DİN qanunsuz odlu silah saxlayanlara xəbərdarlıq etdi
Kriminal
Oxunub: 1 874
2 okt 2014 | 12:00
DİN qanunsuz odlu silah saxlayanlara xəbərdarlıq etdiOktyabrın 1-də, səhər saat 4:00 radələrində Goranboy rayonunda baş verən dəhşətli qətliamın təfərrüatları məlum olub.

Goranboyun Səfikürd kəndində yerli sakin Rafiq Hüseynov əl qumbarası və odlu silahla qayınatasının evinə hücum edərək, 5 nəfəri qadın olmaqla, 7 nəfəri öldürüb, 2 nəfəri isə yaralayıb.
Bu tükürpədici cinayət ailədaxili münaqişə zəminində baş verib. Öldürülənlər arasında onun həyat yoldaşı Südabə Hüseynova da var.
Bu, son günlər Azərbaycanda odlu silahla törədilən qətllərdən ən dəhşətlisidir. Daha öncə də odlu silahdan, xüsusilə də, ov silahlarından atılan atəş nəticəsində ölümlə nəticələnən cinayətlər baş vermişdi.
Bu hadisələrin təfərrüatları, xüsusilə də, qisas məqsədilə əl qumbarasından istifadə edilməsi cəmiyyətdə qorxunc ehtimalların yaranmasına səbəb olur. Deməli, ölkədə ayrı-ayrı evlərdə əl qumbarasına qədər müxtəlif növlərdə odlu silah saxlanılır və hər an, hər kəsi bu təhlükə gözləyir.
Qanunsuz olaraq, odlu silahların saxlanılmasına münasibət bildirən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirdi ki, ölkədə saxlanılan qanunsuz silahların müsadirə edilməsi istiqamətində tədbirlər mütəmadi şəkildə həyata keçirilir: Təkcə baş vermiş bu hadisədən sonra yox, ümumiyyətlə, daxili işlər orqanları, hüquq-mühafizə orqanları cinayətkarlıqla mübarizədə qanunsuz silah-sursatın dövriyyəsinə, saxlanılmasına qarşı mübarizə aparır, vaxtaşırı evlərdən qanunsuz silahlar yığılır. Bu sahəyə çox böyük diqqət ayrılıb. Aydın məsələdir ki, əgər haradasa, bir qanunsuz silah saxlanılırsa, bu silah nə zamansa cinayət məqsədilə istifadə oluna bilər, çox ağır nəticələrə səbəb ola bilər.
Ona görə də, polis əməkdaşları gündəlik fəaliyyətlərində bu sahəni nəzarətdə saxlayır, əllərdə olan silah-sursatın yığılması üçün həm profilaktik tədbirlər aparırlar, həm də əməliyyat-axtarış tədbirləri həyata keçirirlər. Nəticədə, külli miqdarda qanunsuz saxlanılan odlu silah yığılıb və bu gün də tədbirlər davam edir. Həmçinin insanlarla söhbət aparılır ki, onlar könüllü olaraq, evlərində olan silah-sursatları gətirib, polisə təhvil versinlər. Bu halda onlar məsuliyyətdən azad olunurlar. Könüllü təhvil verilməyəndə polis tərəfindən əməliyyat axtarış tədbirləri həyata keçirilir, qanunsuz silahlar müsadirə olunur və onu saxlayan şəxs cinayət məsuliyyətinə cəlb edilir.
Ov silahlarının saxlanılmasına məhdudiyyətlərin tətbiq olunacağına gəlincə, Ehsan Zahidov bildirdi ki, əgər bu silahlar qanuni şəkildə qeydiyyata götürülübsə, bu qanuni bir haldır: Qanuni qeydiyyatı olan ov silahları insanların şəxsi mülkiyyətinə aiddir. Ancaq heç bir sənədi olmayan ov silahlarının yığılması istiqamətində tədbirlər davam etdirilir.
Bu gün, 12:04
“VAZ” dərəyə yuvarlandı - Sürücü öldü, 3 sərnişin yaralandı
Bu gün, 11:54
Özünü prokuror kimi tanıtdı - Dələduzluq ittihamı ilə həbs edildi
Bu gün, 11:28
Culfada hərbçi dəm qazından öldü
Bu gün, 11:13
Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb
Bu gün, 10:33
ABŞ və Qətər İranın dondurulmuş 6 milyardını qaytarmağa hazırlaşır
Bu gün, 10:28
DÇ-2026: Türkiyə Paraqvaya məğlub oldu
Bu gün, 10:23
“Riskli ötmə manevrlərindən çəkinin” - XƏBƏRDARLIQ
Bu gün, 09:22
Donald Tramp: "Venesuela ABŞ-nin 51-ci ştatı ola bilər"
Bu gün, 09:17
“Gənclərə mane olur, kənara çəkilsin” - Ronaldonu topa tutdu
Bu gün, 09:12
Mikroavtobus aşdı, xəsarət alanlar var
Bu gün, 09:00
Uşaqları qoruyan hüquqi qalxan güclənir - Azərbaycanda 16 yaşlılar üçün...
Dünən, 16:00
Avropa İttifaqında ilk: Rusiyaya qarşı sanksiyalar...
Dünən, 15:30
Qalibaf ABŞ-ni hədələdi
Dünən, 14:22
Lox kəndində inanılmaz olay: adına görə, gələnlər bu hərəkəti edir
Dünən, 13:40
Prezident fərman imzaladı
Dünən, 13:10
Azərbaycan vətəndaşları 95 ölkəyə vizasız səfər edə bilər
Dünən, 13:00
Prezident babasından danışdı: "İş kabinetlərimdə heç bir heykəl yoxdur, təkcə bu var"
Dünən, 12:55
İlham Əliyev Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib
Dünən, 12:49
Evinin "kupça"sı olmayanlara ŞAD XƏBƏR - Amnistiya təklif olunur
Dünən, 12:45
Ölkəyə bu malları gətirən şəxslərə güzəşt ediləcək
Dünən, 12:32
Vilayət Eyvazov xidmətə qəbul üçün sıra baxışı keçirdi - VİDEO
Dünən, 12:19
"AÇIQLANDI: Azərbaycan quru sərhədlərini bu səbəbdən bağlı saxlayır"
Dünən, 11:23
Trampın ad gününə hücumu planlaşdıran "Çoban" saxlanılıb
Dünən, 11:18
ABŞ-İran danışıqları təxirə salındı
Dünən, 11:13
Xankəndi şəhərinə daha 18 ailə yola salındı
Dünən, 10:05
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
Dünən, 09:54
"Memorandum İranın kapitulyasiyasıdır" - Tramp