"Avropa" otelində qətlə yetirilən bankir kimdir? - YENİLƏNİB - FOTO
Kriminal
Oxunub: 1 552
23 apr 2015 | 10:48
APA-nın məlumatına görə, Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 20-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Təvəkkül oğlu Quliyev olduğu müəyyən edilib.

Hazırda polis hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.

---------
10:02

Məşhur "Avropa"otelində bankirin qətlinin təfərrüatları məlum olub. Milli.Az-ın Nəsimi Rayon Polis İdarəsindən əldə etdiyi məlumata görə, "Zaminbank"ın Nəsimi rayon filialının müdiri olan Azər Məmmədov otelin idman zalında məşq edən zaman bir nəfərlə otelin idman zalında qarışıq döyüş növləri üzrə məşqçi Ruslan Əfəndiyevin mübahisəsi yaranıb. Həmin şəxslə məşqçi arasında dava düşüb. Bu zaman Azər onları aralaşdırmaq istəyərkən hələlik adı açıqlanmayan şəxs bıçaqla məşqçiyə və Azərə zərbələr vurub.

30 yaşlı A.Məmmədov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. R.Əfəndiyev isə özəl klinikalardan birinə çatdırılıb.

---------
09:14

Ötən gecə Bakının Nəsimi rayonu ərazisində qətl hadisəsi törədilib.

"Report" xəbər verir ki, hadisə Tbilisi prospektində yerləşən Avropa otelində baş verib.

İnsident otelin idman zalında qarışıq döyüş növləri üzrə məşqçi Ruslan Əfəndiyevlə banklardan birinin şöbə müdiri Azər adlı şəxs məşq edən zaman qeydə alınıb. Belə ki, onlarla hələlik kimliyi məlum olmayan iki nəfər şəxs arasında mübahisə düşüb və naməlum şəxslərdən biri bıçaqla Azərə ürək nahiyəsindən, R.Əfəndiyevə isə bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirib.

Azər aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. R.Əfəndiyev isə özəl klinikalardan birinə çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.

Hadisədən sonra əraziyə Nəsimi Rayon Polis İdarəsi və Prokurorluğunun əməkdaşları cəlb ediliblər. Hadisə yerindən qaçan naməlum şəxslərin tutulması və qətlə yetirilən Azər adlı şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda cinayət işi başlanıb.
Bu gün, 10:03
Bu dəfə işi bir həftəyə bitirəcəyik - Tramp İranı müdrikliyə çağırdı
Bu gün, 09:55
İsmayıllı meşələrində ƏMƏLİYYAT - VİDEO
Bu gün, 09:45
“BYD” qəza törətdi - Piyada öldü
Bu gün, 09:40
“TikTok”da söyüş söyən şəxs həbs edildi
Bu gün, 09:35
Avropa ölkələri daha çox məsuliyyət götürməlidir - Ərdoğan
Bu gün, 09:29
Türkiyə parlamentinin sədri Azərbaycanda səfərdədir
Bu gün, 09:24
Qalibaf Bakıya gəldi
Bu gün, 09:00
“UNITED24Media”nın Azərbaycanla bağlı təxribatı ifşa edildi
Dünən, 16:00
Kiçik torpaq sahələri ilə bağlı YENİLİK! Ekspert detalları açıqladı
Dünən, 15:33
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib
Dünən, 15:30
Moskvadan qızışdırıcı MÖVQE – Paşinyan Rusiyaya buraxılmayacaq?
Dünən, 13:25
Prezidentin Şuşa səfərində uşaqlarla səmimi görüşü
Dünən, 13:16
Həmin ordeni Polşaya qaytardı
Dünən, 12:43
Onlayn qumarla bağlı cəzalar - Sərtləşdirilir
Dünən, 12:39
Daşaltı kəndinin fonunda - Fotolar
Dünən, 12:33
Füzulinin dağıdılmış yerlərinə baxdılar - Fotolar
Dünən, 11:46
Sürətli yolda uşağın həyatını təhlükəyə atdı - Araşdırma başladı
Dünən, 11:40
Bu qaydanı pozanlar cərimələnəcək - 2 min manatadək
Dünən, 11:15
Prezident həmkarını Füzulidə qarşıladı - Fotolar
Dünən, 11:09
Danışıqların yekununda dörd işçi qrupu yaratdılar
Dünən, 11:05
Ramil Quliyevin xanımı Olimpiya medalından məhrum edildi
Dünən, 10:59
Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş - Yevlaxdakı qətlin təfərrüatı
Dünən, 10:55
“Dörd ay keçib, küçələr hələ də su altındadır”
Dünən, 10:51
Daha bir gəncin meyiti kanaldan tapıldı
Dünən, 09:53
İtaliya mətbuatında Tramp haqqında gedən təhqiramiz ifadələr toplanır
Dünən, 09:47
ABŞ-İran texniki danışıqları da başa çatdı: Nəticə?
Dünən, 09:40
Xameneinin dəfninə görə uçuşları məhdudlaşdıracaqlar