"Qoca"nı maşının "baqaj"ında Qazaxa qaçıran qadından ŞOK ETİRAFLAR: Arxadan polislər gəlirdi, Etibar...
Kriminal
Oxunub: 763
8 avq 2018 | 12:43
"Qoca"nı maşının "baqaj"ında Qazaxa qaçıran qadından ŞOK ETİRAFLAR: Arxadan polislər gəlirdi, Etibar...














Bakıda "Qoca" ləqəbli Etibar Məmmədov və Əli Ağami adlı məhbusların qatardan qaçmasına kömək göstərməkdə təqsirləndirilən Günay Atakişiyevin cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadəsi məlum olub.

"Report" verdiyi xəbərə görə, ittiham aktında qeyd edilib ki, o, "Qoca" ləqəbli Etibar Məmmədovu birgə kirayədə yaşadığı rəfiqəsi Lalə vasitəsilə tanıyıb.

G.Atakişiyeva söyləyib ki, Lalə daha əvvəl E.Məmmədovla sevgili olub: "Mən də onunla telefonla danışmağa başladım. 2017-ci ilin sentyabr ayında Lalə və Etibarın dostu Aqillə birgə onun yanına getdik. Orada Etibarı ilk dəfə üzbəüz gördüm. Bundan sonra Lalənin telefonu vasitəsilə Etibarla danışmağa davam etdim. Oktyabrın 19-da Aqil mənə zəng edib, Etibarın məni yanına çağırdığını bildirdi. Aqillə ora getdim. Etibarın qardaşı Vüqar da orada idi. Görüşdə Etibar mənə dedi ki, bizi oktyabrın 21-də Lənkərana məhkəməyə aparacaqlar. Mən həmin vaxt qatardan qaçacam, Aqil sənə açar verəcək, həmin açarı oktyabrın 21-də Biləcəriyə gətirib dustaq daşınan qatarda mənə verərsən. Mən də qorxduğum üçün açarı apara bilməyəcəyimi dedim. O, isə sənə çantada paltar verəcəklər, onu gətirib qatarda mənə verərsən söylədi. Onunla razılaşdım. Oktyabrın 21-də Aqillə Biləcəridə görüşdüm, mənə bir torba verib, Etibara verməyimi istədi. Axşam saat 11 radələrində qatara yaxınlaşdıq, rəis Ceyhun bizi qarşıladı. O, çantamı yoxladı, amma Etibara verəcəyimiz bağlamaya baxmadı. Onu bizdən alıb özünün verəcəyini dedi. Bir müddət sonra məni Etibarın olduğu otağa apardılar. Kupedə gördüm ki, həmin torba artıq Etibara verilib. Biz biraz söhbət edəndən sonra Etibar otaqdan çıxıb, başqa dustaqların yanına getdi, sonra qayıtdı. Ümumiyyətlə, Etibar xüsusi vaqonda olarkən çox sərbəst hərəkət edirdi, istədiyi yerə gedib-qayıdırdı. Biz gecəni bir yerdə qaldıq, Lənkəranın Liman stansiyasında mən düşüb Masallıya getdim, bir qədər sonra Etibar zəng edib, onunla birgə qatarda Bakıya qayıtmağımı istədi. Lənkərana qayıtdım, qarovulda xidmət edən Tural adlı şəxs mənə zəng edib 1-2 saat sonra Liman stansiyasında olmağımı tapşırdı və məni ordan götürəcəklərini dedi. Sonra Etibar zəng edib rəisin telefonu ilə danışdığını vurğuladı".

G.Atakişiyevə ifadəsi zamanı deyib ki, Şirvan şəhərində Aqil Nəcəfov da qatara minib: "O, qatara minən zaman Etibarla pıçıltı ilə nəsə danışdı. Aqillə mən orada qatardan düşdük, taksi ilə Bakıya gəldik. Səhər saat 05 radələrində Etibar Aqilə zəng eləyib qatardan qaçdığını dedi və onu “Ağ Saray” şadlıq sarayının yanından götürməyimizi istədi. Biz həmin yerə gedib qatardan qaçan digər dustaq Əli ilə birgə Etibarı götürdük. Lökbatanda da başqa bir oğlan maşına mindi, ordan da Hökməlidə Famil adlı şəxsin evinə getdik. 1-2 saat qalandan sonra mən oradan Sumqayıta, qaldığım evə qayıtdım. Həmin gecə Etibar da gəlib bizdə qaldı. Etibar mənə söylədi ki, ona 19 il iş verəcəkləri üçün qaçıb və sərhəddən qanunsuz keçməyi planlaşdırır. Onun tələbi ilə nömrəmi sındırıb atdım, səhəri gün tanış taksi sürücüsü Məhəmmədi çağırdım. Mən və Lalə ona Etibar haqda dəfələrlə danışmışdıq deyə artıq onu qiyabı tanıyırdı. Məhəmməd Etibarın türmədən qaçdığını bilirdi və onu Qazaxa aparmaq üçün 150 manata razılaşdı. Etibar 2 adyal və yastıq götürüb maşının “baqaj”ına girdi və orada gedəcəyini dedi. Mənə 800 dollar verib bildirdi ki, Qazaxda ona qaytarım. Yolda Etibar Məşədi adlı şəxslə bir saatdan bir danışdı. Məşədi onu Sadıxlı kəndinə aparıb oradan Gürcüstana keçirəcəkdi. Gecə saat 01 radələrində Qazaxa çatdıq, Məhəmməd orada başqa bir taskiyə 23 manat verdi ki, bizə bələdçilik edib, Ağsatafa rayonun Sadıxlı kəndinə aparsın. Poylu stansiyasına çatanda gördük qarşıda post var və polislərlər, hərbçilər maşınları yoxlayır. Bu vaxt Etibar Məhəmməd "maşını geri sürsün" dedi. Mən Etibara qaçmamasını söylədim, amma qulaq asmadı. Arxadan NİVA markalı maşında polislər gəlirdi, biz Poylu kəndinin içində küçəyə girdik, tupik oldu. Məhəmməd maşını saxladı, Etibar maşından düşüb ağacların arasına qaçdı. Polislər bizi tutub şöbəyə gətirdilər, Etibar isə qaçıb getdi".
Bu gün, 16:00
Qafqazda əsas savaş yollar uğrunda olacaq - İDDİA
Bu gün, 13:42
Kafedə döyüb naməlum ünvana apardılar, 25 min manat istədilər
Bu gün, 13:35
Koçaryan indi də xəstəxanaya aparıldı - Yenilənib - Video
Bu gün, 12:32
Böyük Qayıdış Davam Edir: Xocavəndə Daha 191 Sakin Doğma Yurduna Qayıdır
Bu gün, 12:06
“Hadrut fatehi”nin xanımı da tələbə oldu
Bu gün, 12:01
Bu xəstəxanaya yeni direktor təyin olundu
Bu gün, 11:56
Bu gecə metro 1 saat artıq işləyəcək
Bu gün, 11:51
9 yaşlı qıza ögey anası zorakılıq etdi: DİN-dən reaksiya
Bu gün, 11:41
İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi
Bu gün, 11:23
Yağış, şimşək, duman - Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Bu gün, 10:58
Şəhid yoldaşı ali məktəbə qəbul oldu - FOTO
Bu gün, 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə SƏRT XƏBƏRDARLIQ
Bu gün, 10:47
Səhər saatlarında İrəvandan XOŞ XƏBƏR GƏLDİ - YENİLƏNDİ
Bu gün, 10:05
Şəhid anası da tələbə adını qazandı - Foto
Bu gün, 10:00
Paşinyan yenə Başkənd dedi - Çıxış yolları AÇIQLANDI
Bu gün, 09:50
Ukrayna Rusiyada dəmir yolunu və neft zavodunu VURDU: Ölənlər var
Bu gün, 09:45
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu
Bu gün, 09:38
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Bu gün, 09:32
Bakının mərkəzində ağır qəza, 32 yaşlı kişi öldü
Bu gün, 09:29
Robert Koçaryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə aparılıb
Bu gün, 09:22
Türkiyəni ayağa qaldıran məhkəmə qərarı açıqlandı
Bu gün, 09:17
Bu da baş verdi-Neft nəhəngi Rusiyada benzin qıtlığı: indi Türkiyədən yanacaq istəyir
Bu gün, 09:00
“17 il Ermənistanın dəmir yoluna pul tökdük, Azərbaycan və Türkiyədən xilas etdik” – Rusiya böyük “razborka”ya başladı
Dünən, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Dünən, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Dünən, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Dünən, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ