" Azərbaycanlı avtoritetlərin arasında münaqişə yarana bilər..." - Müsahibə
Hüquqşünas, kriminal araşdırma yazıların müəllifi Əyyub Kərimli Qaynarinfo.Az-a tanınmış kriminal avtoritet Rövşən Lənkəranskinin ölümü ilə bağlı müsahibə verib. Müsahibəni təqdim edirik.
- Rövşən Lənkəransinin ölümü Azərbaycanda gözlənildiyindən artıq rezonans doğurdu. Sizcə bu, onun kriminial aləmdəki yeri və nüfuzu ilə bağlı idimi?
- Ümumiyyətlə qeyd etmək lazımdır ki, bölgədəki kriminal aləm 1990-cı illərə qədər bir, 1990-cı illərdən sonra başqa cür formalaşmışdı. Əvvəlki dövrlərdə kriminal avtoritetlər bir neçə ilə yetişmirdilər, bunu üçün onillər lazım gəlirdi. Əsasən də “tac” almaq üçün bəzən 30 il bu aləmdə olmaq lazım gəlirdi. Ona görə də köhnələr 1990-cı illərdən sonra yetişənlərə “apelsin” deyirdilər. Yəni “tez yetişən”. “Apelsinlər” SSRİ dağıldıqdan sonra, xüsusi mülkiyyətin yarandığı dövrə düşdükləri üçün bəzən daha çox maliyyə hesabına populyarlaşırdılar. “Koronanı” da pulla alanlar olurdu. Rövşənə gəlincə, yəqin ki, sözünün üstündə duran, dediyini edən birisi olduğu üçün az müddətə bu qədər hörməti qazana bilib.
- İndiki kriminal aləmin funksiyası nədən ibarətdir?
- Məlumdur ki, onların özlərinə məxsus qanunları, məcəllələri olur. Onlar cəmiyyətdə müəyyən qədər, gizli də olsa, “baytar” rolunu oynayırlar. Bəzən hüquq-mühafizə orqanlarının gücü çatmadığı məsələləri onlar həll edə bilirlər. Ona görə də, onlar həbs olunanda, onlara xüsusi hörmət qoyulur. Ancaq SSRİ dağılandan, xüsusi mülkiyyət yaranandan sonra bunlar başladı müəyən varlı adamlara haqq qoymağa. Onlarla əvvəlki oğru dünyası arasında münaqişə yaranmağa başladı. Sonradan onların bəziləri dil tapa bildilər, bəziləri dil tapa bilmədilər.
- Lənkəranskinin ölümü ilə bağlı versiyaların hansını inandırıcı sayırsınız?
- Mən bir hüquqşünas və uzun illər hüquq qəzetinə rəhbərlik etmiş bir insan kimi, hesab edirəm ki, onun ölümündə hüquq-mühafizə orqanlarının əli var. Onun olduğu maşına diqqət etsinlər, hara məxsusdur, kimindir. Bu maşın Türkiyədə nə gəzirdi və niyə o, məhz Türkiyədə öldürüldü? Belə bir deyim var: “Gilizi heç kim saxlamır”. Kriminal avtoritetlər də nə qədər ki, güllə kimi lazımdırlar, onları qoruyurlar, heç kimə lazım olmayan bir ana çatanda isə... Həmişə də belə iş üçün qarışıq bir dövr seçilir. Hüquq-mühafizə orqanları həmişə kriminal dünya ilə qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstəriblər. Lazım gələndə isə onları bir-birinə qarşı qoyub, eyni vaxtda bir neçəsini zərərsizləşdirmək metodundan istifadə edirlər. Yəni “ilanı Seyid Əhməd əli ilə tuturlar”. Türkiyə də ona görə seçilib ki, bu ölkə indi çox qarışıqdır. Məsələn bir türkün, azərbaycanlının Rusiyada, Ukraynada öldürülməısi başqa rezonans doğura bilərdi. Azərbaycan elan edib ki, biz 1990-cı illərdə bu məsələnin kökünü kəsmişik, bizdə kriminal dünyası mövcud deyil.
- Rusiyada son dövrlər kriminal aləmin imkanlarının zəiflədilməsi meylləri aşkar görünür
- Hüquq-mühafizə orqanları kriminal dünyanı həmişə nəzarətdə saxlayırlar. Bəzən özləri də onlarla əməkdaşlıq edirlər. Rusiyada prokurorların, Daxili İşlər Nazirliyinin yüksək çinli məmurlarının oğru dünyasını idarə etdiyi dövrlər olub. Boris Yeltsinin (Rusiyanın keçmiş prezidenti) dövründə hüquq-mühafizə orqanları kriminal aləmin önündə “diz çökürdü”. Ona görə də sonrakı dövrlərdə hakimiyyət onların zəiflədilməsi xəttini götürdü. Bunun üçün isə müxtəlif yollardan istifadə olunur. Əksər hallarda isə onların bir-birinə qarşı qoyulması yolundan istifadə olunur. Çünki bulanıq suda balıq tutmaq asan olur. Onların bir yerdə, müıyyən xətdə olmaları hüquq-mühafizə orqanları üçün təhlükədir. Hətta tutaq ki, Azərbaycan kriminal avtoritetləri ilə rus avtoritetləri arasında münasibət yaxşılaşanda, onun da qarşısını alırlar. Müxtəlif yerlərdən, rəqib mənbələrdən daimi məlumat almaq, onları idarə etməyi daha asan edir. Əlbəttə ki, “Ded Xasanın”, Sabirabadlı Hikmətin, indi də Rövşən Lənkəranskinin ölümündən sonra kriminal aləm istər-istəməz zəifləyəcək. Elə adamlar var ki, Yeltsinin dövründə krimianl aləmə gəlib, onun dövründə bir neçə nazirlə işləyib, amma ondan sonra gələn nazirlərlə də tədbirli davranır. Yəni çalışır onların maraqlarını tapdamasın. Belə tədbirli olanlar özlərini müəyyən vaxta qədər qoruya bilirlər. Onsuz da kriminallar heç vaxt öz əcəlləri ilə ölmürlər, qocalıq yaşına çatmırlar. Çünki onlar öz işlərini görəndən sonra lazımsız olurlar. Mən hesab edirəm ki, mərhum Rövşən Lənkəranski Türkiyədə özünü qorumaq baxımından xeyli taktiki səhvlərə yol verib. Bu da görünür, onun özünü bu ölkədə daha təhlükəsiz hiss etməsi ilə bağlı olub.
- Rusiyada yaşayan bəzi azərbaycanlıların “Facebook” statuslarından belə məlum olur ki, onlar çətin anlarda Rövşənə pənahlanırlmışlar. Sizcə, onun ölümündən sonra soydaşlarımızın Rusiyada güzəranı daha da pisləşəcəkmi?
- Sözsüz ki, mərhum yazılmamış qanunlarla müəyyən iş aparıb. Kriminal avtoritetlər çox vaxt hüquq-mühafizə orqanlarının həll edə bilmədiyi və ya həll etmək istəmədiyi məsələləri həll edirlər. İnsanlar belə adamları boş yerə sevmirlər, deməli, onlara himayədarlıq edib. Bir dəfə görsəydilər ki, bunun dediyi boş sözlərdir ikinci dəfə arxasınca getməzdilər və ya indiki nüfuzu olmazdı. Belə adamlar insanların işini həll etmək üçün qubernator lazımdırsa, qubernatorla, mer lazımdırsa, merlə söhbət edə, onlara müəyyən mənada diqtə edə bilirlər. Onun yerinə kim olacaq, bunu deməyə çətinlik çəkirəm, bəlkə də bundan sonra azərbaycanlı avtoritetlərin arasında münaqişə yaranacaq. Amma, necə deyərlər, “müqəddəs yer boş qalmır”.
Bu gün, 16:00
Qafqazda əsas savaş yollar uğrunda olacaq - İDDİA
Bu gün, 13:42
Kafedə döyüb naməlum ünvana apardılar, 25 min manat istədilər
Bu gün, 13:35
Koçaryan indi də xəstəxanaya aparıldı - Yenilənib - Video
Bu gün, 12:32
Böyük Qayıdış Davam Edir: Xocavəndə Daha 191 Sakin Doğma Yurduna Qayıdır
Bu gün, 12:06
“Hadrut fatehi”nin xanımı da tələbə oldu
Bu gün, 12:01
Bu xəstəxanaya yeni direktor təyin olundu
Bu gün, 11:56
Bu gecə metro 1 saat artıq işləyəcək
Bu gün, 11:51
9 yaşlı qıza ögey anası zorakılıq etdi: DİN-dən reaksiya
Bu gün, 11:41
İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi
Bu gün, 11:23
Yağış, şimşək, duman - Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Bu gün, 10:58
Şəhid yoldaşı ali məktəbə qəbul oldu - FOTO
Bu gün, 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə SƏRT XƏBƏRDARLIQ
Bu gün, 10:47
Səhər saatlarında İrəvandan XOŞ XƏBƏR GƏLDİ - YENİLƏNDİ
Bu gün, 10:05
Şəhid anası da tələbə adını qazandı - Foto
Bu gün, 10:00
Paşinyan yenə Başkənd dedi - Çıxış yolları AÇIQLANDI
Bu gün, 09:50
Ukrayna Rusiyada dəmir yolunu və neft zavodunu VURDU: Ölənlər var
Bu gün, 09:45
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu
Bu gün, 09:38
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Bu gün, 09:32
Bakının mərkəzində ağır qəza, 32 yaşlı kişi öldü
Bu gün, 09:29
Robert Koçaryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə aparılıb
Bu gün, 09:22
Türkiyəni ayağa qaldıran məhkəmə qərarı açıqlandı
Bu gün, 09:17
Bu da baş verdi-Neft nəhəngi Rusiyada benzin qıtlığı: indi Türkiyədən yanacaq istəyir
Bu gün, 09:00
“17 il Ermənistanın dəmir yoluna pul tökdük, Azərbaycan və Türkiyədən xilas etdik” – Rusiya böyük “razborka”ya başladı
Dünən, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Dünən, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Dünən, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Dünən, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ