Asif Mərzilinin maşını yandırıldı
Kriminal
Oxunub: 1 063
9 iy 2016 | 07:40
Asif Mərzilinin maşını yandırıldı









Bu ilin martın 14-də, gecə saatlarında “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin yaşadığı mənzili yandırmağa cəhd edənlər bu gecə eyni saatda onun şəxsi avtomobilinə benzin tökərək yandırıblar…

Ölkə KİV-ləri hələ bu ilin martın 14-də, gecə saat 02:50 radələrində “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin yaşadığı mənzilinə bir qrup şəxs tərəfindən basqın edilməsi və mənzilə benzin tökülərək yandırılması və s. barədə məlumat vermişdi. Həmin vaxt tam təsadüf nəticəsində bu yanğını görən qonşunun FHN-nin 101 xidmətinə zəng vurması, ardınca isə Asif Mərzilinin ailəsini yuxudan oyatması nəticəsində mənzilin yanaraq kül olmasının qarşısı alınmışdı.

Lakin sən demə, daha dəhşətli hadisə qabaqda imiş Belə ki, bu gecə (09.07.2016) saat 03:00 radələrində isə eyni əməl təkrarlanmış və baş redaktorun şəxsi avtomobili yaşadığı mənzilin qarşısında yenə də benzin tökülərək qəzdən yandırılmışdır.
Bu barədə “Pravdainfo.org”-a məlumat verən hadisə şahidi bildirdi ki, yanğının digər avtomobillərə keçməsinin və partlayışla nəticələnməməsinin qarşısı FHN-nin 2 yanğınsöndürən maşını və heyəti sayəsində alınmışdır.
Hadisə barədə məlumat aldıqdan sonra jurnalistin özü ilə əlaqə saxladıq. Asif Mərzili faktı təsdiqlədi:


-Bəli, məlumat doğrudur. Gecə saat 03:16 radələrində həyətdən maşının siqnalizasiya səsini eşitdim və dərhal pəncərədən həyətə baxdım. Gördüm ki, maşın alovlanır. Dərhal vedrələrlə su daşıyıb söndürməyə çalışdıq. Lakin bu mümkün olmadı, avtomobilin benzin bakının partlama təhlükəsi olduğundan FHN-nin 101, ardıca da DİN-nin 102 xidmətinə zəng vurduq. 5-6 dəqiqə keçmiş 2 yanğınsöndürən və çoxsaylı polis əməkdaşları gəldilər. Yanğın çətinliklə də olsa, söndürüldü, avtomobil tamamilə sıradan çıxarılıb. Xətai RPİ-nin müstəntiqləri ilkin ifadə aldılar, ekspertlər lazımi işlər gördülər… Təəssüf ki, bu cinayət hadisəsi eyni dəst-xətlə təkrarlanıb. Törədilmə vaxtı da eynidir, benzindən istifadə də… İstintaq gedir, başqa nə deyə bilərəm. Bu sui-qəsddir və əslində, hüquq mühafizə orqanlarına meydan oxumaqdır. Çünki martın 14-də baş vermiş cinayət hadisəsinin sifarişçisi qanun qarşısında oturdulsaydı, yəqinki həmin sifarişçi bu əməli təkrarlamazdı…

-Bəs martın 14-də mənzilinizin yandıırılması ilə bağlı olan cinayət işi nə yerdədir?

-Mətbuatdan da xəbər verildiyi kimi, həmin cinayət işi hazırda Bakı şəhər Baş Polis İdarəsi İstintaq İdarəsində istintaq olunur və o vaxt hadisənin ağırlıq dərəcəsi nəzərə alınaraq istintaq işi Xətai rayon Polis İdarəsindən alınaraq Bakı şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsinə verilib… Artıq xüsusilə mühüm işlər müstəntiqi Nizami Əbilovun dəvəti ilə iki dəfə ifadə vermişəm və sonrakı dövrdə isə əlavə maddi sübutları və istintaq üçün zəruri olan məlumatları müstəntiqə çatdırmışam. Artıq müvafiq əməliyyat-istintaq hərəkətləri aparılıb, bəzi istiqamətlərdə davam etdirilir. Ən vacibi, hadisəni törədənlərin və bu qəsdi sifarişçisinin kimliyi barədə müəyyən məlumatlar əldə edilib və s. Sadəcə, istintaq sirri olduğundan təfsilatı ilə danışa bilmərəm… Onu da əlavə edim ki, bu cinayət işinin istintaqının gedişində cənab daxili işlər naziri Ramil Usubovun xüsusi nəzarətini hiss edirəm… Sizlər də başda olmaqla, həmkarlarıma təşəkkür edirəm ki, əvvəldən informasiya dəstəyini əsirgəməyiblər… Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov neçə dəfə istintaqın gedişi ilə maraqlanıb, Mətbuat Şurasının lazımi kömək və dəstək verməsini təklif edib… Hətta mənzil qərargahı Avropada yerləşən Beynəlxalq jurnalist təşkilatlarından məlum cinayət hadisəsi baş verən gün mənə zənglər edilib və baş verən cinayət hadisəsinin istintaqının gedişi barədə suallar veriblər, nə kimi köməyə və dəstəyə ehtiyac olduğunu təklif ediblər… Bildirmişəm ki, hələki istintaqın gedişindən narazılığım yoxdur, əksinə, hesab edirəm ki, Azərbaycanın hüquq mühafizə orqanları bütövlükdə jurnalistin peşə fəaliyyətinə, söz azadlığına qarşı yönəlmiş bu qəsdin sifarişçisinin tezliklə üzə çıxarılıb ifşa edilməsində maraqlıdır, inanıram ki, bu, tezliklə belə də olacaq… Lakin görünür bu cinayətin sifarişçisi nəyəsə arxayın olduğundan və əvvəlki cinayətin üstünün açılması yubandığından, arzusunu sona kimi yerinə yetirməkdə israrlı oldu. Düşünürəm ki, bu cinayət işində maraqlı olan sifarişçi artıq mənə-jurnalistə deyil, Azərbaycanın istintaq orqanlarına və bu istintaqa nəzarət edənlərə meydan oxuyur. Meydanda isə söz azadlığına, jurnalistə qarşı sui-qəsd, qisasçılıq var…
Azad
Bu gün, 16:00
Qafqazda əsas savaş yollar uğrunda olacaq - İDDİA
Bu gün, 13:42
Kafedə döyüb naməlum ünvana apardılar, 25 min manat istədilər
Bu gün, 13:35
Koçaryan indi də xəstəxanaya aparıldı - Yenilənib - Video
Bu gün, 12:32
Böyük Qayıdış Davam Edir: Xocavəndə Daha 191 Sakin Doğma Yurduna Qayıdır
Bu gün, 12:06
“Hadrut fatehi”nin xanımı da tələbə oldu
Bu gün, 12:01
Bu xəstəxanaya yeni direktor təyin olundu
Bu gün, 11:56
Bu gecə metro 1 saat artıq işləyəcək
Bu gün, 11:51
9 yaşlı qıza ögey anası zorakılıq etdi: DİN-dən reaksiya
Bu gün, 11:41
İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi
Bu gün, 11:23
Yağış, şimşək, duman - Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Bu gün, 10:58
Şəhid yoldaşı ali məktəbə qəbul oldu - FOTO
Bu gün, 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə SƏRT XƏBƏRDARLIQ
Bu gün, 10:47
Səhər saatlarında İrəvandan XOŞ XƏBƏR GƏLDİ - YENİLƏNDİ
Bu gün, 10:05
Şəhid anası da tələbə adını qazandı - Foto
Bu gün, 10:00
Paşinyan yenə Başkənd dedi - Çıxış yolları AÇIQLANDI
Bu gün, 09:50
Ukrayna Rusiyada dəmir yolunu və neft zavodunu VURDU: Ölənlər var
Bu gün, 09:45
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu
Bu gün, 09:38
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Bu gün, 09:32
Bakının mərkəzində ağır qəza, 32 yaşlı kişi öldü
Bu gün, 09:29
Robert Koçaryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə aparılıb
Bu gün, 09:22
Türkiyəni ayağa qaldıran məhkəmə qərarı açıqlandı
Bu gün, 09:17
Bu da baş verdi-Neft nəhəngi Rusiyada benzin qıtlığı: indi Türkiyədən yanacaq istəyir
Bu gün, 09:00
“17 il Ermənistanın dəmir yoluna pul tökdük, Azərbaycan və Türkiyədən xilas etdik” – Rusiya böyük “razborka”ya başladı
Dünən, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Dünən, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Dünən, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Dünən, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ