Gədəbəy sakini məmurun qohumları tərəfində döyülüb xəstəxanalıq edildi - Foto
Gədəbəy rayonunun Əyrivəng kənd sakini Ələkbərov Natiq Yaqub oğlu döyülüb. Musavat.com xəbər verir ki, xəsarətlər alan kənd sakini Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Yardım Xəstəxanasına yerləşdirilib.

Natiq Ələkbərov başına gələnləri Misavat.com-a danışıb. O, bildirib ki, həmkəndliləri Əli və Razim Məmmədov qardaşları tərəfindən döyülüb.
Onun sözlərinə görə, yaşadığı Əyrivəng kəndi ərazisində atama məxsus pay torpağı var: “Bu yaxınlarda bizim kəndin sakinləri olan Əli və Razim Məmmədov qardaşları ailəmizə məxsus həmin pay torpağını açıq-aşkar zəbt edərək, orada qazıntı işləri aparmaq üçün əraziyə traktor salıblar. Məqsədləri burada süni göl saldırıb, balıqçılıq təsərrüfatı yaratmaqdır. Bu səbəbdən ailəmizin və şəxsən mənim özümün başımıza gələnləri danışmazdan öncə, bu şəxslərin nəyə görə öz məqsədləri üçün məhz bizim ərazini seçmələrinə bir qədər aydınlıq gətirim. Məsələ bundadır ki, mən, 2015-ci ilin fevral ayına qədər Gədəbəy rayonu Meşə Mühafizəsi və Bərpası Müəssisəsində meşə gözətçisi vəzifəsində çalışmışam. 2014-cü ilin payızında isə, Əli və Razim Məmmədov qardaşları balıqçılıq təsərrüfatı yaratmaq ideyalarını ilk dəfə Gədəbəyin meşə ərazilərinə aid olan torpaq sahəsində həyata keçirmək niyyətinə düşmüşdülər. Bir gün gördüm ki, həmin sahədə müəyyən işlər görmək üçün əməlli-başlı hazırlıq görülür. Hətta ərazidə fəhlələrin müvəqqəti sığınmaları üçün bir dam, köşk də qoyulub. Təbii ki, bu işlərin qeyri-qanuni olduğuna heç bir şübhəm yox idi. Buna görə də dərhal rəhbərliyə məruzə etdim. Həmin vaxt Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbərliyi tərəfindən də təcili tədbirlər görüldü. Hətta vəziyyətə polisin müdaxiləsi də tələb olundu. Bununla belə, Məmmədov qardaşlarının özbaşınalıqlarının qarşısı vaxtında alındı. Amma mən bir məqamı nəzərdən qaçırmışdım ki, bu şəxslər hər halda mənim işlədiyim müəssisədə bir kimsə ilə razılaşmadan belə bir addım ata bilməzdilər. Sən demə həmin bu kimsə də, mənim bilavasitə tabeliyində çalışdığım meşəbəyi Salehov Knyaz Məlik oğlu imiş. Buna görə də bir müddət sonra, yəni Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə Pərviz Əliyev yeni direktor təyin olunan kimi, Knyaz Salehov mənim təqdimatımı verərək, işdən çıxarılmağıma (qanunsuz olaraq) nail oldu. Bundan bir müddət sonra isə, Məmmədov qardaşlarının meşə ərazisində göl salmaq planları da yenidən həyata keçirilməyə başladı. Bildiyimə görə, hal-hazırda bu istiqamətdə iş gedir. Mənim isə, öz vəzifə borcumu vicdanla icra etdiyimə görə, əldə etdiyim bu oldu ki, həm işdən qovuldum, həm də Məmmədov qardaşlarının düşmənçiliyini qazandım”.
Kənd sakini iddia edir ki, indi qardaşlar il yarım bundan əvvəl onların növbəti qanunsuz əməllərini müəyyən qədər əngəllədiyinə görə, onu “cəzalandırmaq” qərarına gəliblər. Bu məqsədlə də ailəsinə məxsus pay torpaqları zəbt edilib: “Vəziyyətin belə olduğunu gördükdə, mən ilk növbədə, bizim kəndin də aid olduğu Arıqıran bələdiyyəsinə yollandım. Bələdiyyənin sədri Seymur Tağıyev dedi ki, bəli, məsələdən xəbərim var. Amma bu işin mənə aidiyyatı yoxdur. Mən sadəcə olaraq həmin torpaq sahəsini Məmmədovlara göstərmişəm və bunu da icra nümayəndəsinin göstərişinə əsasən etmişəm. Deməliyəm ki, Gədəbəy RİH başçısının Arıqıran inzibati ərazi vahidi üzrə nümayəndəsi Zahir Qarayev, Əli və Razim Məmmədov qardaşları ilə dost-doğma xalaoğludurlar.
Bundan sonra mən həmin əraziyə Ramiz adlı bir polis əməkdaşı ilə də getdim. Ramiz də bunlarla nə danışdı, nə danışmadısa, mənə bildirdi ki, guya Məmmədovların əllərində qanuni sənədləri var və o, məsələyə müdaxilə edə bilməz. Təbii ki, söhbət mənim atama verilmiş pay torpaqlarından getdiyinə görə, soruşdum ki, bu sənədləri onlar hardan, necə alıblar? Cavabında da Əli Məmmədov açıq-aşkar bildirdi ki, bu torpağı da, sənədi də onlar RİH başçısının müavini Rüstəm Nağıyevin əli ilə, başçı Ramiz Yediyarovdan üç min manata alıblar. Aydındır ki, bütün bu işlərdə vasitəçilik edən də məhz icra nümayəndəsi Zahir Qarayev olub. Artıq əlim hər yerdən üzüldüyü üçün, Məmmədovları məhkəməyə müraciət edəcəyim barədə xəbərdar edib, onlardan ayrıldım”.
Natiq Ələkbərov döyülməsini belə nəql edib: “Aprel ayının 28-də axşam saatlarında özümə məxsus mal-qaranı otlaqdan qaytaran vaxt, Məmmədov qardaşları örüş sahəsində qarşımı kəsdilər. Hər biri 32-35 yaşlarında olan bu iki cavan, sağlam adam qəfil üzərimə hücum edərək, məni yerə yıxdılar. Sonra boğazıma ip keçirib məni boğmağa və qəddarlıqla döyməyə başladılar. Hətta bir dəfə əllərindən çıxmağa müəssər olsam da, məni yenidən tutdular. İnanın ki, hadisə yerinə öz anaları gəlib-çıxmasaydı və məni onların əllərindən almasaydı, yəqin ki, məni ödürəcəkdilər. Bununla belə, açıq-aşkar məni təhdid də etdilər. Dedilər ki, keçərik 50-60 baş qoyunumuzdan, səni öldürüb, qanını da batırarıq”.
Kənd sakini Gədəbəy şəhər məhkəmə-tibbi ekspertizasına müraciət edib. O, ekspertizanın rəyini bazar ertəsi, mayın 2-si alacaq: “Bundan sonra da polisə və prokurorluğa müraciət edib, müvafiq qaydada cinayət işinə başlanılmasını tələb edəcəyəm. Həm də əlimdən gələni edəcəyəm ki, təkcə məni döyən Məmmədovlar deyil, həmçinin onları saxta pensiya ilə təmin edənlər, onlara dövlətin meşə ərazilərində qanunsuz işlər görməyə icazə verənlər, başqasının torpaq sahəsini onlara satanlar və bu işdə vasitəçilik edənlər də məsuliyyətə cəlb olunsunlar”.
Musavat.com

Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib