Həbsxanada dəhşət
Dustaqların NAMAZ DAVASI: kamera yoldaşını yandırdı: “Ağ eləmişdi”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsxanada dustaq yoldaşına ağır xəsarətlər yetirməkdə təqsirli bilinən 1966-cı il təvəllüdlü Ramiz İmaniyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçı Mübariz Mirili çıxış edib. O çıxışında bildirib ki, təqsirləndirilən şəxs Qobustan həbsxanasında dustaq yoldaşının üzərinə qaynar su tökərək yandırıb: “Onun ilk cinayəti qətl hadisəsi olub. O, 15 il müddətinə azadlıqdan məhrum edilib. Onun hələ ödənilməyən 11 il ay 27 gün həbs cəzası var”.
Prokuror məhkəmədən təqsirləndirilən şəxsin ödənilməyən cəzası ilə indiki cəzanın qismən toplanma yolu ilə ümumilikdə 18 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxsin müdafiəçisi çıxış edib. O, çıxışında müdafiə etdiyi şəxsin dini əqidəsinə görə bu cür əməl törətdiyi iddia edib: “Ramiz dəfələrlə həbsxana rəhbərliyinə də müraciət edib ki, onun kamerasını dəyişsinlər. Çünki onunla bir kamerada qalan Ağasadıq Əliyev vəhhabi olub. Müdafiə etdiyim şəxs dəfələrlə zərərçəkən şəxsə xəbərdarlıq edib. O, buna məhəl qoymayıb. Yaşı da çoxdur, ona cəza təyin edərkən bundan öncə törətdiyi ağır cinayəti nəzərə alın. Bu adam içəridən çıxa biləcək, ya yox?!”.
Daha sonra təqsirləndirilən şəxs son sözlə çıxış edib. O, törətdiyi sonuncu cinayətindən peşmanlıq hissi keçirmədiyini deyib: “Mən hər zaman ilk cinayətimin peşmanlığını çəkmişəm. İndi də çəkirəm. Ancaq indiki əməlimdən peşman deyiləm. Ağasadıq ağ eləmişdi. O, məni məcbur edirdi ki, mən də onun kimi namaz qılım. Mən şiə təriqətinə inanıram. Dəfələrlə ona xəbardarlıq elədim ki, mənimlə işin olmasın, cəzanı çək. Dayanmadı. Televizorda ölkəmizdə baş verən müsbət şeyləri təhqir edir, söyürdü. Bu, mənə pis təsir edirdi. Suyu qızdırdım, istədiyimə nail oldum. İndi baxın tərəzinin bir tərəfində mən, bir tərəfində Ağasadıq. Sizin ədalətinizə inanıram”.
Məhkəmədə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Ramiz İmaniyev bundan əvvəlki ödənilməmiş cəzası və indiki cəzasının qismən toplanma yolu ilə qəti olaraq 17 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə keçən il Penitensiar Xidmətinin Qobustanda yerləşən 3 saylı cəza çəkmə müəssisəsində baş verib. İttihama görə, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə 15 il azadlıqdan məhrum edilən Ramiz İmaniyev kamera yoldaşı Ağasadıq Əliyevin üzərinə xuliqanlıq niyyəti ilə qaynar su tökərək onu yandırıb. Hadisədə Ağasadıq Əliyev müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Ramiz İmaniyev Cinayət Məcəlləsinin 126.2.3 (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə təqsirli bilinib.
Onu da bildirək ki, hadisədə zərərçəkmiş şəxs olan Ağasadıq Əliyev isə “Eurovision 2012” musiqi yarışması ərəfəsində ölkədə terror aktları hazırlamaqda təqsirli bilinib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhkum olunub.
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib