Bakıda alçaq cinayət: 13 yaşlı qızı fotoları ilə şantaj etdi - Foto - Video
Kriminal
Oxunub: 1 266
28 apr 2016 | 21:46
Bakıda 13 yaşlı qızı fotoları ilə şantaj edib pul tələb edən şəxs tutulub.
Bakıda alçaq cinayət: 13 yaşlı qızı fotoları ilə şantaj etdi - Foto - Video
Musavat.com xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinə müraciət edən şəxs 13 yaşlı qızının sosial şəbəkə vasitəsilə şantaj edildiyini bildirib. 13 yaşlı qız valideynlərindəm xəbərsiz sosial şəbəkələrdən birində qeydiyyatdan keçib. O, orada başqa bir qızla tanış olub. Söhbət əsnasında tanış olduğu qız ondan profil fotosunun olmamasının səbəbini soruşub. 13 yaşlı qız “sosial şəbəkədən valideynlərimdən xəbərsiz istifadə edirəm, bilsələr məni öldürərlər” cavabını verib və bu səbəbdən profil fotosunun olmadığını yazıb.
Yazışdığı şəxs “mən sənə şəkil göndərsəm, sən də mənə şəkillərini yollayarsanmı?” soruşub və 13 yaşlı qız buna razılaşıb. Beləliklə, yeniyetmə qız şəkillərini göndərib. Bundan sonra qarşı tərəf qız yox, oğlan olduğunu yazıb və şantaja başlayıb.
Şantaja məruz qalan məktəbli bu barədə ailəsinə məlumat verib. Onlar isə polisə müraciət ediblər. Aparılan əməliyyat tədbirləri ilə yeniyetməni şantaj edənin Şamil Əzizbəyov küçəsində qeydiyyatda olan, faktiki olaraq isə Faiq Yusifov küçəsi ev 37, mənzil 40-da yaşayan 26 yaşlı Namiq Eldar oğlu olduğunu müəyyən edilib. Əməliyyatçılar onu 13 yaşlı qızdan tələb etdiyi 250 manatı almağa gələn zaman tutublar.
Araşdırmalar zamanı məlum olub ki, 26 yaşlı gənc sosial şəbəkələrdə qız adı ilə qeydiyyata düşərək, yeniyetmə qızlarla tanış olub. Onlarda şəkillərini alan Namiq sonradan oğlan olduğunu bildirib və müxtəlif tələblər irəli sürüb.
Namiq Əliyevin mobil telefonuna baxış keçirilərkən, müxtəlif sosial şəbəkələrdə qız adı ilə qeydiyyatdan keçdiyi aşkar edilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb. Bu maddə 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Musavat.com
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib