DTX-ın növbəti uğurlu əməliyyatı - həbs olunan casus kimdir
Kriminal
Oxunub: 1 100
20 okt 2018 | 20:47
DTX-ın növbəti uğurlu əməliyyatı - həbs olunan casus kimdir















Xəbər verildiyi kimi, Azərbaycan hərbiçilərinin sirrini yayan xarici ölkə vətəndaşı Hasanzada Bahram Nusrat oğlu tutulub. Agent Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilmiş birgə əməliyyat tədbirləri nəticəsində dövlət sərhədini qanunsuz keçərək ölkə ərazisinə daxil olarkən saxlanılıb.

B.Hasanzadanın xarici xüsusi xidmət orqanı əməkdaşlarının tapşırığı əsasında Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə olaraq casusluq, dövlət sirrinin ələ keçirilməsi, Azərbaycan vətəndaşlarının casusluğa cəlb edilməsi istiqamətində cinayət əməllərinə dair əldə edilən məlumatlar yoxlanılaraq təsdiqini tapıb. Həmçinin müəyyən edilib ki, B.Hasanzada xarici xüsusi xidmət orqanı əməkdaşlarının tapşırığı əsasında Azərbaycan silahlı qüvvələrində xidmət edən hərbi qulluqçular, ölkə ərazisində yerləşən hərbi-strateji obyektlər, hərbi texnika və silah-sursat, xarici ölkələrlə hərbi sahədə əlaqələr, eləcə də Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti ilə bağlı sair kəşfiyyat məlumatlarını toplayıb, bu məqsədlə uzunmüddətli münasibət qurduğu Azərbaycan Respublikası vətəndaşlarının maddi maraq müqabilində xarici xüsusi xidmət orqanı əməkdaşlarının əlaqəsinə cəlb edilməsini təşkil edib.

Qeyd edək ki, ifşa edilən agentin hansı ölkə vətəndaşı olması ilə bağlı məlumat verilmir. Eləcə də onun dövlət sərhədimizin hansı ölkə ilə sərhədində saxlanıldığı haqda bilgi yoxdur.

Təhlükəsizlik ekspertləri casusun hansı ölkənin vətəndaşı olmasının açıqlanmamasını normal sayırlar. Arqument kimi də, dövlətlərarası əlaqələr önə çəkilir. Eyni zamanda, son üç ildə DTX-nın bu istiqamətdə gördüyü işlər müsbət qiymətləndirilir. Agentlərin ifşası istiqamətdə aparılan əməliyyatların davamlı olacağı vurğulanır.

Sabiq MTN polkovniki İlham İsmayıl “Yeni Müsavat”a bildirdi ki, casusların ifşası heç zaman təxirə salınmır: “Bu məsələ daim gündəmdədir. Dövlət Təhlükəsizliyi Xidmətinin bir nömrəli vəzifələrindən biri də agentlərin zərərsizləşdirilməsidir. Çox vaxt casus diplomatik status altında olursa, iki ölkə arasındakı münasibətləri pozmamaq üçün həmin agenti ya ölkədən çıxarırlar, ya da əks tərəfdə bir maraq varsa dəyişirlər. Həbs edilən bu şəxs barəsində heç bir məlumat yoxdur. Sadəcə mənə elə gəlir ki, Azərbaycanda anadan olub. Bu onun görkəmindən və fars soyadı olsa da, ad-soyadından görünür. Hiss olunur ki, vaxtı ilə Azərbaycanda yaşayıb və sonradan başqa ölkəyə keçib. Çox qəribədir ki, həmin ölkənin adını yazmırlar”.

MTN polkovniki agentin Rusiya və İrandan ola biləcəyini də vurğuladı: “Burada ən populyar versiya Rusiyadır. Bilirsiniz ki, Azərbaycandan Rusiyada yaşayanlar kifayət qədər çoxdur. Orada vətəndaşlıq almaq çox asanlaşdırılıb. SSRİ dövründə anadan olanları birbaşa vətəndaşlığa qəbul edirlər. İlk olaraq adamın ağlına İran da gəlir. ”Zada" sözünə görə düşünmək olar. Amma birmənalı şəkildə deyə bilmərik ki, casus İrandandır. Hər halda Rusiya və İranın birindəndir. İki dövlətin də bizə münasibətləri bəllidir. Xarici ölkə vətəndaşlarının bu fəaliyyəti casusluqdur. Amma bizim ölkənin vətəndaşlarının belə fəaliyyəti birbaşa vətənə xəyanətdir. Xarici ölkə vətəndaşı narkotiklə saxlanılırsa, öz maraqlarını həyata keçirir. Amma informasiya ötürürsə, demək ölkəsinin maraqlarını həyata keçirir. Sərhədi qanunsuz keçib gəlib burada alver etmir. Belə şəxslər kriminal aləmlə də iş görmürlər. Dövlət burada həm casusu, həm də onun aid olduğu ölkəni ifşa etməli, bunun düzgün olmadığını müxtəlif yollarla çatdırmalıdır. Əgər biz qonşu dövlətləriksə, dostluq əlaqələrimiz varsa, belə əməllər qəbuledilməzdir. Hətta yeri gələndə nota da vermək olar".

İ.İsmayıl “MTN inqilabı”ndan keçən son üç ildə agentlərin ifşası istiqamətində DXT-ın gördüyü işləri də dəyərləndirdi: “11 il 3 ay ərzində, yəni Eldar Mahmudovun zamanında MTN sanki narkotiklərlə mübarizə idarəsi idi. MTN-dən ancaq bu yöndə xəbərlər çıxırdı. Miqyası geniş olmayan 1-2 terror cəhdinın qarşısının alınması ilə bağlı işləri olub. Başqa gördükləri ”işlərin" hamısı göz qabağındadır. Artıq hər kəsə məlumdur ki, onlar hansı işlərlə məşğul olublar. Amma Dövlət Təhlükəsizliyi Xidmətinin ifşalarla bağlı bu növbəti bir əməliyyatıdır. Hər casusun ifşasının açıqlanmamasını da bilməyiniz vacibdir. Yenə deyirəm ki, əks tərəfdəki dövlətlə əlaqələri korlamamaq üçün ya casusu ölkəsinə göndərirlər, ya da maraqlar çərçivəsində müxtəlif addımlar atırlar. Dövlət Təhlükəsizliyi Xidmətinin bu işlərlə apardığı fəaliyyətlə uğur qazandığı göz önündədir. Biz böyük dövlət deyilik ki, casusu ifşa edən kimi aid olduğu ölkənin adını açıqlayaq. Biz çalışırıq ki, ölkələrlə münasibətlərimizi pozmayaq. Amma cəmiyyət və dövlətlər bilməlidir ki, casusların açıqlanması yeri gələndə həmin dövlətləri nüfuzdan salacaq. Şəxsən mən bunun açıqlamasının tərəfdarıyam. Diplomatik pərdə altında fəaliyyət göstərənlərin ölkədən çıxarılması ilə bağlı qərar qəbul oluna bilər. Amma sərhədi pozan, casusluqla məşğul olan birisinin hansı dövlətdən olmasından asılı olmayaraq, hətta dost dövlət olsa belə ifşa olunmalıdır".
Bu gün, 16:00
Qafqazda əsas savaş yollar uğrunda olacaq - İDDİA
Bu gün, 13:42
Kafedə döyüb naməlum ünvana apardılar, 25 min manat istədilər
Bu gün, 13:35
Koçaryan indi də xəstəxanaya aparıldı - Yenilənib - Video
Bu gün, 12:32
Böyük Qayıdış Davam Edir: Xocavəndə Daha 191 Sakin Doğma Yurduna Qayıdır
Bu gün, 12:06
“Hadrut fatehi”nin xanımı da tələbə oldu
Bu gün, 12:01
Bu xəstəxanaya yeni direktor təyin olundu
Bu gün, 11:56
Bu gecə metro 1 saat artıq işləyəcək
Bu gün, 11:51
9 yaşlı qıza ögey anası zorakılıq etdi: DİN-dən reaksiya
Bu gün, 11:41
İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi
Bu gün, 11:23
Yağış, şimşək, duman - Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Bu gün, 10:58
Şəhid yoldaşı ali məktəbə qəbul oldu - FOTO
Bu gün, 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə SƏRT XƏBƏRDARLIQ
Bu gün, 10:47
Səhər saatlarında İrəvandan XOŞ XƏBƏR GƏLDİ - YENİLƏNDİ
Bu gün, 10:05
Şəhid anası da tələbə adını qazandı - Foto
Bu gün, 10:00
Paşinyan yenə Başkənd dedi - Çıxış yolları AÇIQLANDI
Bu gün, 09:50
Ukrayna Rusiyada dəmir yolunu və neft zavodunu VURDU: Ölənlər var
Bu gün, 09:45
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu
Bu gün, 09:38
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Bu gün, 09:32
Bakının mərkəzində ağır qəza, 32 yaşlı kişi öldü
Bu gün, 09:29
Robert Koçaryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə aparılıb
Bu gün, 09:22
Türkiyəni ayağa qaldıran məhkəmə qərarı açıqlandı
Bu gün, 09:17
Bu da baş verdi-Neft nəhəngi Rusiyada benzin qıtlığı: indi Türkiyədən yanacaq istəyir
Bu gün, 09:00
“17 il Ermənistanın dəmir yoluna pul tökdük, Azərbaycan və Türkiyədən xilas etdik” – Rusiya böyük “razborka”ya başladı
Dünən, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Dünən, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Dünən, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Dünən, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ