Eldar Mahmudovun həbsdəki “qulağı” azadlığa çıxmaq istəyir
Kriminal
Oxunub: 965
27 noy 2018 | 19:55
Eldar Mahmudovun həbsdəki “qulağı” azadlığa çıxmaq istəyir
















Sabiq nazirin yaxın qohumunun 34 telefonla qanunsuz dinləmə aparması “unuduldumu”…?

Sabiq milli təhülkəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu, Bakı Telefon Rabitə İstehsalat Birliyinin (BTRİB) sabiq – həbsdəki baş direktoru Beytulla Hüseynov azadlığa çıxmaq istəyir. Belə ki, noyabrın 28-də onun kasasiya şikayətinə baxılacaq. O, 1 il əvvəl barəsində Bakı Apelyasiya Məhkəməsinin çıxardığı qərardan kasasiya şikayəti verib. İstəyi də budur ki, yuxarı instansiya məhkəməsi onun cəzasını minimuma endirsin və şərti cəza ilə əvəzləməklə azad etsin. Eldar Mahmudovun “qulağı” kimi tanınan B.Hüseynov məhz sabiq nazirin təkidi ilə 2005-ci ildə BTRİB-in baş direktoru vəzifəsinə təyinat alıb və 10 il müddətində həmin vəzifəni daşıyıb.

2015-ci ildə MTN-də gerçəkləşdirilən “təmizləmə” əməliyyatı qısa müddət sonra Rabitə Nazirliyinə də sıçradı. Belə aydın oldu ki, “MTN işi”ndən “Rabitə işi”nə əsas körpü elə Beytulla Hüseynovun qanunsuz əməlləri olub. Xüsusən Eldar Mahmudovun maraqları çərçivəsində Beytulla Hüseynovun kabinetindən yüksək ranqlı məmurlar dinlənilirmiş…

Beytulla Hüseynova görə BTRİB baş direktoru vəzifəsindən çıxarılan keçmiş ATS müdiri Nəriman Salmanov məhkəmədəki ifadəsində bildirib ki, vəzifədə olduğu dövrdə otağında təxminən 34 ədəd telefon xəttindən yararlanıb. Beytulla Hüseynov istintaqa ifadəsində deyib ki, o otaqdakı 34 xətt əvvəlki rəhbərliyin dövründən qalıb. Salmanov isə onun yalan danışdığını söyləyib: “Həmin telefon xətlərini sonradan Beytulla Hüseynov çəkdirib”.

Beytulla Hüseynov uzun illər BTRİB-ə rəhbərlik edib və həmin dövrdə Eldar Mahmudovun bandasının qanunsuz dinləmələri həyata keçirmələrini mümkün edən avadanlıqların müxtəlif rabitə-telekommunikasiya qovşaqlarında quraşdılmasına yardımçı olub, lazımi texniki dəstək verib.

Eldar Mahmudovun həbsdəki “qulağı” azadlığa çıxmaq istəyir






Qanunsuz fəaliyyətə görə 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Beytulla Hüseynov barəsində ittihamedici hökm çıxardı.

13 il azadlıqdan məhrum edilən Beytulla Hüseynovun dövlətə 21 milyon 379 min manat ziyan vurduğu da hökmdə əksini tapmışdı. Ötən ilin noyabrında Bakı Apelyasiya Məhkəməsinin hakimi Qədim Babayev Beytulla Hüseynovun cəzasını mümkün olan qədər, yəni 7 il 6 aya endirdi. Hökumətə xəyanət etmiş, ölkə rəhbərliyini, Eldar Mahmudovun bandasının maraqlı çərçivəsində məmurları, hər kəsi dinləmiş birinə qarşı hakimin mərhəməti anlaşılmaz olaraq qalır. Hazırda Beytulla Hüseynovun işi Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin icraatındadır və Eldar Mahmudovun qohumu azadlığa çıxmaq istəyir. İstiqlal.az saytı bu mövzuya aid maraqlı bir yazı paylaşıb. Sayt yazır ki, MTN tərəfindən saxta və qurama ittihamlarla həbs edilən günahsız vətəndaşlara hökmləri məhz Eldar Mahmudova yaxın olmuş hakimlər verib. Hələ 2004-cü ildə Eldar Mahmudov vəzifəyə təyinat alandan sonra nəzərə çarpan, onun vəzifəsində möhkəmlənməsində müstəsna əhəmiyyət kəsb edən bir əməliyyat baş tutdu. 2005-ci ildə Hacı Məmmədov və onun bandasına qarşı əməliyyat keçirildi.

Həmin əməliyyatdan sonra cərəyan edənlər isə göstərdi ki, Eldar Mahmudovun məqsədi “Qara Kəmər” əməliyyatı üzərindən özünün qara niyyətlərinə çatmaqdır. Hacı Məmmədovun işi o dövrdə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə adlanan instansiyaya göndərildi. İşə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxıldı. Həmin dövrdə hakimin Eldar Mahmudovla şəxsi münasibətləri olması haqda xəbərlər dolaşırdı. Məhkəmənin gedişatı, Hacı Məmmədovun işi üzrə verilən hökm də Eldar Mahmudovun maraqlarından kənara çıxmadı. Məsələn, Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsinin rəisi Zakir Nəsirova qarşı ittihamların məhkəmədə söz yığınından başqa bir şey olmadığı isbat olundu. Buna rəğmən hakim Əli Seyfəliyev ittiham aktına əsaslanıb Zakir Nəsirova ömürlük həbs cəzası oxudu. Ötən il əfv sərəncamı ilə azadlığa çıxan Zakir Nəsirovu Eldar Mahmudovun bandası həbs etməzdən əvvəl 3 dəfə MTN-ə çağırmışdılar. Hər dəfə də ona təklif olunmuşdu ki, rəhbərliyinə qarşı hazırlanan ifadələrə imza atsın, gedib işini davam etdirsin. Zakir Nəsirov sonuncu dəfə belə təklifi rədd edərkən ona Eldar Mahmudovun adından “sən öl, ömürlük həbsə göndərəcəyik” demişdilər. Hakim Əli Seyfəliyevin hökmü həmin hədənin nə dərəcədə real olduğunu da ortaya qoymuşdu. 2006-cı ildə verilən hökmdən 1 il sonra Əli Seyfəliyev artıq Ali Məhkəmənin hakimi idi. Bu gün də Əli Seyfəliyev həmin vəzifədədir və nə qədər qəribə olsa da, Eldar Mahmudovun yaxın qohumu, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynovun işi də məhz bu hakimin icraatındadır.(musavat.com)
Bu gün, 16:00
Qafqazda əsas savaş yollar uğrunda olacaq - İDDİA
Bu gün, 13:42
Kafedə döyüb naməlum ünvana apardılar, 25 min manat istədilər
Bu gün, 13:35
Koçaryan indi də xəstəxanaya aparıldı - Yenilənib - Video
Bu gün, 12:32
Böyük Qayıdış Davam Edir: Xocavəndə Daha 191 Sakin Doğma Yurduna Qayıdır
Bu gün, 12:06
“Hadrut fatehi”nin xanımı da tələbə oldu
Bu gün, 12:01
Bu xəstəxanaya yeni direktor təyin olundu
Bu gün, 11:56
Bu gecə metro 1 saat artıq işləyəcək
Bu gün, 11:51
9 yaşlı qıza ögey anası zorakılıq etdi: DİN-dən reaksiya
Bu gün, 11:41
İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi
Bu gün, 11:23
Yağış, şimşək, duman - Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Bu gün, 10:58
Şəhid yoldaşı ali məktəbə qəbul oldu - FOTO
Bu gün, 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə SƏRT XƏBƏRDARLIQ
Bu gün, 10:47
Səhər saatlarında İrəvandan XOŞ XƏBƏR GƏLDİ - YENİLƏNDİ
Bu gün, 10:05
Şəhid anası da tələbə adını qazandı - Foto
Bu gün, 10:00
Paşinyan yenə Başkənd dedi - Çıxış yolları AÇIQLANDI
Bu gün, 09:50
Ukrayna Rusiyada dəmir yolunu və neft zavodunu VURDU: Ölənlər var
Bu gün, 09:45
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu
Bu gün, 09:38
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Bu gün, 09:32
Bakının mərkəzində ağır qəza, 32 yaşlı kişi öldü
Bu gün, 09:29
Robert Koçaryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə aparılıb
Bu gün, 09:22
Türkiyəni ayağa qaldıran məhkəmə qərarı açıqlandı
Bu gün, 09:17
Bu da baş verdi-Neft nəhəngi Rusiyada benzin qıtlığı: indi Türkiyədən yanacaq istəyir
Bu gün, 09:00
“17 il Ermənistanın dəmir yoluna pul tökdük, Azərbaycan və Türkiyədən xilas etdik” – Rusiya böyük “razborka”ya başladı
Dünən, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Dünən, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Dünən, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Dünən, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ