəsizlik maneəsini asanlıqla yarıb və çardaqdan ikinci mərtəbədəki eyvana daxil olub. Cinayətə əvvəlcədən hazırlıqlı olan 35 yaşlı F.Hüseynov burada qəfil hücumla ər və arvadına bıçaqla çoxsaylı zərbələr endirib və onların öldüyünə əmin olandan sonra evdən çıxıb. Səs-küyə gələn uşaqlar və ailənin digər üzvləri qətlin məhz tanıdıqları Fədail tərəfindən törədildiyini görüblər.

Hadisə ilə bağlı ilkin araşdırma və əməliyyat-axtarış tədbirlərinə başlayan hüquq-mühafizə orqanları F.Hüseynovun atası Güloğlan Hüseynovu və qardaşı Nuru Hüseynovu polis idarəsinə dəvət ediblər. Bu müddət ərzində o da məlum olub ki, F.Hüseynov məlum cinayəti törətməzdən az əvvəl və ya az sonra Həsənovların Saray qəsəbəsində yerləşən digər evinə gedibmiş və burada hansısa sənədləri axtarırmış. Evin alt-üst edilməsi də bunu deməyə əsas verir. Bu gün saat 10:45 radələrində isə atası ilə telefonda danışan F.Hüseynov özü polis idarəsinə gələrək təslim olub. Onun cinayəti törətdiyi bıçaq hadisə yerinin yaxınlığındakı həyətdən tapılıb.

Ailəyə yaxın olan şəxslər bildirdilər ki, ər və arvadının qətlindən sonra evin yandırılması xəbəri həqiqətə uyğun deyil. Belə ki, hadisə vaxtı divanın üstünə siqaret düşüb və tüstülənmə yaranıb. Səs-küyə gələnlər yanğının başlamasının qarşısını alıblar.

Hazırda məlum faktla bağlı hüquq-mühafizə orqanları araşdırmaları davam etdirir. F.Hüseynovun illərlə tanıdığı şəxsləri hansı səbəbdən qətlə yetirməsi, hadisənin niyə məhz bu gecə törədilməsi, evdə nə axtarması və digər sualların cavabı istintaqın yekununda üzə çıxmalıdır.

***

Qeyd edək ki, iyunun 7-də axşam saat 21:00 radələrində Saray bələdiyyəsinin sədri, 1976-cı il təvəllüdlü Vəsilə Həsənovanın yaşadığı evə daxil olan Hüseynov onu və həyat yoldaşı Vəfadar Həsənovu vəhşicəsinə qətlə yetirib. Daha sonra Fədail Hüseynov polisə gələrək könüllü təslim olub
Bu gün, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Bu gün, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Bu gün, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Bu gün, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Bu gün, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Bu gün, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Bu gün, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Bu gün, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Bu gün, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Bu gün, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Bu gün, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Bu gün, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Bu gün, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Bu gün, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Bu gün, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Bu gün, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Bu gün, 09:43
Zelenski müsahibə zamanı ağladı
Bu gün, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Bu gün, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Bu gün, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib