GENERAL OĞLUNUN BIÇAQLADIĞI ŞƏXS ÖLDÜ? – Rəsmi açıqlama
Kriminal
Oxunub: 1 473
17 apr 2015 | 20:17
GENERAL OĞLUNUN BIÇAQLADIĞI ŞƏXS ÖLDÜ? – Rəsmi açıqlamaDaxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin də iştirakçısı olduğu dava-dalaşda bıçaqlanan şəxs vəfat edib. Virtualaz.org saytının hüquq-mühafizə orqanlarındakı mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, adı açıqlanmayan həmin şəxs müalicə aldığı xəstəxanada keçinib. Ölən şəxsin kimliyi haqda məlumat verilmir.
Xatırladaq ki, 10-da Bakının "Senator" restoranında general-mayor Şərif Əsədullayevin oğlunun iştirakı ilə dava-dalaş baş vermişdi. Dava zamanı bir nəfər bıçaqlanmışdı. O, ağır vəziyyətdə paytaxtdakı xəstəxanaların birinə yerləşdirilmişdi.
Qeyd edək ki, bu faktla bağlı Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.4 (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.
Polisdən gizlənməyə çalışan Tamerlan Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunub və Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Tamerlan Əsədullayev Qafqaz Müsəlmanları İdarəsinin rəisi Şeyxülislam Hacı Allahşükür Paşazadənin bacısının oğludur.

* * *
Baş Prokurorluq Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin bıçaqladığı şəxsin ölməsi barədə mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.
Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında bildirib ki, Tamerlan Əsədullayevin bıçaqla xəsarət yetirdiyi şəxs xəstəxanada müvafiq müalicə aldıqdan sonra evə buraxılıb: "Onun ölməsi barədə bəzi KİV-də yayılan məlumatlar həqiqəti əks etdirmir".
Dünən, 12:08
Bəzi ərazilərdə güclü leysan olub, şimşək çaxıb
Dünən, 11:46
Yol polisi sürücülərə müraciət etdi
Dünən, 11:41
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Dünən, 11:37
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - Siyahı
Dünən, 10:32
4 cüdoçumuz Bakıdakı dünya çempionatında mübarizəyə qoşulacaq
Dünən, 10:29
Azərbaycanda insanlar bu qədər yaşayır - NAZİRLİK AÇIQLADI
Dünən, 10:24
Beynəlxalq səyyahlar Zəngilana səfər ediblər - FOTO
Dünən, 10:19
Saf, orqanik ad altında satılan ballar: Peşəkar arıçıdan şok ETİRAFLAR
Dünən, 10:14
Tramp: "Putin Ermənistan-Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi"
Dünən, 09:00
Ermənilərin növbəti qorxusu – Azərbaycan Tavuş istiqamətində 500 metr
9-10-2026, 16:00
ABŞ Konqresində Azərbaycana qarşı 241 kvadratkilometrlik İDDİA – 30 il susanlar hərəkətə keçdi
9-10-2026, 15:30
Jirinovskinin Azərbaycanla bağlı proqnozu – “Qarabağ azad ediləcək, İran isə...”
9-10-2026, 14:22
İlham Əliyev və Donald Trampın Bakı Zirvəsini keçirməsi mümkündürmü?
9-10-2026, 13:56
Prezidentlər sammitdə yenidən bir arada - Fotolar
9-10-2026, 13:26
MDB-də 2028-ci il Sosial inkişaf və həyat keyfiyyəti ili elan edildi
9-10-2026, 13:19
Azərbaycanda maaş artdı
9-10-2026, 13:15
Azərbaycanın xaricdəki ticarət nümayəndəliklərində bayraq, gerb və lövhə yerləşdiriləcək
9-10-2026, 13:12
İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO
9-10-2026, 12:11
Büdcədə 4 milyard manata yaxın artıqlıq yarandı
9-10-2026, 11:38
Azərbaycan iqtisadiyyatı 1,5% böyüyüb
9-10-2026, 11:18
“Retro Holding”də milyon yarımlıq yeyinti - Həbs edilən var
9-10-2026, 11:00
4 gün iş olmayacaq - Tarix açıqlandı
9-10-2026, 10:59
İlham Əliyev: Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə yükdaşımaları ildə 15 milyon tona çatdırmağa hazırıq
9-10-2026, 10:56
Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır
9-10-2026, 10:51
Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır
9-10-2026, 10:48
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ
9-10-2026, 10:11
Paşinyan səhərini Azərbaycan mahnısı ilə açdı, "ürək" göstərdi