İki dostun həbsxana dəhşəti – Azərbaycanda şok hadisə

Gəncə şəhərində qətl hadisəsi törətməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü Eldəniz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, Eldəniz Məmmədov 9 iyul 2017-ci il tarixdə, saat 08-də Gəncə şəhəri, Kəpəz rayonu, "Sərçə” bazarı adlanan ərazidə yerləşən yeməkxanada tanışları Fuad Kazımov və Ramin Orucovla birlikdə yemək yeyib, spirtli içki qəbul ediblər.
"Türmədə atan hörmətsiz olub”
Yeyib-içən dostlar daha sonra çay içməyə başlayıblar. Bu zaman Ramin Orucov Eldəniz Məmmədovun əvvəllər məhkumluq həyatı yaşamış atasının ünvanına xoşagəlməz sözlər danışıb.
Ramin Orucov onun atasının cəza çəkmə müəssisəsində yaxşı ad çıxarmadığını, cəza çəkən şəxslər arasında hörmətsiz olduğunu və digər sözlər söyləyib.
Hədə-qorxu və dava
Ramin Orucovun bu kimi ifadələr işlətməsi səbəbindən Eldəniz Məmmədovla aralarında mübahisə yaranıb. Onlar bir-birinin ünvanına nalayiq sözlər və hədələr deyiblər.
Daha sonra Raminlə Eldəniz dalaşmağa başlayıb. Dava zamanı Ramin Orucov eyni məzmunlu sözləri təkrar etməsi Eldəniz Məmmədovu özündən çıxarıb.
Eldəniz Məmmədov Ramin Orucovun baş və sifət nahiyəsinə bir neçə dəfə yumruqla zərbələr endirib. Hadisə yerində olan Fuad Kazımov aralığa girib.
Bir təpiklə törədilən qətl
Fuad Kərimov Eldəniz Məmmədovu bayıra çıxarsa da, o, bir neçə dəqiqədən sonra çölə çıxan Ramin Orucovun təpiklə baş nahiyəsindən vurub.
Eldəniz Məmmədovun atdığı təpik Ramin Orucovun bədənin də müxtəlif xəsarətlərlə nəticələnib. Baş verən hadisə zamanı Ramin Orucov vəfat edib.
İstintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
"Atamın ünvanına xoşagəlməz ifadələr işlətdi”
Təqsirləndirilən şəxs qismində ifadə verən Eldəniz Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O deyib ki, "Sərçə bazarı” adlanan ərazidə tanışları Ramin Orucov və Fuad Kazımovla yeyib-içən zaman Ramin Orucov onun atasının ünvanına xoşagəlməz ifadələr işlədib: "Ramin Orucovun dediyinə görə, guya atam həbsxanada cəza çəkdiyi dövrlərdə hörmətsiz adam olub. Ramin bu ifadəni dəfələrlə təkrar etdi. Bu zaman aramızda mübahisə yarandı, mübahisə sonda faciəli hadisənin baş verməsi ilə nəticələndi”.
11 il 6 ay cəza
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldəniz Məmmədov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Eldəniz Məmmədov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib.
Hökm narazılıq yaratdı
Həmçinin prokuror tərəfindən də apelyasiya protesti verilib. Prokuror Eldəniz Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunmasını, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən yüksək həddə ona cəza verilməsini tələb edib.
Eldəniz Məmmədovun şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Elçin Xasməmmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Apelyasiya şikayətinin və apelyasiya protestinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, həm prokurorun protesti, həm də təqsirləndirilən şəxsin şikayəti təmin olunmayıb.
Bu gün, 16:00
Qafqazda əsas savaş yollar uğrunda olacaq - İDDİA
Bu gün, 13:42
Kafedə döyüb naməlum ünvana apardılar, 25 min manat istədilər
Bu gün, 13:35
Koçaryan indi də xəstəxanaya aparıldı - Yenilənib - Video
Bu gün, 12:32
Böyük Qayıdış Davam Edir: Xocavəndə Daha 191 Sakin Doğma Yurduna Qayıdır
Bu gün, 12:06
“Hadrut fatehi”nin xanımı da tələbə oldu
Bu gün, 12:01
Bu xəstəxanaya yeni direktor təyin olundu
Bu gün, 11:56
Bu gecə metro 1 saat artıq işləyəcək
Bu gün, 11:51
9 yaşlı qıza ögey anası zorakılıq etdi: DİN-dən reaksiya
Bu gün, 11:41
İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi
Bu gün, 11:23
Yağış, şimşək, duman - Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Bu gün, 10:58
Şəhid yoldaşı ali məktəbə qəbul oldu - FOTO
Bu gün, 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə SƏRT XƏBƏRDARLIQ
Bu gün, 10:47
Səhər saatlarında İrəvandan XOŞ XƏBƏR GƏLDİ - YENİLƏNDİ
Bu gün, 10:05
Şəhid anası da tələbə adını qazandı - Foto
Bu gün, 10:00
Paşinyan yenə Başkənd dedi - Çıxış yolları AÇIQLANDI
Bu gün, 09:50
Ukrayna Rusiyada dəmir yolunu və neft zavodunu VURDU: Ölənlər var
Bu gün, 09:45
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu
Bu gün, 09:38
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Bu gün, 09:32
Bakının mərkəzində ağır qəza, 32 yaşlı kişi öldü
Bu gün, 09:29
Robert Koçaryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə aparılıb
Bu gün, 09:22
Türkiyəni ayağa qaldıran məhkəmə qərarı açıqlandı
Bu gün, 09:17
Bu da baş verdi-Neft nəhəngi Rusiyada benzin qıtlığı: indi Türkiyədən yanacaq istəyir
Bu gün, 09:00
“17 il Ermənistanın dəmir yoluna pul tökdük, Azərbaycan və Türkiyədən xilas etdik” – Rusiya böyük “razborka”ya başladı
Dünən, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Dünən, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Dünən, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Dünən, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ