Azərbaycanda qızı zorlanan kişi: "Məhkəmə onu buraxsa, kənddə tayfa-nəsil davası düşəcək" - YENİLƏNİB
Kriminal
Oxunub: 1 675
3 apr 2015 | 21:09
11:53

Azərbaycanın Tovuz rayonunda dəhşətli hadisə baş verib.

Rayonun Əyyublu qəsəbə sakini 20 yaşlı tələbə qız 4 nəfər həmkəndliləri tərəfindən qaçırılaraq zorlanıb.

Zorlanan qızın atası Kamal Nəsibov bu haqda AzNews.az-a danışıb.

O, qızının üzərində zorakılıq hadisəsi olduğunu təsdiqləyib:
"Hadisə martın 22-də Tovuz rayonunun Əyyublu kəndində baş verib. Hadisəni törədənlər - Məmmədov Kamal, Kərimov Mürsəl, Niyazov Ellməddin, Rzayev Nemət qızımı qaçırıblar. Qızım tələbə olduğuna görə kəndə tətilə gəlmişdi. Yağışlı gündə babası ilə görüşməyə gedib. Yolda oğlanlardan biri onun başından vuraraq təpikləyib və avtomobilə mindirib. Qız avtomobildən düşə bilməyib. Oğlan avtomobili açıqlıq bir əraziyə sürüb. 3 nəfər də bunların ardınca "Ford" maşını ilə gəlib. Onlar qızıma qarşı zorakılıq ediblər. Sonra oradan götürüb qəbiristanlığa aparıblar. Orada deyiblər ki: "Sən bunu bir adama desən, öldürəcəyik". Məsələ ilə bağlı cinayət işi başlanılıb".
K.Nəsibov bildirib ki, qızının zorlanmasında iştirak edən cinayətkarlardan biri Gəncə Apellyasiya Məhkəməsinə müraciət edib ki, onun barəsində olan qəti-həbs imkan tədbiri dəyişdirilsin: "100-dən çox adam buna etiraz edirik. Bu saat kənd ayağa qalxıb. Əgər məhkəmə Niyazov Elməddin barəsində olan həbs-qəti imkan tədbirini dəyişib buraxsa, kənddə tayfa-nəsil davası düşəcək. Ölüm olacaq. Onlardan 3-ü həbs olunub, biri isə azadlıqdadır".
K.Nəsibov qızının hələ də şokda olduğunu qeyd edib: "Qızım intihar eləmək istədi, zəhər içdi. Bu boyda haqsızlıq olar? Bu cinayətkarların 4-ü də həbs olunmalıdır. Hazırda cinayətkarlardan birinin valideynləri onu zaminə buraxmaq istəyirlər. İmkanlı adamlardır, yol tapıb çıxmaq istəyirlər. Kənd əhli isə buna razı deyil. Deyilənə görə, bunların ilk işi deyil. Onlardan biri qızıma deyib ki, "Sən birinci deyilsən. Sənin kimi neçəsini yola vermişəm". Mən buradan ölkənin rəhbər şəxslərinə müraciət edirəm. Bu boyda haqsızlığa göz yumayın. İnanın ki, onları buraxsalar, kənddə ölüm olacaq".

----------
10:42

Tovuz rayonunda 20 yaşlı qız cinsi təcavüzə məruz qalıb. Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu günlərdə Əyyublu kənd sakini olan, 20 yaşlı G.N. 4 nəfər həmkəndlisi tərəfindən zorlanması ilə bağlı Tovuz Rayon Polis Şöbəsinə müraciət edib.
Dərhal müraciət əsasında araşdırmalara başlanılıb və yaşı 20-25 arası olan həmin 4 nəfər saxlanılaraq şöbəyə gətirilib. Fakta görə cinayət işi açılıb və həmin şəxslər barəsində həbs-qəti imkan tədbirinin seçilməsi üçün rayon məhkəməsinə göndərilib. Tovuz Rayon Məhkəməsi gənc qızı zorlamaqda şübhəli bilinən şəxslər barəsində həbs qərarı çıxarmayıb və onların polis nəzarətində olmasını məqbul sayıb.

Fakta görə başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Milli.Az
Bu gün, 11:32
Azərbaycanda 5 gün ardıcıl intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bu gün, 11:14
Tbilisiyə getmək istəyənlərə şad xəbər - 3 ay sonrayadək bilet ala biləcəksiniz
Bu gün, 11:07
İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı
Bu gün, 10:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Bu gün, 10:03
Bu dəfə işi bir həftəyə bitirəcəyik - Tramp İranı müdrikliyə çağırdı
Bu gün, 09:55
İsmayıllı meşələrində ƏMƏLİYYAT - VİDEO
Bu gün, 09:45
“BYD” qəza törətdi - Piyada öldü
Bu gün, 09:40
“TikTok”da söyüş söyən şəxs həbs edildi
Bu gün, 09:35
Avropa ölkələri daha çox məsuliyyət götürməlidir - Ərdoğan
Bu gün, 09:29
Türkiyə parlamentinin sədri Azərbaycanda səfərdədir
Bu gün, 09:24
Qalibaf Bakıya gəldi
Bu gün, 09:00
“UNITED24Media”nın Azərbaycanla bağlı təxribatı ifşa edildi
Dünən, 16:00
Kiçik torpaq sahələri ilə bağlı YENİLİK! Ekspert detalları açıqladı
Dünən, 15:33
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib
Dünən, 15:30
Moskvadan qızışdırıcı MÖVQE – Paşinyan Rusiyaya buraxılmayacaq?
Dünən, 13:25
Prezidentin Şuşa səfərində uşaqlarla səmimi görüşü
Dünən, 13:16
Həmin ordeni Polşaya qaytardı
Dünən, 12:43
Onlayn qumarla bağlı cəzalar - Sərtləşdirilir
Dünən, 12:39
Daşaltı kəndinin fonunda - Fotolar
Dünən, 12:33
Füzulinin dağıdılmış yerlərinə baxdılar - Fotolar
Dünən, 11:46
Sürətli yolda uşağın həyatını təhlükəyə atdı - Araşdırma başladı
Dünən, 11:40
Bu qaydanı pozanlar cərimələnəcək - 2 min manatadək
Dünən, 11:15
Prezident həmkarını Füzulidə qarşıladı - Fotolar
Dünən, 11:09
Danışıqların yekununda dörd işçi qrupu yaratdılar
Dünən, 11:05
Ramil Quliyevin xanımı Olimpiya medalından məhrum edildi
Dünən, 10:59
Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş - Yevlaxdakı qətlin təfərrüatı
Dünən, 10:55
“Dörd ay keçib, küçələr hələ də su altındadır”