Evə maskalı hücum: "Dedim aparın Allah xeyir versin" - YENİLƏNİB - FOTO
Kriminal
Oxunub: 1 697
16 apr 2015 | 19:48
Evə maskalı hücum: "Dedim aparın Allah xeyir versin" - YENİLƏNİB - FOTOBu gün gecə saatlarında Goranboy rayonunda quldurluq faktı qeydə alınıb. Hadisə zamanı ev sahibi və onun yaşlı həyat yoldaşı naməlum şəxslər tərəfindən döyülüb.

Kəpəz TV (Region TV) xəbər verir ki, hadisə Goranboyun Nadirkənd kəndində Oktay Məmmədova məxsus evdə qeydə alınıb. Evə daxil olan iki nəfər maskalı şəxs qoca ər-arvadın əl-qolunu və ağzını bağlayaraq bıçaqla hədələyərək onlara xəsarətlər yetiriblər. İşgənəyə dözməyən ev sahibləri sonda pulun yerini onlara demək məcburiyyətində qalıblar.

Ev sahiblərinin əl-qolunu bağladıqdan sonra onlara zorakılıq göstərən şəxslər otağa girərək əşyaların altını üstünə çevirdikdən sonra şkafdan 1400 manat pul götürərək hadisə yerini tərk ediblər.
Quldurlar pulla yanaşı Ölkə Məmmədovaya məxsus qızıl üzük, sırğa və mobil telefon da götürüblər.
Ölkə Məmmədova: "Ağzımı, ayağımı, əlimi yapışqan lentlə bağladı, sonra da yıxıb təpik vurdular. Sonra başladılar kişini döyməyə, onun da əl-qolunu bağladıqdan sonra bir neçə yerinə bıçaq zərbələri vurublar. Mən də dedim ki, bizi öldürməyin, pulun yerini deyək, gedin götürün bizdən əl çəkin".
Pulları götürdükdən sonra ev sahiblərinə sağ ol deməyi unutmayan şəxslər elə gəldikləri kimi evi tərk ediblər. Məlum hadisədən qonşular bir neçə saatdan sonra xəbər tutublar.
Oktay Məmmədov: "Bıçaqla bütün döşəkləri çırıblar, axtarış aparıblar evdə. Sonra biri dedi ki, tapdım pulları gedək. Bizə gəldi dedilər ki, sağ olun bizə pul yaman lazım idi. Mən də dedim aparın Allah xeyir versin".
Hadisə ilə bağlı Goranboy rayon Polis Şöbəsində quldurluq hadisəsini törədən şəxslərin tapılaraq istintaqa verilməsi istiqamətində əməliyyat axtarış tədbirləri aparılır.

----------

Gəncədə və Goranboyda soyğunçuluq edilib
Kəpəz TV (Region TV) xəbər verir ki, Gəncə şəhər sakini İlkin Quliyevə qarşı soyğunçuluq edilib. Afət Quluzadə adlı şəxs onu bıçaqla hədələyərək pul və mobil telefonunu alıb. Afət Quluzadənin saxlanılması istiqamətində tədbirlər görülür.
Bu gün Goranboyun Nadirkənd kəndində evlərdən birindən oğurluq edilib. Oqtay Məmmədova məxsus mənzilə daxil olan maskalı naməlum şəxslər 1400 manat pul və qızıl-zinət əşyalarını oğurlayaraq hadisə yerindən qaçıblar. Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Dünən, 16:00
ABŞ Konqresində Azərbaycana qarşı 241 kvadratkilometrlik İDDİA – 30 il susanlar hərəkətə keçdi
Dünən, 15:30
Jirinovskinin Azərbaycanla bağlı proqnozu – “Qarabağ azad ediləcək, İran isə...”
Dünən, 14:22
İlham Əliyev və Donald Trampın Bakı Zirvəsini keçirməsi mümkündürmü?
Dünən, 13:56
Prezidentlər sammitdə yenidən bir arada - Fotolar
Dünən, 13:26
MDB-də 2028-ci il Sosial inkişaf və həyat keyfiyyəti ili elan edildi
Dünən, 13:19
Azərbaycanda maaş artdı
Dünən, 13:15
Azərbaycanın xaricdəki ticarət nümayəndəliklərində bayraq, gerb və lövhə yerləşdiriləcək
Dünən, 13:12
İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO
Dünən, 12:11
Büdcədə 4 milyard manata yaxın artıqlıq yarandı
Dünən, 11:38
Azərbaycan iqtisadiyyatı 1,5% böyüyüb
Dünən, 11:18
“Retro Holding”də milyon yarımlıq yeyinti - Həbs edilən var
Dünən, 11:00
4 gün iş olmayacaq - Tarix açıqlandı
Dünən, 10:59
İlham Əliyev: Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə yükdaşımaları ildə 15 milyon tona çatdırmağa hazırıq
Dünən, 10:56
Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır
Dünən, 10:51
Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır
Dünən, 10:48
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ
Dünən, 10:11
Paşinyan səhərini Azərbaycan mahnısı ilə açdı, "ürək" göstərdi
Dünən, 10:00
Uzunmüddətli müharibə üçün bütün ehtiyatlarımız var – Tehran
Dünən, 09:54
İstanbulda çökən binada ölənlərin sayı 5 nəfərə çatdı
Dünən, 09:31
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək
Dünən, 09:25
Trampın Nobel Sülh Mükafatı ilə qiymətləndiriləcəyinə ümid edirik - PREZİDENT
Dünən, 09:12
Avropa qaz çatışmazlığı yaşana bilər
Dünən, 09:00
Hadrutun işğaldan azad olunmasından 6 il ötür
8-10-2026, 18:23
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 16:00
Avropa kabus ssenarisinə hazırlaşır – Çoxsaylı insan ölümü ilə nəticələnəcək hücum gözlənilir!
8-10-2026, 15:30
Ebola 4 ölkəyə çatdı, Rusiyada taun şübhəsi – Dünyada təhlükəli xəstəliklər YAYILIR
8-10-2026, 14:53
İlham Əliyev Berdiməhəmmədovla görüşdü - FOTO