Dələduzluğa görə məhkum olunan müəllim yenidən həbs edildi — ŞOK TƏFƏRRÜAT
Kriminal
Oxunub: 627
12 in 2018 | 21:13
Dələduzluğa görə məhkum olunan müəllim yenidən həbs edildi — ŞOK TƏFƏRRÜAT
















Nəsimi Rayon Məhkəməsində riyaziyyat müəllimi işləmiş şəxs dələduzluq etdiyinə görə məhkəmə qarşısına çıxarılacaq. “
1974-cü ildə Lerik rayonunda anadan olan Həsənov Aqşin Tarqulu oğlu cinayət məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilindiyinə görə, iyun ayının 20-də hakim qarşısına çıxarılacaq. Məhkəmə prosesinə hakim Babək Pənahov sədrlik edəcək. Qeyd edək ki, cinayət işində zərərçəkmiş qismində Rəhimova Elnarə Elşad qızı tanınıb.

Xatırladaq ki, Həsənov Aqşin Tarqulu oğlu 1-ci dəfə Abşeron Rayon Məhkəməsi tərəfindən eyni maddə ilə məhkum olunub. Belə ki, o zaman A. Həsənov Abşeron rayonu, Qobu qəsəbə Qəzənfər Xalıqov adına 1№-li tam orta məktəbdə müəllim həmkarından aldığı borc pulu qaytarmadığı üçün işdən qovulub.

İşdən qovulan müəllim bildirib ki, o, bir müddət əvvəl riyaziyyat müəllimi kimi çalışdığı Masazır kənd 2№-li tam orta məktəbindəki özbaşınalıqlara etiraz olaraq, ərizə yazaraq işdən azad olunduqdan sonra, başına ağıla gəlməyən hadisələr gəlib:

"Təhsil Nazirliyinin II dərəcəli diplomuna layiq görülmüş, kurikulum üzrə I dərəcəli sertfikat almış müəlliməm. İşlədiyim bütün məktəblərdə şagirdlərim riyaziyyat üzrə fərqlənib. Abşeron rayonu Masazır kənd 2 nömrəli tam orta məktəbində də peşə fəaliyyətimə görə nüfuz qazanmışam. Lakin bu məktəbin direktoru vəfat etdikdən sonra məktəbdə büdrəmələr, peşəkar müəllimlərə qarşı diqqətsizlik başladı. Bir neçə dəfə məktəbə yeni direktorlar təyin olundu.

Amma bu, vəziyyəti daha da pisləşdirirdi. Heç biri vəzifə məsuliyyətini layiqincə yerinə yetirmirdi. Bir neçə dəfə direktorlar dəyişdirildikdən sonra Xırdalan məktəblərindən birindən Mehbarə adlı müəllimə direktor təyin olundu. Amma o da məktəbin təhsilində heç bir müsbət addım atmadı. Mənim kimi müəllim üçün belə bir mühitdə işləmək ağır idi. Ona görə də ərizə yazıb işdən çıxdım”.

İşsizlikdən əziyyət çəkən pedaqoq Abşeron rayon Təhsil Şöbəsinə müraciət edib. Qurumun yeni müdiri Nazilə Məmmədova ilə görüşüb və müsbət cavab alıb:

"O, mənə başqa məktəbdə işə düzəlmək üçün kömək edəcəyinə söz verdi. 2016-cı il oktyabrın əvvəllərində Qobu 1 nömrəli tam orta məktəbə direktor müavini vəzifəsinə təyin olundum. Məktəbdə direktor əvəzi Nisəxanım müəllimə ilə görüşdüm və normal şəkildə işə başladım. Qısa müddətdə işimi yüksək səviyyədə qurmağa çalışdım. Kollektivdə hörmət qazandım. Lakin həftənin sonu məni Təhsil Şöbəsinə çağırdılar. Şöbə müdiri Nazilə Məmmədova dedi ki, sənin keçmiş iş yerində iş yoldaşına borcun var, həmin müəllim bizə sizdən şikayət edib. Ona görə işdən çıxarıldım. Mən vəziyyəti anlatdım, bildirdim ki, həmin adamla razılığa gəlmişəm, qaytaracağam. Düşünürəm ki, borcun işimə, müəllimliyə aidiyyəti yoxdur. Borcum varsa, ən azından işləməliyəm ki, onu qaytarım. Nazilə xanım təkid etdi ki, həmin müəllim dilindən yazılı izahat versin, yalnız ondan sonra işimə bərpa olunacağam”.
A.Həsənov borclu olduğu keçmiş iş yoldaşı ilə görüşüb və o, yazılı izahat verib:

"O, bu əmələ görə peşman olduğunu dedi və yazılı izahat verdi. Bundan sonra da Nazilə Məmmədova işə qayıtmağıma icazə vermədi. Dedi, borcu olan adama iş verə bilmərəm, get ödə, bitir, sonra gəl. İndi soruşuram ki, işim olmadığı halda borcumu necə ödəyim?”

Abşeron rayon Təhsil Şöbəsindən isə A.Həsənov barədə həmkarından pul mənimsədiyini dedilər. Belə ki, A. Həsənov əvvəllər işlədiyi məktəbdə həmkarı Əbdilov Vilayət Mürsəl oğlunun 22000 AZN dəyərində pulunu mənimsəyib:

"Aqşin Həsənov Tarqulu oğlu 01.10.2011-ci il tarixindən Masazır kənd 2 nömrəli tam orta məktəbində riyaziyyat müəllimi vəzifəsində çalışıb. 01.02.2017-ci il tarixindən etibarən üzrlü səbəb olmadan dərs ilinin sonunadək tədris prosesini pozaraq dərslərdə iştirak etməyib və bunun səbəbi barədə məktəb rəhbərliyinə şəxsən heç bir məlumat verməyib. Qardaşı Rüfət Həsənov məktəbə gələrək, onun polis tərəfindən axtarışda olduğunu, məktəbə gəlməməsinin səbəbi kimi qardaşı A. Həsənovun bir neçə şəxsə qarşı dələduzluq edərək, onların külli miqdarda pulunu mənimsədiyini və bu barədə Abşeron Rayon Polis İdarəsində cinayət işinin açıldığını bildirib. Daha sonra məlum olub ki, A. Həsənov işlədiyi məktəbin müəllimi Əbdilov Vilayət Mürsəl oğlunun 22000 AZN dəyərində pulunu mənimsəyib. Hal-hazırda məsələ üzrə məhkəmə işi davam edir.

13.09.2017-ci il tarixində məktəb rəhbərliyi A. Həsənovun ərizəsinə əsasən onu işdən azad edib. Bundan sonra A. Həsənov rayonun Təhsil Şöbəsinə yazılı şəkildə müraciət edərək, 2017-ci ildə keçirilən müəllimlərin işə qəbulu imtahanında 33 bal topladığını və hər hansısa məktəbdə vakansiya olarsa, riyaziyyat müəllimi işləmək istədiyini bildirib. A. Həsənovun diqqətinə çatdırılıb ki, Abşeron rayonu üzrə keçid balı 48-dir və onun işlə təmin olunması ilə bağlı Təhsil Şöbəsi tərəfindən Təhsil Nazirliyinə məktub ünvanlanıb.

11.10.2017-ci il tarixində A. Həsənov Qobu qəsəbə 1 nömrəli tam orta məktəbində analıq məzuniyyəti yerinə uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə təyin olunmaq üçün müraciət edib. Lakin onun həmin vəzifəyə təyin edilməsi məqsədəmüvafiq hesab edilməyib”.

Ötən ilin iyul ayında Abşeron rayon Məhkəməsi Həsənov Aqşin Tarqulu oğlunu cinayət məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilərək 4500 manat cərimə cəzasına məhkum edib. Sumqayıt Apellyasiya Məhkəməsi isə hökmü qismən dəyişərək cərimə cəzasını 3000 manata endirib.

Hökmə əsasən A.Həsənov ona görə təqsirli bilinib məkum edilib ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Qasımov Mahir Ağamurad oğluna təhsil sahəsində geniş əlaqələrinin olduğunu və sonuncunun qızı İlahə Qasımovanı Abşeron rayonu Masazır qəsəbəsində yeni açılmaqda olan 4 saylı tam orta məktəbinə coğrafiya fənni üzrə müəllimə kimi işə düzəldəcəyinə yalandan vəd verib aldadaraq görəcəyi işi 3500 manat müqabilində həll edəcəyinə inandırıb. 18 sentyabr 2016-cı il tarixdə isə Mahir Qasımovdan Xırdalan şəhərində 3500 manat pulu alıb.
Bu gün, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Bu gün, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Bu gün, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Bu gün, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Bu gün, 10:27
Prezident qəbul keçirdi
Bu gün, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Bu gün, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Bu gün, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Bu gün, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Bu gün, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Bu gün, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Bu gün, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Bu gün, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Bu gün, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Bu gün, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Bu gün, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Dünən, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Dünən, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Dünən, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Dünən, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Dünən, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib