Azərbaycanda məmuru niyə öldürmək istəyiblər? – Şok təfərrüat
Kriminal
Oxunub: 1 434
10 avq 2018 | 10:00
Azərbaycanda məmuru niyə öldürmək istəyiblər? – Şok təfərrüat














Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin (MTE və PA ETTB) Beyləqan rayon şöbəsinin rəisi Fazil Bayramov sui-qəsd cəhdinin qurbanı olub. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyi yanında Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov məlumat verib.

Qeyd edək ki, avqustun 7-də axşam saat 5 radələrində Fazil Bayramovun rayondakı kabinetinə yerli sakin, 1989-cu il təvəllüdlü Azadzadə Fariz Fazil oğlu daxil olub və əlindəki bıçaqla ekspertin üzərinə hücum çəkib.

Cinayətkar Bayramova bir neçə zərbə endirərək onu öldürməyə cəhd edib. Lakin ekspert imkan daxilində özünü qorumağa çalışıb. Şöbənin köməyə gələn əməkdaşları Bayramovu dəliyə dönmüş adamın əlindən güclə alıblar. Nəticədə hücum edən şəxs hadisə yerindən qaçaraq gizlənib. Lakin Beyləqan rayon Polis Şöbəsinin əməkdaşları tez bir zamanda onu saxlayıblar.

“Hazırda Bayramovun vəziyyəti sabitdir. Sinə nayihəsindəki yara dərin olduğundan, mümkün qanaxmanın qarşısını almaq üçün ola bilsin əməliyyat edildi. Zərərçəkmişin üzünə, boynuna, kürəyinə və əllərinə tikiş qoyulub. O, ekspertin otağına “Səni öldürəcəm!” deyə daxil olub” — deyə Ədalət Həsənov bildirib.

Həsənovun sözlərinə görə, saxlanılan şəxslə bağlı rayon prokurorluğunda AR Cinayət Məcəlləsinin 288.4 maddəsi (Ədalət mühakiməsinin və ya ibtidai istintaqın həyata keçirilməsi ilə əlaqədar hədələmə və ya zor tətbiq etmə: bu əməllər həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) ilə cinayət işi açılıb. Mümkündür ki, bu maddəyə AR CM-nin 29, 120-ci (adam öldürməyə cəhd) maddəsi də əlavə olunsun. Çünki cinayətkar öz məqsədini birbaşa bəyan edib. İş baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən nəzarətə götürülüb.

Ekspertə hücumun səbəbi 2017-ci ilin 23 dekabrında baş verən dava ilə bağlı məhkəmə-tibbi ekspertizanın rəyi olub. 1989-cu il təvəllüdlü Fariz Azadzadə 23 dekabrda Beyləqan rayonunda 3 nəfərlə dava edib və bədən xəsarəti alıb. O, Beyləqan Rayon Prokurorluğunun qərarı ilə müayinə üçün MTE və PA ETTB-nin Beyləqan rayon şöbəsinə göndərilib. Beyləqan rayon şöbəsinin məhkəmə-tibb eksperti Fazil Bayramov tərəfindən məhkəmə-tibbi müayinə aparılıb. Fariz Azadzadənin boynundan və sifətinin sol tərəfindən aldığı xəsarət (kəsilmiş yara) həmin dövr üçün düzgün olaraq dərəcəsinə görə “sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurma” kimi, bərk küt əşyanın təsirindən törənən digər xəsarətlər isə “sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər” kimi qiymətləndirilib. Ekspertin Azadzadənin yüngül bədən xəsarətləri aldığı barədə rəyi ikincini qane etməyib. Bundan sonra Azadzadə anlaqsız olması barədə rəy almaq üçün iki dəfə Səhiyyə Nazirliyinin Məhkəmə-Psixiatrik Ekspertizalar Mərkəzində ambulator qaydada məhkəmə-psixiatrik ekspertizadan keçib. Lakin hər iki ekspertiza rəyində onun istəyi əksini tapmayıb. Ekspertiza göstərib ki, cinayət törədilən vaxt o, anlaqlı olub.

Ə,Həsənovun dediyinə görə, maraqlıdır ki, Fariz Azadzadənin atası Fazil Beyləqan rayon xəstəxanasında psixiatr işləyir və psixi çatışmazlıqdan əziyyət çəkir. Psixiatr bildirib ki, oğlunu şəxsən müayinə edib. Onun sözlərinə görə, dekabrda baş verən davadan sonra oğlu güclü stress keçirib və ruhi xəstə olub. Bu isə ekspertizada ağır bədən xəsarətinə bərabər tutulur. Lakin ekspertiza göstərir ki, Fariz Azadzadə psixi cəhətdən sağlamdır.

Birliyin baş direktoru qeyd edib ki, məhkəmə-tibbi ekspertləri müntəzəm olaraq morqda meyitləri yarılan şəxslərin qohumları tərəfindən hücuma məruz qalırlar. Ötən il Şirvanın eksperti yol-nəqliyyat hadisəsi zamanı ölmüş şəxsi tədqiq edəndən sonra mərhumun qohumlarının hücumunun qurbanı olmuşdu.

Yol-nəqliyyat hadisəsinin Kürdəmir rayonundan olan qurbanının qohumları meyitin yarılmasının əlehinə idilər və bu səbəbdən də onlar dəmir qapını qıraraq, pəncərənin dəmir barmaqlıqlarını çıxararaq ekspertin kabinetinə soxulmuş və ona xəsarət yetirmişdilər.

Faktla bağlı cinayət işi açılmışdı.

“Bu yaxınlarda Lənkəranda ekspertiza şöbəsinin qapı və pəncərələrini qırmışdılar. Qohumlara heç cür başa salmaq olmur ki, meyitin yarılması prokurorluq tərəfindən məcburi xarakter daşıyır” — deyə Həsənov bildirib.
Bu gün, 16:00
Qafqazda əsas savaş yollar uğrunda olacaq - İDDİA
Bu gün, 13:42
Kafedə döyüb naməlum ünvana apardılar, 25 min manat istədilər
Bu gün, 13:35
Koçaryan indi də xəstəxanaya aparıldı - Yenilənib - Video
Bu gün, 12:32
Böyük Qayıdış Davam Edir: Xocavəndə Daha 191 Sakin Doğma Yurduna Qayıdır
Bu gün, 12:06
“Hadrut fatehi”nin xanımı da tələbə oldu
Bu gün, 12:01
Bu xəstəxanaya yeni direktor təyin olundu
Bu gün, 11:56
Bu gecə metro 1 saat artıq işləyəcək
Bu gün, 11:51
9 yaşlı qıza ögey anası zorakılıq etdi: DİN-dən reaksiya
Bu gün, 11:41
İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi
Bu gün, 11:23
Yağış, şimşək, duman - Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Bu gün, 10:58
Şəhid yoldaşı ali məktəbə qəbul oldu - FOTO
Bu gün, 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə SƏRT XƏBƏRDARLIQ
Bu gün, 10:47
Səhər saatlarında İrəvandan XOŞ XƏBƏR GƏLDİ - YENİLƏNDİ
Bu gün, 10:05
Şəhid anası da tələbə adını qazandı - Foto
Bu gün, 10:00
Paşinyan yenə Başkənd dedi - Çıxış yolları AÇIQLANDI
Bu gün, 09:50
Ukrayna Rusiyada dəmir yolunu və neft zavodunu VURDU: Ölənlər var
Bu gün, 09:45
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu
Bu gün, 09:38
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Bu gün, 09:32
Bakının mərkəzində ağır qəza, 32 yaşlı kişi öldü
Bu gün, 09:29
Robert Koçaryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə aparılıb
Bu gün, 09:22
Türkiyəni ayağa qaldıran məhkəmə qərarı açıqlandı
Bu gün, 09:17
Bu da baş verdi-Neft nəhəngi Rusiyada benzin qıtlığı: indi Türkiyədən yanacaq istəyir
Bu gün, 09:00
“17 il Ermənistanın dəmir yoluna pul tökdük, Azərbaycan və Türkiyədən xilas etdik” – Rusiya böyük “razborka”ya başladı
Dünən, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Dünən, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Dünən, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Dünən, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ