Bank müdirinin ölümünə səbəb olan qalmaqallı cinayətlə bağlı şok TƏFƏRRÜAT... - FOTOLAR
Döş qəfəsindən yaralanan Ruslan Əfəndiyev azxeber.com-a müsahibəsində cinayəti törədən şəxsin vəkilinin hadisəni tamamilə təhrif etdiyini bildirib.
Həmin müsahibəni təqdim edirik:
- Ruslan bəy, həbs edilən Mövludun vəkili iddia edir ki, onlar tatami üzərinə ikinci dəfə çıxdıqları zaman bir də belə qanacaqsızlıq eləməyin demisiniz. Hadisənin əsas iştirakçısınız. Bu haqda nə deyə bilərsiniz?
- Vəkilin hadisə ilə bağlı dediklərinin çoxu təhrif edilmiş məlumatlardır. Mən tələbələrimlə birlikdə (red: qətlə yetirilən Azər Məmmədovda onlardan biridir) zala daxil olduğumda, onlar artıq tatminin üstünə çıxmışdılar. Onlardan birinin ayağında "borisovka" ayaqabbısı, digərində isə "şəpit" var idi. Mən bunu görəndə, bir müəllim kimi onlara dedim ki, bu formada tatimi üzərinə çıxmaq olmaz. Çünki orada məşq edilir və tatimi çirklənir. Onlar mənə yaxşı deyib getdilər. İkinci dəfə balacaboy saqqallı oğlan (red: Mövlud Səfərov) yenidən əşyalarını götürmək üçün tataminin üstündən keçərək əlcəklərini götürdü. Mən buna ikinci dəfə başa saldım ki, bunun üzərinə ayaqqabı ilə çıxmaq olmaz. Bəyaq da bu sözü ona dediyimi xatırlatdım. O da mənə cavabında sənin mənim ponyatkama şübhən var? deyə cavab verdi. Mən də dedim ki, uzatmayın, məşqimiz var. Çıxın gedin. Onlar da çıxıb getdilər.
- Məşqə başladıqdan sonra siz onları bir də gördünüzmü?
Biz 40 dəqiqə məşq etdik. Bu müddətdə Mövlud Səfərov zalın ətrafında gəzir, bizə baxıb gedirdi. Məşqi qutardıqdan sonra məni kənara çağırıb nəsə deyəcəyini söylədi. Mən də yaxınlaşdım. Yaxınlaşan kimi mənə sual verdi ki, bəs sən polis əməkdaşısanmı? Mən də cavabında polis işçisi olmadığımı və ümumiyyətlə bunun nə əhəmiyyət daşıdığını ondan soruşdum. Sonra yenidən söhbəti başladı. Mən də yenidən başa saldım ki, sənin ora çıxmağın düz deyil. Həm də mən sənə iki dəfə xəbərdarlıq etdim. Yenə mənə qayıtdı ki, "sənin mənim ponyatkama şübhən var?". Mən yenə təmkinlə onu başa salmağa çalışdım. Bu zaman mənim ünvanıma təhqiramiz ifadə işlətdi (red: etik ifadə olmadığı üçün qeyd etmirik). Gördüm ki, bu sözü dediyi vaxt dodaqları titrəyir. Bildim ki, mənə yumruq atacaq. O yumruğu atdığı zaman aşağı əyildim və zərbə məndən yan keçdi. Yanındakı da (red: Mövlud) bu zaman mən əyiləndən sonra yumruq atdı. Onu da dəf etdim. Bu zaman ikisi də qaçmağa başladı.
- Azər Məmmədov sizin yanınızda idi?
Azər duş kabinindən çıxandan sonra hadisəni gördü. İkisinin də mənim üstümə gəldiyini görən kimi mənə köməyə gəldi . Və Sənanı itələməyə başladı. Emin də qaçaraq yanımıza gəldi və Azərlə bir yerdə onları məndən uzaqlaşdırmağa çalışdılar. Sənan məni söyə-söyə qaçmağa başladı. Bizim uşaqlar da arxalarınca qaçdılar. Zala çatanda o mənə tərəf qaçaraq yumruq atdı. Və hər şey bir anın içində oldu. Azərin qışqırtısını eşitdim. O mənə Sənanın əlində bıçaq olduğunu qışqıraraq dedi. Bıçaqla döş qəfəsimə vurdu. Mən də ona yumruq vurdum və o zərbədən yerə yıxıldı. Digəri isə qolumdan tutmuşdu. Əgər mən onu vurmasaydım o məni dəlik-deşik edəcəkdi. Bu zaman mən tək idim. Çünki Emin bizi qorumaq üçün dəmir gətirməyə getmişdi. Azər isə orada yox idi. Divara tərəf çəkildim. Bu zaman Emin dəmirlə gəldi və onlar bunu görən kimi zaldan qaçdılar.
- Bəz Azərin vurulmasından nə zaman xəbər tutdunuz?
Biz artıq içəri girdik və bu zaman Azəri gördüm. Azər mənə yaxınlaşıb deyəsən məni ürəyimdən vurdular dedi. Maykasını qaldırıb baxdıq. Gördüm ki, iki zərbə qoltuğunun altına dəyib. Elə bu zaman huşunu itirib yerə yıxıldı. Biz naşatr turşusu ilə onu ayıltmağa çalışdıq. Ayıltdıq da. Özünə gəlib bizə baxdı, sonra yenə huşunu itirdi. Bir də oyada bilmədik.
- Təəccili tibbi yardıma zəng vurmuşdunuz?
Bəli, artıq zəng vurulmuşdu. Onlar da gəlib bir xeyli Azəri oyatmaq üçün cəhd göstərdilər. Amma, alınmadı.
- Bəs son söz olaraq nə demək istərdiniz?
Son olaraq onu deyə bilərəm ki, mən bu hadisənin baş verməməsi üçün çalışdım. Mən müəlliməm və hər zaman danışıq yolu ilə insanları başa salmağa çalışıram. Onların ikisinin də idmançı olmadıqları, təsadüfən zala gəldikləri ilk görünüşdən bəlli idi. Amma o da aydın idi ki, onlar dalaşmaq istəyirdilər. Məqsədləri ora gəlib bu cinayəti törətmək idi.
Xatırladaq ki, Azər Məmmədovun ölümündə şübhəli bilinən Sənan Quliyevin vəkili Cavid Rzazadə Qafqazinfoya açıqlamasında insidentin Ruslan Əfəndiyev tərəfindən başlandığını, hadisədə Sənan və onun dostu Mövludun da döyüldüyünü bildirmişdi.
Qeyd edək ki, artıq hər iki şəxs-Sənan və Mövlud haqda həbs-qətimkan tədbiri seçilib. Səbail rayon məhkəməsinin qərarı ilə Sənan Quliyev 4 ay, Mövlud isə 3 ay müddətinə həbs edilib.
http://musavat.com
Bu gün, 11:32
Azərbaycanda 5 gün ardıcıl intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bu gün, 11:14
Tbilisiyə getmək istəyənlərə şad xəbər - 3 ay sonrayadək bilet ala biləcəksiniz
Bu gün, 11:07
İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı
Bu gün, 10:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Bu gün, 10:03
Bu dəfə işi bir həftəyə bitirəcəyik - Tramp İranı müdrikliyə çağırdı
Bu gün, 09:55
İsmayıllı meşələrində ƏMƏLİYYAT - VİDEO
Bu gün, 09:45
“BYD” qəza törətdi - Piyada öldü
Bu gün, 09:40
“TikTok”da söyüş söyən şəxs həbs edildi
Bu gün, 09:35
Avropa ölkələri daha çox məsuliyyət götürməlidir - Ərdoğan
Bu gün, 09:29
Türkiyə parlamentinin sədri Azərbaycanda səfərdədir
Bu gün, 09:24
Qalibaf Bakıya gəldi
Bu gün, 09:00
“UNITED24Media”nın Azərbaycanla bağlı təxribatı ifşa edildi
Dünən, 16:00
Kiçik torpaq sahələri ilə bağlı YENİLİK! Ekspert detalları açıqladı
Dünən, 15:33
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib
Dünən, 15:30
Moskvadan qızışdırıcı MÖVQE – Paşinyan Rusiyaya buraxılmayacaq?
Dünən, 13:25
Prezidentin Şuşa səfərində uşaqlarla səmimi görüşü
Dünən, 13:16
Həmin ordeni Polşaya qaytardı
Dünən, 12:43
Onlayn qumarla bağlı cəzalar - Sərtləşdirilir
Dünən, 12:39
Daşaltı kəndinin fonunda - Fotolar
Dünən, 12:33
Füzulinin dağıdılmış yerlərinə baxdılar - Fotolar
Dünən, 11:46
Sürətli yolda uşağın həyatını təhlükəyə atdı - Araşdırma başladı
Dünən, 11:40
Bu qaydanı pozanlar cərimələnəcək - 2 min manatadək
Dünən, 11:15
Prezident həmkarını Füzulidə qarşıladı - Fotolar
Dünən, 11:09
Danışıqların yekununda dörd işçi qrupu yaratdılar
Dünən, 11:05
Ramil Quliyevin xanımı Olimpiya medalından məhrum edildi
Dünən, 10:59
Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş - Yevlaxdakı qətlin təfərrüatı
Dünən, 10:55
“Dörd ay keçib, küçələr hələ də su altındadır”