Hesabı verməmək üçün yalandan dava salacaqdılar, amma... -ilginc cinayətin təfərrüatı

Yas mərasimindən çıxıb, yeyib-içməyə gedən dostlar arasında başlayan mübahisə dava ilə nəticələnib. Davada xəsarət alanlardan biri dünyasını dəyişib.
Musavat.com xəbər verir ki, 1994-cü il təvəllüdlü Quliyev Kamil Nurəddin oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan ölümə səbəb olma) maddəsi ilə təqsirli bilinərək, 10 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə 2016-cı ildə baş verib. İttihama görə, Kamil Quliyev dostluq münasibətlərində olduğu Aqil Ağayev, Xəyyam Hümbətov, Zülfüqar Hacızadə və Rahib Zeynalovla yas mərasimindən çıxdıqdan sonra Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən pivə barına gediblər. Kamil içməsə də, dostları ilə orada təxminən 3-4 saat əyləşib. Dostları isə, hərəyə bir neçə bakal pivə içiblər.
Bu zaman Kamil Quliyevlə Rahib Zeynalov arasında keçmişdə olan söhbətlərə görə mübahisə yaranıb. Onlar bu mübahisəni aydınlaşdırmaq üçün “Sumqayıt- çörək” ASC-nin qarşısına gəliblər. Davam edən mübahisə zamanı Rahib Zeynalov dostuna qarşı nalayiq ifadələr işlədib və onu başı ilə vurub.
Kamil Quliyev isə, cavab olaraq onun sifətinə yumruqla zərbə vurub. Daha sonra isə, bel nahiyəsindən qucaqlayaraq, yolun kənarındakı betonun üzərinə yıxıb və təpiklə zərbələr endirib. Rahib Zeynalov öz istəyi ilə xəstəxanaya gedib. Amma orada dünyasını dəyişib.
Aldığı cəzanın ağırlığından narazı qalan K.Quliyev Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edib. İşə hakim Fərmayıl Zeynallının sədrliyi ilə baxılıb.
Kamil Quliyev apellyasiya şikayətində əməlini ehtiyatsızlıq qismində olan cinayətə tövsif edilməsini xahiş edib.
Təqsirləndirilən şəxsin vəkili apellyasiya şikayətini onunla əsaslandırıb ki, müdafiə etdiyi şəxs barəsində olan cinayət işi üzrə şahid ifadələri və ekspertiza rəyləri ilə tam sübut olunur ki, o, Rahib Zeynalovu qəsdən vurmayıb.
“Əksinə, sərxoş vəziyyətdə olan və özünü ictimai davranış qaydalarına zidd aparan, öz davranışları ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən mərhum Rahib Zeynalov Kamil Quliyevi vurub. Bundan sonra Kamil Quliyev onu qucaqlayıb və hər ikisi yerə yıxılan zaman mərhumun boynu bardura dəyib. Zərərçəkmişin ölümü ilə ona yetirilmiş xəsarət arasında heç bir səbəbli əlaqə olmamasını istintaq zamanı şahid qismində dindirilmiş ekspert də bildirib. Ekspert mərhumun üzərində aşkar edilmiş xəsarətlərin onun betonun üzərinə çırpılması nəticəsində də yarana biləcəyini göstərib.
Zərərçəkmiş şəxsin ölümü onun aldığı xəsarətlərlə birbaşa bağlı deyil, bu xəsarətlərin ağırlaşması nəticəsində baş vermiş pataloji dəyişikliklərdir. Bu isə Kamil Quliyevin təqsiri ilə əhatə olunmur, həkim səhvi, düzgün müayinə və müalicə olunmama ilə əlaqədar meydana çıxa bilər”- deyə vəkil bildirib.
İş üzrə aparılan araşdırmalar zamanı, şahidlərin dindirilməsi ilə hadisənin maraqlı məqamları üzə çıxıb və hadisənin ilginc bir mübahisə üstündə yarandığı məlum olub.
Belə ki, məlum olub ki, dostlar getdikləri kafedə heç vaxt nisyə yeyib içməsələr də həmin vaxt pulları olmadığından Rahib Zeynalovun təklifi ilə kafedə dava salıb aranı qarışdırmaq və beləliklə də hesabı ödəməmək barədə razılaşıblar.
Həmin gün mərhum Rahib Zeynalov Kamil Quliyevə qarşı aqressiv davranıb. Masada olan dostlardan Zülfüqar getdikdən sonra Rahib Zeynalov Kamildən nə üçün Zülfüqarın arxasınca danışdığını soruşub.
Kamil isə Rahib Zeynalova Zülfüqarın arxasınca danışmadığını deyib. Amma Rahib buna inanmayıb və mübahisə böyüyüb.
Kamil Quliyev araşdırma zamanı ifadəsində deyib ki, Rahibin həmin mübahisəni kafenin pulunu ödəməmək üçün edib-etməməsini bilməyib.
O deyib ki, kafedən çıxdıqdan sonra Rahib Zeynalovun maşını ilə çörək zavodu tərəfə gedərək söhbət etmək istəyiblər. Həmin vaxt Kamilin arxasınca danışdığı deyilən Zülfüqar da oraya gəlib. Amma Rahib içkili olduğu üçün Zülfüqar onun dediklərinə əhəmiyyət verməyib və onlardan mübahisəni bitirmələrini istəyib. Amma Rahib Zeynalob mübahisəni davam etdirib və nəticədə dava baş verib.
Kamil ifadəsində göstərib ki, Rahib ona başla zərbə endirdikdən sonra da o da ona zərbə endirib. Amma dava etdikdən sonra yenə də birlikdə çayxanaya qayıdıblar: “Onun maşını ilə də qayıtdıq. Rahib maşında yatacağını dedi. Sonra özü Aqilgili çağırdı ki, onu xəstəxanaya aparsınlar. Biz də başqa maşınla getdik. Xəstəxanada
Rahibə ilkin tibbi yardım göstərildi. Həkimlər heç bir problem olmadığını dedi. Amma Rahib özü xəstəxanada qalacağını dedi. Uşaqlara dedi ki, maşını götürüb məhəlləyə qayıdın. Mən Rahibin xəsarətinin ağır olduğunu eşidəndə gedib polisə təslim oldum. Polisdə olanda da Rahibin polisə müraciət etdiyini öyrəndim”.
Apellyasiya məhkəməsi tərəfləri dinlədikdən sonra qərarı elan edib.
Məhkəmə kollegiya hesab edib ki, məhkum Kamil Quliyev cinayət hadisəsini zərərçəkmiş şəxs Rahib Zeynalovun qanunsuz hərəkətlərinin təsiri altında törədib. Bu səbəbdən də Kamil Quliyevə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının həddi azaldılmalıdır.
Qərara əsasən Kamil Quliyev barəsində təyin edilmiş 10 il azadlıqdan məhrumetmə cəzası 9 ilə endirilib.
Bu gün, 16:00
Qafqazda əsas savaş yollar uğrunda olacaq - İDDİA
Bu gün, 13:42
Kafedə döyüb naməlum ünvana apardılar, 25 min manat istədilər
Bu gün, 13:35
Koçaryan indi də xəstəxanaya aparıldı - Yenilənib - Video
Bu gün, 12:32
Böyük Qayıdış Davam Edir: Xocavəndə Daha 191 Sakin Doğma Yurduna Qayıdır
Bu gün, 12:06
“Hadrut fatehi”nin xanımı da tələbə oldu
Bu gün, 12:01
Bu xəstəxanaya yeni direktor təyin olundu
Bu gün, 11:56
Bu gecə metro 1 saat artıq işləyəcək
Bu gün, 11:51
9 yaşlı qıza ögey anası zorakılıq etdi: DİN-dən reaksiya
Bu gün, 11:41
İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi
Bu gün, 11:23
Yağış, şimşək, duman - Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Bu gün, 10:58
Şəhid yoldaşı ali məktəbə qəbul oldu - FOTO
Bu gün, 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə SƏRT XƏBƏRDARLIQ
Bu gün, 10:47
Səhər saatlarında İrəvandan XOŞ XƏBƏR GƏLDİ - YENİLƏNDİ
Bu gün, 10:05
Şəhid anası da tələbə adını qazandı - Foto
Bu gün, 10:00
Paşinyan yenə Başkənd dedi - Çıxış yolları AÇIQLANDI
Bu gün, 09:50
Ukrayna Rusiyada dəmir yolunu və neft zavodunu VURDU: Ölənlər var
Bu gün, 09:45
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu
Bu gün, 09:38
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Bu gün, 09:32
Bakının mərkəzində ağır qəza, 32 yaşlı kişi öldü
Bu gün, 09:29
Robert Koçaryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə aparılıb
Bu gün, 09:22
Türkiyəni ayağa qaldıran məhkəmə qərarı açıqlandı
Bu gün, 09:17
Bu da baş verdi-Neft nəhəngi Rusiyada benzin qıtlığı: indi Türkiyədən yanacaq istəyir
Bu gün, 09:00
“17 il Ermənistanın dəmir yoluna pul tökdük, Azərbaycan və Türkiyədən xilas etdik” – Rusiya böyük “razborka”ya başladı
Dünən, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Dünən, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Dünən, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Dünən, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ