Hamilə Məlakəni özünü yandırmağa vadar edən oğlan azadlıqda
Kriminal
Oxunub: 1 564
11 mar 2015 | 18:29
Hamilə Məlakəni özünü yandırmağa vadar edən oğlan azadlıqda Məhkəmənin hökmü ilə Əli Həbibliyə bəraət verilib

Səbail Rayon Məhkəməsində sevgilisini intihar həddinə çatdırmaqda təqsirli bilinən Lənkəran şəhər sakini, 1990-cı il təvəllüdlü Əli Həbiblinin cinayət işi üzrə məhkəmə başa çatıb. ANS PRESS-in Trend-ə istinadən verdiyi məlumatına görə, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə hökm elan edilib. Məhkəmənin hökmü ilə Əli Həbibliyə bəraət verilib.

Qeyd edək ki, istintaq orqanını gəldiyi nəticəyə görə, ötən ilin yanvarın 30-da saat 10:30 radələrində Lənkəran şəhərində qeydiyyatda olmaqla müvəqqəti Bakı şəhərində yaşayan Məlakə Bayramlı Səbail rayonu ərazisində üzərinə yandırıcı maddə tökərək özünü yandırıb.

Məlakə Bayramlı yanıq xəsarətləri ilə 5 saylı klinik xəstəxanaya yerləşdirilib. Xəstəxanada müayinə olunmasına baxmayaraq Məlakə Bayramlı orada dünyasını dəyişib. İstintaq müəyyən edib ki, Məlakə Bayramlı bir neçə il qabaq Milli Təhlükəsizlik Nazirliyinin Mühafizə Taborunda müddətli həqiqi hərbi xidmətdə olmuş Əli Həbibli ilə sonuncunun xidmət etdiyi Lənkəran şəhərində tanış olub. Onlar Lənkəran və Bakı şəhərlərində dəfələrlə görüşərək yaxın ünsiyyət saxlayıblar. Bir müddət sonra onların arasında mübahisə yaranıb. Yaranmış narazılıqla bağlı Məlakə Bayramlı Əli Həbiblinin onu zorlaması barədə Respublika Hərbi Prokurorluğuna ərizə ilə müraciət edib. Həmin xüsusat üzrə aparılmış araşdırmalar zamanı Məlakə Bayramlı ilkin izahatında qeyd olunan faktı təsdiq etsə də, sonrakı ərizələrində Əli Həbibli tərəfindən zorlanmadığını, onunla könüllü cinsi əlaqədə olduğunu, evlənmək məqsədilə artıq nişanlandıqlarını və şikayətindən imtina etdiyini bildirib. Məlakə Bayramlının zorlanması hadisəsi təsdiqini tapmadığından cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib və qərarın surəti Məlakə Bayramlıya göndərilib.

Bununla bağlı həmin qərardan şikayət etmək hüququ ona izah edilib. Eyni zamanda Məlakə Bayramlının Əli Həbibli və digər hərbi qulluqçuların qanunazidd hərəkətlərinə dair şikayət ərizəsi üzrə toplanmış material xidməti yoxlama aparılması üçün aidiyyəti üzrə Milli Təhlükəsizlik Nazirliyinə göndərilib. Əli Həbibli Məlakə Bayramlı ilə nişanlanaraq bir müddət əlaqələrini davam etdirib, lakin sonradan aralarında yenidən münasibətlər pozulduğuna və sonuncu ilə ailə qurmadığına görə Məlakə Bayramlı bundan hiddətlənərək özünü yandırıb. Fevralın 3-də Əli Həbibli həmin iş üzrə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib. İstintaq orqanı Əli Həbiblinin barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb. Məlakə Bayramlı özünü yandıran zaman hamilə olub.
Bu gün, 11:32
Azərbaycanda 5 gün ardıcıl intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bu gün, 11:14
Tbilisiyə getmək istəyənlərə şad xəbər - 3 ay sonrayadək bilet ala biləcəksiniz
Bu gün, 11:07
İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı
Bu gün, 10:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Bu gün, 10:03
Bu dəfə işi bir həftəyə bitirəcəyik - Tramp İranı müdrikliyə çağırdı
Bu gün, 09:55
İsmayıllı meşələrində ƏMƏLİYYAT - VİDEO
Bu gün, 09:45
“BYD” qəza törətdi - Piyada öldü
Bu gün, 09:40
“TikTok”da söyüş söyən şəxs həbs edildi
Bu gün, 09:35
Avropa ölkələri daha çox məsuliyyət götürməlidir - Ərdoğan
Bu gün, 09:29
Türkiyə parlamentinin sədri Azərbaycanda səfərdədir
Bu gün, 09:24
Qalibaf Bakıya gəldi
Bu gün, 09:00
“UNITED24Media”nın Azərbaycanla bağlı təxribatı ifşa edildi
Dünən, 16:00
Kiçik torpaq sahələri ilə bağlı YENİLİK! Ekspert detalları açıqladı
Dünən, 15:33
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib
Dünən, 15:30
Moskvadan qızışdırıcı MÖVQE – Paşinyan Rusiyaya buraxılmayacaq?
Dünən, 13:25
Prezidentin Şuşa səfərində uşaqlarla səmimi görüşü
Dünən, 13:16
Həmin ordeni Polşaya qaytardı
Dünən, 12:43
Onlayn qumarla bağlı cəzalar - Sərtləşdirilir
Dünən, 12:39
Daşaltı kəndinin fonunda - Fotolar
Dünən, 12:33
Füzulinin dağıdılmış yerlərinə baxdılar - Fotolar
Dünən, 11:46
Sürətli yolda uşağın həyatını təhlükəyə atdı - Araşdırma başladı
Dünən, 11:40
Bu qaydanı pozanlar cərimələnəcək - 2 min manatadək
Dünən, 11:15
Prezident həmkarını Füzulidə qarşıladı - Fotolar
Dünən, 11:09
Danışıqların yekununda dörd işçi qrupu yaratdılar
Dünən, 11:05
Ramil Quliyevin xanımı Olimpiya medalından məhrum edildi
Dünən, 10:59
Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş - Yevlaxdakı qətlin təfərrüatı
Dünən, 10:55
“Dörd ay keçib, küçələr hələ də su altındadır”