Oğru dünyasının yeni kralı kimdir?
Kriminal
Oxunub: 1 447
28 avq 2018 | 12:10
Oğru dünyasının yeni kralı kimdir?















Ötən istirahət günlərində son vaxtların Rusiya kriminal dünyasının əsas intriqalarından biri sona çatıb. Mafiya klanları Şakro Molodoyun 10 illik həbs müddətində Rusiyada əsas oğru taxtına kimin əyləşəcəyinə aydınlıq gətiriblər. Seçkilər Şakro Molodoyun həbsdə qalacağı dəqiqləşdikdən sonra, 2017-ci ilin yanvarından başlayıb.

Oxu.Az “Life” portalına istinadla xəbər verir ki, bir il yarım müddətində kriminal aləmdə danışıqlar və namizədlərin müzakirəsi ləng gedirdi, ancaq indi mafia başçıları əsas oğrunu tələsik seçdilər.

Bunun üçün bəzi səbəblər var: “Qara delsin” koloniyasından tezliklə Taro ləqəbli 60 yaşlı “qanuni oğru” Tariel Oniani azadlığa buraxılacaq. O, Rusiyanın baş oğrusu tituluna əsas namizədlərdəndir.

“Rosbalt” agentliyinin məlumatına görə, seçkilərdə Şişkan vvə ya Oleq Ramenski ləqəbi ilə tanınan 56 yaşlı “qanuni oğru” Oleq Şişkanov (Mixaylov) qalib gəldi. Məhz o, bundan sonra mafiya klanları arasındakı mübahisəli məsələləri həll edəcək.

Şişkanın qətl və zorakılıq ittihamı ilə həbsxanada yatmasına baxmayaraq, o, həmkarlarının arasında xüsusi avtoritetə sahibdir və köhnə oğru ənənələrinin mühafizəçisi sayılır.

Oğru dünyasının yeni kralı kimdir?







Foto © Praym Kraym

“Rosbalt”ın məlumatına görə, Şişkanı “qanuni oğru” Mixail Voevodin (Mixail Lujnetski) taclandırıb. Bundan başqa, kriminal kralını salamlamaq üçün Şişkanın dar dairəsi də yığışıb – Vasiliy Xristoforov (Vasya Voskres), Dmitriy Çanturiya (Miron), Aleksey Petrov (Petrik), Sergey Aksyonov (Aksen), Bardi Koquaşvili (Bardi Kutaisski), Kaxaber Parpaliya (Kaxa), Elduca Turkadze (Quca Kutaisski), Merab Qoqiya (Meliya).

Rusiya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, “sxodka”da 46 yaşlı “oğru” Vasya Voskreslə Meliyanın Şişkanın köməkçiləri təyin edilməsi qərarı verilib. Şakro istintaq altında olan zaman “baş ofisə” məhz Vasya Voskres rəhbərlik edirdi.

“Life”ın məlumatına görə, məhz Meliyanın dəstəyi ilə Şişkan baş oğru taxtına sahib olub. Ekspertlər qeyd edib ki, onları Şakro tanış edib.Merab Qoqiya (sağdan ikinci). Foto © Praym Kraym

Kutaisidən olan “qanuni oğru” Meliya Vasi Voskresdən fərqli olaraq, ötən əsrin 80-cı illərində taclandırılıb. O, ömrünün 25 ilini həbsxanada keçirib. 90-cı illərin sonunda Meliya İspaniyada qərarlaşıb və buradakı “Rusiya mafiyası” işində əsas fiqur olub.

2007-ci ildə o, Gürcüstana ekstradisiya edilib və Mixail Saakaşvilinin ikinci seçkiqabağı prezidentlik kampaniyasına külli miqdarda pul ayırmaqla tezliklə azadlığa buraxılıb. 2008-ci ildə Tbilisidən Moskvaya köçüb.

Ənənələri qoruyan

Şişkan kriminal aləmdə layiqli adam sayılır. 1982-ci ildə o, qətl və təcavüz ittihamı ilə 18 yaşında həbs olunub. İstintaqın məlumatına görə, Şişkanov dostları ilə birlikdə qızı zorlayıb, daha sonra öldürüblər. İzi itirmək üçün onlar meyiti yandırıblar. Oleq Şişkanov həbs olunan zaman o, bütün işi öz üzərinə götürüb.

Kriminal aləmdə əfsanə gəzir ki, 18 yaşlı Şişkan, əslində, bu cinayətdə iştirak etməyib və xeyirxah əməl edib: özündən böyük avtoritet həmkarlarının əməllərini özü üzərinə götürüb. Məlumatlara görə, o, bu işə görə 10 il həbs cəzası alıb.

Həmin 10 illik həbs həyatını Şişkan Sovetin ən ağır həbsxanalarında keçirib. Bütün yerlərdə o, oğru kodekslərinə əməl edib.Foto © RİA Novosti/Maksim Blinov

“1992-ci ildə azadlığa çıxdıqdan bir il sonra Şişkan 28 yaşında Moskvanın “İsmaylovo” hotel kompleksində keçirilən “sxodka”da qanuni oğru olub. Onu Şakro Molodoy taclandırıb. Kriminal aləmdə Şişkanın xeyirxah əməli belə qiymətləndirilib”, – Rusiya DİN-in mənbəsi “Life”a danışıb. – Ona görə də baş oğru tacını qazanan Şişkan Şakro Molodoy azad edilənədək onun qoruyucusu sayılacaq.

Futbolçu və biznesmen

Şakro Molodoy əlaltılarına Moskva yaxınlığındakı Jukovsk, Ramensk və Maxalov şəhərlərində kommersiya strukturlarına nəzarət etməyi tapşırıb.

“Oleq Ramenski “Malaxov myasokombinat”ın, “Ramensk” Plemzavodu”nun , “Ramensk” Templistı”nın və digər şirkətlərin sahibi oldu, – Moskva yaxınlığındakı polis idarəsinin nümayəndəsi bildirib – Ancaq Oleq Şişkanovun ən möhtəşəm layihələrindən biri 1997-ci ildə başlanıb. O, Ramenskin “Saturn” futbol klubunu alıb.

Polisin sözlərinə görə, məhz 1997-ci ildə “oğru” şleyfindən azad olmaq istəyən Şişkanov soyadını dəyişərək Mixaylov qoyub.



Saturn futbol klubu

Şişkanov 1998-ci ildə Moskvada dindirilmə zamanı bildirib ki, “Saturn” onun dəstəyi ilə yüksək liqaya düşüb.

“Mən yerli “Saturn” klubunun sahibi oldum və onu maliyyələşdirməyə başladım”, – avtoritet etiraf edib.

1999-cu ildə Şişkanın Ramensk rayonundakı evində axtarış aparılıb. Axtarış zamanı çox sayda silah-sursat, eləcə də, külli miqdarda pul aşkar edilib.

Belə ki, “Bruklin şəhər bankı” qutusunda istintaqçılar 1,2 milyon dollar və 3 milyon rubl aşkar ediblər. Ancaq avtoritet evdə tapılmayıb. Əməliyyatçıların fikrincə, o zaman avtoritet İspaniyada gizlənməyə müvəffəq olub.

“Oleq Şişkanov özünün şəxsi qruplaşmasını yaratmışdı. Bu qruplaşma sərt strukturlaşmışdı. Qruplaşmanın hər bir bölməsi ona tapşırılan ərazini nəzarətdə saxlayırdı”, – polis nümayəndəsi qeyd edib.

Şişkan 2009-cu ildə əfsanəvi “qanuni oğru” Vyaçeslav İvankov (Yaponçik) ilə vidalaşmaq üçün İspaniyadan Rusiyaya qayıdıb. Qeyd edək ki, həmin dövrlər onlar ayrı klanlara məxsus idilər.



Foto © RİA Novosti/Andrey Stenin

Şişkanın Rusiyaya qayıtmasından bir il sonra ona qarşı qanunsuz silah-sursat saxlama maddəsi ilə cinayət işi başlandı. Ancaq 1999-cu ildə evində tapılmış silah və hərbi sursat, eləcə də, dəlillər onun həbsə salınması üçün kifayət etmədi.

2012-ci ildə Şişkanov Ramens rayon deputatı Tatyana Sidorovanın ölümündə ittiham olundu. Şişkanov onunla birgə biznesə malik idi. Hansısa müddətdə onlar arasında əməkdaşlıq pozuldu və bir-birinə qarşı iddialar ortaya çıxdı. Bu cinayətlə bağlı istintaq yarımçıq dayandırıldı.

Şişkan mafiya qruplaşmaları arasında münaqişələr zamanı neytral qalmağı ilə məşhurdur.

Sonuncu dəfə onun adı KİV-də 2017-ci il noyabrın 17-də çəkilib. O zaman Şişkan 50 yaşını qeyd edən hüquq elmləri doktoru, kriminal avtoritet Dmitriya Pavlovun (Pavlika) yubileyində görünüb. Tədbir “Moskva-Siti” kompleksinin mühafizəçiləri ilə Pavlika arasında atışma ilə başa çatıb.
Bu gün, 16:00
Qafqazda əsas savaş yollar uğrunda olacaq - İDDİA
Bu gün, 13:42
Kafedə döyüb naməlum ünvana apardılar, 25 min manat istədilər
Bu gün, 13:35
Koçaryan indi də xəstəxanaya aparıldı - Yenilənib - Video
Bu gün, 12:32
Böyük Qayıdış Davam Edir: Xocavəndə Daha 191 Sakin Doğma Yurduna Qayıdır
Bu gün, 12:06
“Hadrut fatehi”nin xanımı da tələbə oldu
Bu gün, 12:01
Bu xəstəxanaya yeni direktor təyin olundu
Bu gün, 11:56
Bu gecə metro 1 saat artıq işləyəcək
Bu gün, 11:51
9 yaşlı qıza ögey anası zorakılıq etdi: DİN-dən reaksiya
Bu gün, 11:41
İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi
Bu gün, 11:23
Yağış, şimşək, duman - Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Bu gün, 10:58
Şəhid yoldaşı ali məktəbə qəbul oldu - FOTO
Bu gün, 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə SƏRT XƏBƏRDARLIQ
Bu gün, 10:47
Səhər saatlarında İrəvandan XOŞ XƏBƏR GƏLDİ - YENİLƏNDİ
Bu gün, 10:05
Şəhid anası da tələbə adını qazandı - Foto
Bu gün, 10:00
Paşinyan yenə Başkənd dedi - Çıxış yolları AÇIQLANDI
Bu gün, 09:50
Ukrayna Rusiyada dəmir yolunu və neft zavodunu VURDU: Ölənlər var
Bu gün, 09:45
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu
Bu gün, 09:38
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Bu gün, 09:32
Bakının mərkəzində ağır qəza, 32 yaşlı kişi öldü
Bu gün, 09:29
Robert Koçaryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə aparılıb
Bu gün, 09:22
Türkiyəni ayağa qaldıran məhkəmə qərarı açıqlandı
Bu gün, 09:17
Bu da baş verdi-Neft nəhəngi Rusiyada benzin qıtlığı: indi Türkiyədən yanacaq istəyir
Bu gün, 09:00
“17 il Ermənistanın dəmir yoluna pul tökdük, Azərbaycan və Türkiyədən xilas etdik” – Rusiya böyük “razborka”ya başladı
Dünən, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Dünən, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Dünən, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Dünən, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ