Şirvanda təcavüzə məruz qalan yeniyetmə: - “Məni zorlayan şəxslə barışmışıq”
Kriminal
Oxunub: 2 392
2 okt 2018 | 19:15
Şirvanda təcavüzə məruz qalan yeniyetmə: - “Məni zorlayan şəxslə barışmışıq”














Şirvan şəhərində yeniyetməni zorlqamaqda təqsirli bilinən şəxsin apellyasiya şikayəti qismən təmin olunub.

AzNews.az-ın xəbərinə görə, Rusiyanın Voronej sakini, 2001-ci il təvəllüdlü Samir Abbasovun həbs 7,6 ildən 4,6 ilə endirilib.

Cinayət işinə əsasən, Bakının Biləcəri qəsəbəsindəki 18 saylı Peşə Litseyinin 1-ci kursunda təhsil alan Samir Abbasov 2016-cı il dekabrında qonşusu, 2004-cü il təvəllüdlü Rahil Əliyevi (zərərçəkmişin ad və soyadı şərti verilib – red.) Şirvan şəhərində yaşadığı mənzilə çağırıb. O, burada Rahil Əliyevlə qeyri-təbii yolla cinsi əlaqədə olmaq istəyib.

Hədə-qorxu

Bu məqsədlə Samir Abbasov hədə-qorxu gələrək, Rahil Əliyevdən soyunmasını tələb edib. Əvvəlcə Rahil Əliyev onun dedikləri ilə razılaşmayıb. Samir Abbasov bıçaqla onu öldürməklə hədələyəndən sonra yeniyetmə oğlan soyunub.

Cinsi əlaqə

Samir Abbasov azyaşlı oğlanla qeyri-təbii yolla cinsi əlaqədə olub, ona qarşı digər zorakılıq hərəkətləri edəndən sonra yeniyetməyə tapşırıb ki, baş verənləri heç kimə danışmasın. Amma zərərçəkən baş verən hadisəni valideynlərinə danışıb.

Rahil Əliyevin valideynləri Şirvan şəhər polis şöbəsinə şikayət edib. Onların şikayəti əsasında saxlanılan Samir Abbasovun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

7 il 6 ay həbs

Samir Abbasova qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə iş açılıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Abbasov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, Samir Abbasovun barəsində həbs qətimkan tədbiri seçilib, o, məhkəmə zalından həbs edilib.

Hökmdən narazılıq

Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkil Ulduzə Əhmədova apelyasiya şikayəti verərək, müdafiə etdiyi şəxsin barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib.

Zərərçəkmiş şəxsin nümayəndəsi isə də apelyasiya şikayətində təyin olunan cəzanın yüngül olmasından narazılıq edib. Bu səbəbdən apelyasiya şikayətlərində Samir Abbasovun barəsində olan cəzanın ağırlaşdırılmasını xahiş edib.

Əxlaqsız hərəkət: zorakılıq, yoxsa...

Şirvan Apelyasiya Məhkəməsində Ulduzə Əhmədova apelyasiya şikayətində dəyişiklik edib.

Vəkil müdafiə etdiyi şəxsin əməlini Cinayət Məcəlləsinin 153-cü (Əxlaqsız hərəkətlər) maddəsinə tövsif edilməsini istəyib. Vəkil qeyd edib ki, Samir Abbasov zərərçəkmişə zor tətbiq etmədən, onun razılığı ilə cinsi hərəkətlər edib.

Ulduzə Əhmədova birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini, müdafiə etdiyi şəxsə Cinayət Məcəlləsinin 153-cü maddəsində nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza təyin olunmasını xahiş edib. Vəkil qeyd edib ki, təqsirləndirilən şəxslə zərərçəkmiş barışıb, bu halda qərar qəbul olunan zaman nəzərə alınmalıdır.

Zərərçəkmiş: “Barışmışıq...”

Apelyasiya məhkəməsində araşdırma aparılan zaman zərərçəkmiş iclaslara gəlməyib. O, məhkəməyə teleqrama göndərib. Zərərçəkmiş qeyd edib ki, könüllü şəkildə, yəni öz xoşu ilə cinsi əlaqədə olub. O, təqsirləndirilən şəxslə barışdıqlarını və bu halları nəzərə alaraq ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edib.

Apelyasiya şikayətini araşdıran hakimlər sonda qərar açıqlayıb. Qərara görə, təqsirləndirilən şəxsin müdafiəçisinin apelyasiya şikayəti qismən təmin edilib.

Samir Abbasova təyin edilmiş 7 il 6 ay müddətinə həbs cəzası 3 ilə qədər endirilib.
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib