Şəmkirdən olan biznesmenin güllələnməsində Heydərov qardaşlarının əli var? — FOTO
Kriminal
Oxunub: 1 138
30 noy 2018 | 18:51
Şəmkirdən olan biznesmenin güllələnməsində Heydərov qardaşlarının əli var? — FOTO















36 yaşlı azərbaycanlı iş adamı Toğrul Tağıyevin Moskva vilayətinin Vidnoye şəhərində qətlə yetirilməsində onun həmyerlilərinin - Heydərov qardaşlarının əli ola bilər.
Virtualaz.org bildirir ki, bu barədə Rusiyanın hüquq-mühafizə orqanlarından bildiriblər.

Qeyd edək ki, noyabrın 21-də axşam vaxtı yaşayış binasının həyətində naməlum şəxs oraya özünün yolsuzluq avtomobilində gəlmiş Tağıyevə hücum edib (iş adamı burada yaşayırmış). Killer Tağıyevin avtomobilini atəşə tutub. O, xəstəxanaya çatdırılıb, lakin həkimlərin səylərinə baxmayaraq, orada keçinib. Məlumdur ki, qatil yeddi dəfə atəş açıb.

Fakt üzrə RF CM-nin "qətl törədilməsi" və "qanunsuz silah gəzdirmə" maddələri ilə cinayət işi başlanıb. Hadisə yerində 9 millimetrlik dörd giliz və bir güllə aşkarlanıb. Qətlə yetirilmiş Toğrul Tağıyev Şəmkir rayonunun Düyərli kəndində anadan olub - çoxdan bəri Moskva vilayətində yaşayırmış və Moskvanın ən iri meyvə-tərəvəz topdansatış-pərakəndə bazarı olan "Food City"də ticarətlə məşğul imiş.

Eyni zamanda, məlum olub ki, Tağıyev daha əvvəllər Şəmkirdən olan Heydərov qardaşları ilə ciddi münaqişədə olub. Sonuncular kifayət qədər müddətdir ki, Rusiyada yaşayırlar və Azərbaycanla gediş-gəlişləri yoxdur. Bundan əlavə, qardaşlardan ikisi - Cəbrayıl və Babək hazırda Rusiyada həbsdədirlər. Onlar həmyerlilərindən zorla pul tələb etmə və kriminal qruplaşmalarla əlaqələrdə ittiham ediliblər. Üçüncü qardaş Həsən Heydərov hazırda azadlıqdadır.

Məlumdur ki, bu ilin mart ayında Tağıyevə sui-qəsd olunub. Mənbələrə görə, Tağıyevlə Cəbrayıl Heydərov arasında daha öncə pul üstündə münaqişə baş verib. Heydərov Tağıyevdən müəyyən məbləğdə pul tələb edib, iş adamı isə pulu verməyib. Bu səbəbdən Tağıyevə silahlı hücum baş verib. İş adamı ayağından yaralanıb. Sonra daha bir sui-qəsd baş verib, lakin heç kim xəsarət almayıb.
Rusiya KİV-lərinin məlumatlna əsasən, qətlə yetirilmiş Tağıyevin həyat yoldaşı iddia edir ki, sahibkara dəfələrlə hədə-qorxu gəliblər. Bu yaxınlarda o, avtoyuma biznesi əldə edib və hədələr yenilənib.

Mənbə qeyd edir ki, güman edildiyinə görə, qətl Tağıyevlə Heydərovun münaqişəsi nəticəsində baş verib. Lakin sonuncuların sifarişli qətldə əlinin olması hələlik sübuta yetirilməyib. Buna görə də, Tağıyevin qətlinin sifarişçisinin başqa şəxs ola biləcəyi versiyası da qüvvəsində qalmaqdadır. Sonuncu Tağıyevlə Heydərov qardaşlarının münaqişəsindən yararlanaraq rəqibini aradan götürə bilərdi.

Hazırda Rusiya İstintaq Komitəsinin Lenin rayonu üzrə İstintaq İdarəsi qətlin təfərrüatlarını araşdırır.

Tağıyev doğma Düyərli kəndində dəfn olunub. İş adamının iki uşağı qalıb.

Şəmkirdən olan biznesmenin güllələnməsində Heydərov qardaşlarının əli var? — FOTOŞəmkirdən olan biznesmenin güllələnməsində Heydərov qardaşlarının əli var? — FOTO
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib