Həbs edilən polkovnikdən “Qoca” barədə ŞOK sözlər: “Əməkdaşımızı öldürmüşdü…”
Kriminal
Oxunub: 1 272
20 avq 2018 | 23:18
Həbs edilən polkovnikdən “Qoca” barədə ŞOK sözlər: “Əməkdaşımızı öldürmüşdü…”














Bakıda dustaqların qaçması işində adı keçən şəxslərin məhkəməsi davam edir.

Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Fədayə Laçın, Penitensiar xidmətin konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar xidmətin üç əməkdaşı – qarovul rəisi Ceyhun Səmədov və digərlərinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Məhkəmədə həbs edilənlərdən polkovnik Bəhruz Avdullayev sualları cavablandırıb.

Abdullayev söyləyib ki, təqsirləndirilən şəxslərdən yalnız öz əməkdaşlarını tanıyır. Fədayə Laçını isə yalnız televizorda görüb: “Heç toyda da görməmişəm. Heç bir əlaqəm də olmayıb”.

“Qoca” ilə Fədayə Laçının görüşünə şərait yaratması haqda suala belə cavab verib: “Mən Etibara görə xahiş etməzdim. Başqasına görə etsəm də, ona görə etməzdim”.

Suallara cavabında Abdullayev “Qoca” ləqəbli Etibar Məmmədova kömək etməsi məsələsinə münasibət bildirərkən ona nifrət etdiyini deyib.

Müttəhim bildirib ki, “Qoca” 1996-cı ildə penitensiar xidmətin əməkdaşını şnurla boğaraq qətlə yetirib və müəssisədən qaçıb:

“Mən Etibara nifrət edirdim, çünki mən xidmət etdiyim yerdə əməkdaşımızı öldürmüşdü. Mən həmişə şəxsi heyətə deyirdim ki, dustaq qaçsa, sizi tutacaqlar, məni işdən çıxaracaqlar. Çünki özümün həbs ediləcəyim ağlıma gəlməmişdi. Bundan əvvəl belə hallar olanda rəisi sadəcə işdən çıxarırdılar”.

B.Abdullayev çalışdığı müddətdə heç bir nöqsana yol vermədiyini deyib:

“Mənim telefonum sentyabr ayından dinləmədə olub, mən heç bir həbsdə olan şəxslə və ya yaxını ilə əlaqə saxlamamışam. Çünki məsuliyyətimi dərk edirdim. Mən 21 il ancaq konvoyda işləmişəm, leytenantlıqdan bu rütbəyə qalxmışam.

Həbsdə olan şəxsləri etap edəndə biz səhər saat 10-dan gecə saat 2-nin yarısına kimi işdə olurduq. Mən saat 7-yə 20 dəqiqə işləmiş işdə olurdum.

Səhər tezdən qarovul rəisi zəng edib dedi ki, Məmmədov Etibarı Lənkəran polisi qəbul etməyib. Mən Etibara görə hakim Asim Hacıyevlə danışdım, çox xahiş etdim ki, bu məsələni həll etsin. Sonra Asim müəllim dedi ki, həll etdim, Astara qəbul edəcək. Elə də oldu. Daha sonra mənə heç bir zəng olmadı, dustaqların hərəkəti ilə bağlı hər hansı məruzə edilmədi.

Səhər tezdən 7-yə işləmiş Ceyhun mənə zəng etdi, telefonu açan kimi “salamatçılıqdırmı” deyə soruşdum, Ceyhun “yox, dustaq qaçıb” dedi. Mən qəhərləndim, dedim, vaqondan da dustaq qaçarmı. Sonra əməliyyat rejim rəisinə məlumat verdim. Təkrar Ceyhunla danışıb qaçanların Etibarla Ağami olduğunu bildim”.

Daha sonra vaqonun parka getdiyinu deyən B.Abdullayev əsəbi olduğundan iki əməkdaşına sillə vurduğunu deyib: “Ceyhun özündə deyildi, danışa bilmirdi. Vaqona baxdım, pəncərə 20 santimetr açıq idi. Orada özümü saxlaya bilmədim, Fuadla Elvinə sillə vurdum, bir az sonra rəhbərlik gəldi, həbsdə olan şəxsləri maşınlara yığdılar. Qarovul heyətinin silahları alınıb, özləri baş idarəyə aparıldı. Həmin gün axtarış-əməliyyat qərargahı yaradıldı, Fədayənin görüşünə mən icazə versəydim, onu da Etibarın yaxın ətrafı siyahısına daxil edərdim. Səhərisi gün Baş Prokurorluğa çağırılıb şahid kimi ifadə verdim”.

İstintaqda verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifafəsi arasında ziddiyyətin olmasını B.Abdullayev belə izah edib: “Mən dediklərimi nöqtəsinə, vergülünə qədər danışa bilərəm. Bəli, imzalamışam. Amma elə ifadə verməmişəm. Məhkəmədə nə demişəmsə, elədir”.

B.Abdullayev hadisədən sonra nazir müavini tərəfindən çağırıldığını və xidmətdən xaric edildiyi barədə məlumat verildiyini söyləyib.

Polkovnik həbs edilənə kimi olanları ancaq mətbuatdan izlədiyini bildirib.

Səs-küylü hadisə ötən il oktyabrın 23-də baş verib. Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş “Qoca” ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.

Vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.

Bildirək ki, mühafizə altından qaçan Əli Ağami həbs olunub, kriminal aləmdə “Qoca” ləqəbi ilə tanınan Etibar Məmmədov isə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı öldürülüb. “Qoca” ilə sevgi münasibəti olan müğənni Fədayə Laçın da ona kömək etdiyi üçün həbs edilib. Əli Ağami və “Qoca” adam öldürməyə görə həns edilmişdilər. Əli Ağami törətdiyi əmələ görə 19 il müddətinə azadlıqdan məhrum edilib.
Bu gün, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Bu gün, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Bu gün, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Bu gün, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Bu gün, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
4-05-2024, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
4-05-2024, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?