Akif Çovdarovun məhv etdirdiyi video-görüntülərdə nələr varmış? - İTTİHAM AKTINDAN
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovun və digərlərinin cinayət işindən bəzi məqamlar ortaya çıxmaqda davam edir.
Akif Çovdarov və onunla ittiham olunan şəxslər vəzifə səlahiyyətlərindən istifadə edərək sahibkarları nazirliyə çağırıb onları qanunsuz olaraq uzun müddət müxtəlif otaqlarda saxlayıb, işgəncə verib, külli miqdarda maliyyə vəsaitlərini əllərindən alıblar.
Lakin iş üzrə epizodlar araşdırılarkən məlum olub ki, qeyd olunan bütün bu şəxslərin MTN-in binasına gəldiklərini əks etdirən heç bir görüntü qalmayıb. İttiham aktından ortaya çıxan faktlarda bildirilir ki, bütün bu görüntülər MTN-in arxivindən silinib.
Belə ki, Akif Çovdarov və işçilərinin seçdiyi qurbanların nazirliyə gətirildiyi və ya çağırıldığını əks etdirən video-görüntülər MTN-in arixivindən silinib. Həmçinin, o da məlum olub ki, MTN-ə gətirilən həmin şəxslər barədə nazirliyin qeydiyyat jurnalında da heç bir qeyd yoxdur. İttiham aktında deyilir: MTN-in inzibati ərazisi və binalarında mövcud olan vide müşahidə sistemində video-görüntü arxivinin arxa zamanlı xronologiyası 2014-cü ilin dekabr ayının 14-dən 2015-ci ilin yanvar ayının 27-dək və 2015-ci ilin sentyabr ayının 15-dən sonrakı vaxtı əhatə etməklə qüvvədə olan hüquqi aktrlara əsasən müvafiq qeydiyyat jurnallarının 1 il müəyyən edilməsi və sonradan məhv olunması səbəbindən 2004-2011-ci illərdə olan qeydiyyat jurnalları və 2004-2008-ci illərdə Buraxılış Bürosuna MTN-in İstintaq Baş İdarəsindən verilən sifarişlərin qeydiyyatı mövcud deyil”. Həmin görüntülər sonradan məhv edilib.
Məsələn, təqsirləndirilən şəxslər tərəfindən müntəzəm olaraq qanunsuz təzyiqlərə məruz qalan "Real MTK” rəhbəri olmuş İlham Qasımovun MTN-in inzibati binasına, eləcə də nazirlikdə vətəndaşların qəbulu üçün otaqların yerləşdiyi inzibati binaya daxil olma və çıxma faktları heç bir sənəddə qeydiyyat düşməyib. Həmin vaxt İlham Qasımovun barəsində rəsmi araşdırmanın aparılmasına dair heç bir məlumat müəyyən olunmayıb.
İttiham aktından o da məlum olur ki, Akif Çovdarov və ətrafındakı şəxslər qurbanlarının adlarını İdarələrarası məlumat axtarış sisteminin sərhədkeçməyə məhdudiyyət altsisteminə "saxla” statusu ilə daxil etməklə də onlara mütəmdi təzyiq göstərirmiş. Onlar qurbanlarına psixoloji təzyiq edərək ölkədən çıxışlarını qanunsuz olaraq məhdudiyyət qoyublar.
Bununla bağlı faktlar cinayət işində də təsdiq edilib.
///Lent.az
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib