“Əl-Nüsra Cəbhəsi” ilə döyüşdə azərbaycanlı İŞİD komandiri öldürüldü - FOTO
Suriyanın şimalında, Türkiyənin hərbi iştirakının olduğu və “Əl-Nüsra Cəbhəsi”nin nəzartində olan (indiki adı “Heyet Tahrir'uş Şam”) İdlib bölgəsində azərbaycanlı İŞİD komandiri öldürülüb.
Virtualaz.org xəbər verir ki, bu məlumatı türkdilli “İslahHaber.net” portalı yayıb. Həmin İŞİD komandirinin “Heyet Tahrir'uş Şam” qruplaşmasının üzvləri ilə atışmada öldürüldüyü bildirilir.
Mənbə bildirir ki, son vaxtlar “Heyet Tahrir'uş Şam” qruplaşmasının nəzarətində olan “azad bölgədə” bu qruplaşmanın üzvlərinə qarşı bomba yüklü motosikletlərlə, yollara mina basdırımaqla və digər üsullarla çoxsaylı sui-qəsdlər təşkil edilib. Nəticədə onlarla adam ölüb, çoxlu sayda yaralanıb.
Sui-qəsdləri həyata keçirilənlərin bəziləri yaxalanıb və şəriət məhkəməsinə çıxarılıb. Onların ifadələri əsasında həmin sui-qəsdlərin arxasında İŞİD və Bəşər Əsəd rejimini dəstəkləyən qüvvələr olduğu müəyyənləşib. “Bu səbəbdən azad bölgədə xalqın əmin-amanlığını təmin etmək üçün “Heyet Tahriru’ş-Şam” vaxtaşırı olaraq təhlükəsizlik əməliyyatları həyata keçirməkdədir”-“Əl-Qaidə” terror şəbəkəsinin Suriyadakı “filialı” olan “Əl-Nüsra Cəbhəsi”inə açıq simpatiya ifadə edən türkdilli sayt yazır.
Sayt “Hey’et Tahriru’ş-Şam”a bağlı “təhlükəsizlik xidmətinin” rəhbəri “Üsəma Xalid” adlı terrorçuya istinadən bildirir ki, sui-qəsdlərə görə ələ keçirilən bir nəfərin ifadəsi əsasında İdlibin qərbində yerləşən Salkın qəsəbəsində İŞİD-in nəzarətində olan gizli düşərgə müəyyən edilib. Həmin düşərgəyə “Heyet Tahrir'uş Şam” qruplaşması tərəfindən bir neçə gün əvvəl basqın edilib və bu zaman atışmada İŞİD-in sui-qəsdlər üzrə ixtisaslaşmış bir neçə yüksək rütbəli komandiri öldürülüb. Öldürülənlər arasında bu günlərdə İdlibdə sui-qəsd əməliyyatları həyata keçirən Azərbaycan əsilli İŞİD komandiri “Əbu Camal Azəri” də yer alır. Sayt həmin İŞİD terrorçusunun cəsədinin fotosunu da dərc edib.
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib