“Moskva” univermağında baş verən 210 min manatlıq oğurluğun təfərrüatları...
Martın 29-dan 30-a keçən gecə, saat 23:00 radələrində Bakının Nəsimi rayonu ərazisində yerləşən məşhur ticarət mərkəzində oğurluq hadisəsi baş verib.Musavat.com saytının verdiyi məlumatına görə, hadisə Cavadxan küçəsi 5 ünvanında yerləşən “Moskva” univermağında olub.
Gecə saatlarında univermağa gələn naməlum şəxslər qapını sındıraraq, içəri daxil olublar. Qızıl-zinət əşyaları satılan birinci mərtəbəyə daxil olan oğrular, ticarət mərkəzindən xeyli miqdarda qızıl-zinət əşyalarını götürərək, hadisə yerindən qaçıblar. Onların neçə nəfərdən ibarət olması ilə bağlı isə dəqiq məlumat yoxdur.
Hadisənin təfərrüatına gəlincə isə, məlumata görə, ticarət mərkəzinin mühafizəçisi oğurluq zamanı yatmış olub. Buna görə də heç nədən xəbəri olmayıb. O, hadisədən xəbər tutan zaman artıq iş-işdən keçib.
Oğrular mağazada təqribən 1 saata yaxın dolaşıblar. Qızıl-zinət əşyaları satılan piştaxtaların hamısında qızıl olmayıb. Onların böyük hissəsi seyflərdə saxlanılırmış. Sadəcə, ticarət mərkəzinin giriş hissəsinin sol tərəfində olan piştaxtalarda təmir işləri aparıldığı üçün oradakı qızıllar seyfə qoyulmayıb. Nəticədə bu anı fürsət bilən oğrular 3 satıcıya külli miqdarda ziyan vurublar.
Zərərçəkmiş şəxslərdən biri musavat.com-a bunlar deyib: "Adamlar içəridə rahat gəzəcək qədər vaxt tapıblar. Vitrində olan qızılları seçərək, aparıblar. Deməli, oğrulardan ən azı bir nəfər qızıldan anlayışı olan şəxsdir. Ən yaxşı qızıllarımızı aparıblar. İçəri girmək üçün əsasən sürücülərin işlətdiyi qaldırıcı krandan istifadə ediblər. Ən yaxın bizim rəflərdi deyə, rahat şəkildə soyublar. Mediada dəymiş ziyanın 300 min manat olduğu yazılıb. Amma biz hələ dəqiq rəqəmin nə qədər olduğunu bilmirik. Hazırda hesab-kitab aparırıq. Əsas məsələ həmin adamların tutulmasıdır. Amma daha da önəmlisi qızılların geri qaytarılmasıdır".
Hadisənin baş verdiyi əraziyə və nəzarət kameralarına polis tərəfindən baxış keçirilib. Yayılan görüntülərdən də məlum olur ki, üzündə qara maska, əynində isə hərbi geyimə bənzər forma olan, idmançı görünüşə malik şəxs, qapıdan içəri sakit şəkildə içəri daxil olur. İçəri qaranlıq olduğu üçün kiçik addımlarla hərəkət etməyə başlayır. Onun əlində isə qaldırıcı kranın olduğu açıq-aşkar görülür.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. Dəstənin bütün üzvləri tutulmadığı üçün saxlanılan şəxslərin adları açıqlanmır. Oğurluqda iştirak edən digər şəxslərin axtarışları davam edir. Faktla əlaqədar Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məsələ ilə bağlı musavat.com-a bunları dedi: “Univermaqda onlarla mağaza var və həmin mağazaların əksəriyyətinin Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi ilə müqaviləsi var. Müqaviləyə uyğun olaraq, həmin mağazalar canlı qüvvə ilə deyil, müasir standartlara cavab verən siqnalizasiya sistemi ilə qorunur. Lakin qızıl-zinət əşyalarının oğurlandığı mağazanın Baş Mühafizə İdarəsi ilə heç bir müqaviləsi yoxdur və ona görə də həmin mağazanın mühafizəsi idarə tərəfindən təşkil olunmur”.
Ehsan Zahidov hadisə zamanı sahibkarlara 210 min manatlıq ziyanın dəydiyini bildirdi: "Faktla əlaqədar Nəsimi rayon Polis İdarəsində cinayət işi qaldırılıb, cinayəti törədənin və ya törədənlərin müəyyən edilərək, yaxalanması istiqamətində zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. İstintaq yekunlaşandan sonra cinayətkarların kimliyi məlum olacaq. Baş vermiş hadisə zamanı ilkin hesablamalara əsasən təqribən 210 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb".
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib