İş adamının 73 min 500 dollarını alan şəxsin kriminal aləmlə əlaqələri var imiş — TƏFƏRRÜAT
Kriminal
Oxunub: 772
26 noy 2018 | 09:10
İş adamının 73 min 500 dollarını alan şəxsin kriminal aləmlə əlaqələri var imiş — TƏFƏRRÜAT














Bakıda iş adamına qarşı dələduzluq etməkdə təqsirləndirilən Gürcüstan vətəndaşının məhkəməsi baş tutub. Onun Azərbaycana qayıdarkən həbs edildiyi məlum olub.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Djambulat Alakhverdovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Hətəm Əliyev ifadə verib.

Şahid qismində dindirilən Hətəm Əliyev bildirib ki, Elvin Musayev İdarəyə müraciət edərək Djambulat Alakhverdov tərəfindən dələduzluğa məruz qaldığını deyib.

Hətəm Əliyev əlavə edib ki, şikayət araşdırıldıqdan sonra Djambulat Alakhverdov idarəyə dəvət edilib və ifadəsi alınıb. Daha sonra isə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Djambulat Alakhverdov buna etiraz edib. İddia edib ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilməyib.

"Əvvəla mən dələduzluq ittihamı ilə razı deyiləm. Çünki mən bu işi eləməmişəm. Əgər eləsəydim, heç Gürcüstandan Azərbaycana qayıtmazdım. Mən bu işi yoluna qoymaq üçün gəlirdim. Elvin Musayev pulu Fuad Quliyevə verib. Elvin də Fuadı mənim vasitəmlə tanıyıb. Onları mən tanış etmişəm. Bu işi görə biləcəyini demişəm. Pulu da mən yox, Fuad Quliyev özü alıb. Mən Gürcüstandan qayıtdım ki, bu problemi həll edək, danışaq deyə. Məni sərhəddə saxladılar. Oradan Qazaxa polisə gətirdilər. Oradan da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına təhvil verildim. Məni döyməyiblər, təzyiq göstərməyiblər, amma bu işdə bəzi düz olmayan məqamlar var. Mən indi də razıyam ki, bu işi həll edək. Həbsdə qalmaq istəmirəm. Ona görə də idarədə olanda pulu ödəyəcəyimi dedim, işi öz üzərimə götürdüm"- deyən Djambulat Alakhverdov dostu Fuaddan da xəbər ala bilmədiyini deyib.

Söyləyib ki, sonuncu dəfə Fuad Quliyevin Ukraynada olmasından xəbər tutub.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Hətəm Əliyev bildirib ki, Djambulat Alakhverdov dindirilən zaman Fuad Quliyevin soy adını Alıyev kimi deyib. Buna görə də istintaq tərəfindən onun müəyyənləşdirilməsi çətin olub. Daha sonra isə Djambulat Alakhverdova Fuad Quliyevin şəkli göstərilib.
Djambulat Alakhverdov isə söyləyib ki, Fuadın soy adını Quliyev kimi bilib. Onun soy adının Alıyev olmasından saxlanılan zaman xəbər tutub: "Mənə Fuadın fotosunu göstərəndə bildim ki, odur. Mən bunu yalandan deməmişdim. Əgər bilsəydim əvvəlcədən deyərdim ki, öz işim də asan olsun".

Məhkəmədə məlum olub ki, axtarışa verilən Fuad Quliyevin kriminal aləmin nüfuzlu şəxsləri ilə yaxın əlaqələri var. İddia edilir ki, o, bu əlaqələrdən istifadə edərək zərərçəkmişin pulunu qaytarmaqdan yayınır.

Djambulat Alakhverdov isə bu barədə heç bir söz deməyib. Elvin Musayevə dəymiş zərəri ödəməyə çalışdığını deyən Djambulat Alakhverdov həbsdə qalmaq istəmədiyini bildirib. Məhkəmədən xahiş edib ki, pulu ödəmək üçün ona vaxt verilsin və azadlığa çıxamasına köməklik göstərilsin.

Məhkəmənin növbəti iclası noyabrın 27-nə təyin edilib.

İttiham aktına əsasən, Gürcüstan vətəndaşı olan D.Alakhverdov azərbaycanlı biznesmen Elvin Musayevə qarşı dələduzluq edib.

Belə ki, o, E.Musayevin etibarından sui-istifadə edərək, Gürcüstandan ona lazer aparatı gətirəcəyi vədini verib. D.Alakhverdov bunun müqabilində zərərçəkmişdən 73 min 500 dollar alıb. Lakin sonradan o, verdiyi vədə əməl etməyib.

E.Musayevin şikayəti əsasında Azərbaycanda saxlanılan D.Alakhverdovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
4-05-2024, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
4-05-2024, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV