Bir həftənin gəlinini öldürən ər azadlıqda
Kriminal
Oxunub: 1 088
1 in 2016 | 09:45
Bir həftənin gəlinini öldürən ər azadlıqda











Məhkəmə gözlənilməz qərar verib

Toyundan bir həftə sonra itkin düşən və bir neçə gün öncə meyiti tapılan Gülnar Vəliyevanın işi ilə bağlı gözlənilməz qərar verilib. 23 yaşlı arvadını öldürən Samir Həbibov sərbəst buraxılıb.

Bu barədə “st-petersburg.1nnc.net” yazır.

“Mayın 27-də Samiri həbs edib məhkəməyə apardılar. Lakin vəkil 3 milyon rubl (67 min 800 AZN) müqabilində onun azad olunmasını istədi. Hakim bununla razılaşaraq onu girov müqabilində azad edib”, - deyə Həbibov ailəsinə yaxın mənbə qeyd edib. Bununla bağlı Sankt-Peterburq üzrə İstintaq komitəsi rəsmi açıqlama verməyib.

Daha əvvəl Vəliyevanın həyat yoldaşı Samir Həbibovun saxlanıldıqdan sonra verdiyi ifadəyə görə, o, həyat yoldaşını ehtiyatsızlıqdan qətlə yetirdiyini qeyd edib:

“Evdə bizim aramızda mübahisə yarandı. Mən onu itələdim və Gülnar yıxıldı. Ancaq o yerə bərk dəydiyi üçün öldü. Daha sonra cinayətin izini itirmək qərarına gəldim və bu işdə köməklik göstərməsi üçün qardaşıma zəng etdim”.

Samir köməyinə gələn qardaşı ilə birlikdə 23 yaşlı gəlinin meyitini velosipedlə Petrodvortsovı rayonundan 10 kilometr aralıdakı meşə massivinə gətirib və orada basdırıb.

“Mayın 26-da Petrodvortsovi rayonunda olan meşə massivindən itkin düşmüş Gülnar Vəliyevanın meyiti tapılıb. Qadının ölüm səbəbinin müəyyənləşdirilməsi üçün məhkəmə-ekspertizası təyin olunub", - deyə Sankt-Peterburq üzrə İstintaq komitəsinin mətbuat-xidmətinin məlumatında deyilir.

Gülnar Həbibova Sankt-Peterburqda aprelin 22-nə keçən gecə itib. Məlumata görə, axşam saatlarında Gülnar anası ilə telefonla danışıb və deyib ki, 34 yaşlı həyat yoldaşı Samirə yemək hazırlayır. Samir və Gülnar aprelin 15-də evləniblər və bundan sonra qız həyat yoldaşının Marşal Jukov prospektində yerləşən mənzilinə köçüb. Bir həftə sonra isə cavan gəlin yoxa çıxıb.
Bu gün, 16:00
Qafqazda əsas savaş yollar uğrunda olacaq - İDDİA
Bu gün, 13:42
Kafedə döyüb naməlum ünvana apardılar, 25 min manat istədilər
Bu gün, 13:35
Koçaryan indi də xəstəxanaya aparıldı - Yenilənib - Video
Bu gün, 12:32
Böyük Qayıdış Davam Edir: Xocavəndə Daha 191 Sakin Doğma Yurduna Qayıdır
Bu gün, 12:06
“Hadrut fatehi”nin xanımı da tələbə oldu
Bu gün, 12:01
Bu xəstəxanaya yeni direktor təyin olundu
Bu gün, 11:56
Bu gecə metro 1 saat artıq işləyəcək
Bu gün, 11:51
9 yaşlı qıza ögey anası zorakılıq etdi: DİN-dən reaksiya
Bu gün, 11:41
İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi
Bu gün, 11:23
Yağış, şimşək, duman - Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Bu gün, 10:58
Şəhid yoldaşı ali məktəbə qəbul oldu - FOTO
Bu gün, 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə SƏRT XƏBƏRDARLIQ
Bu gün, 10:47
Səhər saatlarında İrəvandan XOŞ XƏBƏR GƏLDİ - YENİLƏNDİ
Bu gün, 10:05
Şəhid anası da tələbə adını qazandı - Foto
Bu gün, 10:00
Paşinyan yenə Başkənd dedi - Çıxış yolları AÇIQLANDI
Bu gün, 09:50
Ukrayna Rusiyada dəmir yolunu və neft zavodunu VURDU: Ölənlər var
Bu gün, 09:45
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu
Bu gün, 09:38
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Bu gün, 09:32
Bakının mərkəzində ağır qəza, 32 yaşlı kişi öldü
Bu gün, 09:29
Robert Koçaryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə aparılıb
Bu gün, 09:22
Türkiyəni ayağa qaldıran məhkəmə qərarı açıqlandı
Bu gün, 09:17
Bu da baş verdi-Neft nəhəngi Rusiyada benzin qıtlığı: indi Türkiyədən yanacaq istəyir
Bu gün, 09:00
“17 il Ermənistanın dəmir yoluna pul tökdük, Azərbaycan və Türkiyədən xilas etdik” – Rusiya böyük “razborka”ya başladı
Dünən, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Dünən, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Dünən, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Dünən, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ