Ağdaşda törədilən qətlin təfərrüatları məlum olub
Ağdaş rayonunda xüsusi amansızlıqla törədilən qətl hadisəsinin təfərrüatları məlum olub.
APA-nın yerli bürosunun xəbərinə görə, Ağdaş şəhər sakini, əvvəllər məhkum olunmuş Ramazan Qurbanov yol kənarındakı avtoyuma məntəqəsinin yanında şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı dostluq etdiyi Ağdaş rayonu Qolqəti kənd sakini, 1970-ci il təvəllüdlü Baxşəliyev Abubəkr Sabir oğluna boğaz, qarın və kürək nahiyəsindən 7 bıçaq xəsarəti yetirərək onu amansızlıqla qətlə yetirib.
Hadisəni törədən R. Qurbanov qaçıb gizlənsə də, Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Qətlə yetirilən şəxsin qardaşı Mahir Baxşəliyev APA-ya müsahibəsində qardaşının sifarişlə qətlə yetirildiyini və onu öldürən şəxsin təkcə R. Qurbanov olmadığını, hadisədə digər şəxslərin də iştirak etdiyini iddia edib. M. Baxşəliyev bildirib ki, qatillər qardaşını yox, onun özünü öldürmək istəyiblər və əvvəlcədən bu barədə xəbərdarlıq da ediblər. Onun sözlərinə görə, 3 il əvvəl Bakı şəhərinin Yeni Suraxanı qəsəbəsində ev və torpaq alqı-satqısı ilə məşğul olan Aslan və Həmid adlı şəxslərə 6500 manat pul verərək 2 sot torpaq sahəsi alıb. Lakin ötən müddət ərzində torpağını həmin adamlardan ala bilmədiyinə görə verdiyi pulu geri qaytarmağa çalışdığını, Aslan və Həmid adlı şəxslər barədə Suraxanı rayon Polis Şöbəsinə və prokurorluğa şikayət etdiyini bildirib. Həmin şəxslər bir həftə əvvəl ona Suraxanı rayonu Polis Şöbəsinin istintaq bölməsində pulu geri qaytarmayacaqlarını və bu günlərdə onun başına oyun açacaqlarını deyərək hədə-qorxu gəliblər. M. Baxşəliyevin iddiasına görə, şikayətçi olduğu Hamid Abdinovun qardaşı törətdiyi qətl hadisələrinə görə 3 dəfə həbsdə olub və onun qardaşı Abubəkri öldürən Ramazan adlı şəxslə həbsxanada bir yerdə olub, dostluq əlaqələri var. M. Baxşəliyev qardaşını ona 6500 manat pul borcu olan Aslan və Həmid adlı şəxslərin sifarişi ilə qətlə yetirildiyini bildirib.
Qeyd edək ki, bir uşaq atası olan A. Baxşəliyevin rayonda heç kimlə, o cümlədən onu öldürən Ramazanla şəxsi ədavətinin olmadığı, sakit təbiətli insan kimi tanındığı bildirilir.
Qətlə yetirilən şəxsin oğlu Ruslan Baxşəliyev isə APA-ya bildirib ki, atası və anası ilə birgə Ağdaş şəhərində kirayə tutduqları evdə yaşayıblar və atası ailəsini dolandırmaq üçün vətəndaşların həyətlərində fəhləlik edib, halal zəhməti ilə pul qazanıb. O, atasını öldürən Ramazan adlı şəxsi yaxşı tanıdığını və dostluq münasibətləri olduğunu deyib. Atasının bir nəfər tərəfindən qətlə yetirilmədiyini iddia edən R. Baxşəliyev bu hadisədə əli olan digər şəxslərin də tapılaraq cəzalandırılmasını istəyir.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Bu gün, 16:00
Qafqazda əsas savaş yollar uğrunda olacaq - İDDİA
Bu gün, 13:42
Kafedə döyüb naməlum ünvana apardılar, 25 min manat istədilər
Bu gün, 13:35
Koçaryan indi də xəstəxanaya aparıldı - Yenilənib - Video
Bu gün, 12:32
Böyük Qayıdış Davam Edir: Xocavəndə Daha 191 Sakin Doğma Yurduna Qayıdır
Bu gün, 12:06
“Hadrut fatehi”nin xanımı da tələbə oldu
Bu gün, 12:01
Bu xəstəxanaya yeni direktor təyin olundu
Bu gün, 11:56
Bu gecə metro 1 saat artıq işləyəcək
Bu gün, 11:51
9 yaşlı qıza ögey anası zorakılıq etdi: DİN-dən reaksiya
Bu gün, 11:41
İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi
Bu gün, 11:23
Yağış, şimşək, duman - Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Bu gün, 10:58
Şəhid yoldaşı ali məktəbə qəbul oldu - FOTO
Bu gün, 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə SƏRT XƏBƏRDARLIQ
Bu gün, 10:47
Səhər saatlarında İrəvandan XOŞ XƏBƏR GƏLDİ - YENİLƏNDİ
Bu gün, 10:05
Şəhid anası da tələbə adını qazandı - Foto
Bu gün, 10:00
Paşinyan yenə Başkənd dedi - Çıxış yolları AÇIQLANDI
Bu gün, 09:50
Ukrayna Rusiyada dəmir yolunu və neft zavodunu VURDU: Ölənlər var
Bu gün, 09:45
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu
Bu gün, 09:38
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Bu gün, 09:32
Bakının mərkəzində ağır qəza, 32 yaşlı kişi öldü
Bu gün, 09:29
Robert Koçaryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə aparılıb
Bu gün, 09:22
Türkiyəni ayağa qaldıran məhkəmə qərarı açıqlandı
Bu gün, 09:17
Bu da baş verdi-Neft nəhəngi Rusiyada benzin qıtlığı: indi Türkiyədən yanacaq istəyir
Bu gün, 09:00
“17 il Ermənistanın dəmir yoluna pul tökdük, Azərbaycan və Türkiyədən xilas etdik” – Rusiya böyük “razborka”ya başladı
Dünən, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Dünən, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Dünən, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Dünən, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ