Ramiz Mehdiyev və "5-ci kolonu" - xəyanətin izləri ilə...
Kriminal
Oxunub: 1 134
16 okt 2025 | 09:00
Ramiz Mehdiyev və "5-ci kolonu" - xəyanətin izləri ilə...


Azərbaycan XX əsrin sonunda müstəqilliyini bərpa etsə də, müstəqilliyin ilk illərində çox məşəqqətli vəziyyətlə üz-üzə qaldı. Azərbaycan yenidən nəinki müstəqilliyini itirmək, hətta siyasi xəritədən silinmək təhlükəsi ilə qarşılaşdı. Lakin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev ölkəni bu bəlalardan xilas edərək müstəqilliyin dönməzliyini təmin etdi və davamlı inkişafın əsasını qoydu.

Azərbaycanın inkişafını görüb buna qarşı çıxan xarici güclər və ölkələr daxildəki əlaltıları vasitəsilə ölkəni daxildən dağıtmaq üçün dəfələrlə cəhdlər göstərdilər. Ancaq Ulu Öndər Heydər Əliyevin cəsarətli, qətiyyətli və uzaqgörən siyasəti nəticəsində bütün bu cəhdlərin qarşısı alındı.

Ulu Öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin hakimiyyəti dövrü isə Azərbaycanın qələbələr, zəfərlər və uğurlar dövrü kimi xarakterizə olunur. Lakin yenə də xarici qüvvələrin dəstəyi ilə daxildə ölkənin inkişafını dayandırmaq, xaos yaratmaq və dövlətçiliyə xəyanət etməyə hazır olan qüvvələr tapıldı. Onlardan biri də müxtəlif cildlərə girərək hakimiyyətdə yüksək mövqe tutan Ramiz Mehdiyev idi.

Ramiz Mehdiyev Azərbaycan dövlətçiliyinə qarşı xəyanət yolunu seçdi. O, öz siyasi buqələmunluğu ilə ölkəni yenidən Rusiyanın təsir dairəsinə salmaq niyyətində idi. İmperiya psixologiyasının daşıyıcısı olan Mehdiyev bu çirkin planını reallaşdırmaq üçün müxtəlif taktikalara əl atırdı.

Ramiz Mehdiyevin xəyanət dosyesinə nəzər salsaq görərik ki, o, hakimiyyətdəki mövqeyindən sui-istifadə etməklə həm məmurlardan, həm də müxalif siyasi qüvvələrdən və hərbçilərdən ibarət “5-ci kolon” şəbəkəsi formalaşdırmağa başlamışdı.

Birincisi, Mehdiyev məmurları aldatmaqla öz tərəfinə çəkə bilməyəndə, intriqa qabiliyyətindən istifadə edərək onların işdən çıxarılmasına və ya zərərsizləşdirilməsinə çalışırdı.
İkincisi, radikal müxalifəti dəstəkləyib onlara əlaltından yardım etməklə ölkədə ictimai-siyasi sabitliyi pozmağa, xaos yaratmağa və bununla da öz çirkin niyyətlərini həyata keçirməyə cəhd edirdi.

2003-cü il 15 oktyabr prezident seçkilərinin ilkin nəticələrindən sonra radikal müxalifətin küçələrə çıxmasının əsas səbəbkarı da məhz Ramiz Mehdiyev və onun ətrafı idi. Mehdiyevin məqsədi ölkədə xaos yaratmaq idi. Plan baş tutmadıqda isə aksiya iştirakçılarına qarşı sərt tədbirlərlə Azərbaycanın demokratik imicinə və hakimiyyətin nüfuzuna zərbə vurmağa çalışdı. Bu yolla o, hakimiyyət üçün “lazımlı şəxs” olduğunu sübuta yetirmək istəyirdi.

Sonrakı illərdə Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın qazandığı uğurlar Ramiz Mehdiyev tərəfindən qısqanclıqla qarşılandı. Radikal müxalifətin ölkə daxilində təsirini itirdiyini görən Mehdiyev bu dəfə xaricdə “söyüş müxalifəti” adlanan qrupun formalaşmasına dəstək verdi. Onların “ağızlarından fəaliyyəti” göz qabağındadır. Lakin bu da nəticə vermədi, çünki xalq kimin kim olduğunu yaxşı bilirdi və belə təxribatlara uymadı. Əksinə, Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək düşmənlərin niyyətlərini puça çıxardı.

Nəticədə, kölə psixologiyasına sadiq Ramiz Mehdiyevin xəyanəti üzə çıxdı. O, 2019-cu ildə vəzifəsindən uzaqlaşdırıldı. AMEA-da rəhbər olan zaman da dinc durmadı. Ramiz Mehdiyev yenə də öz çirkin əməllərindən əl çəkmədi. “5-ci kolon”un dəstəyindən istifadə etməklə Azərbaycan dövlətçiliyini zəiflətməyə davam etdi.

2022-ci ildən AMEA-dan uzaqlaşdırılan Mehdiyev Moskvadakı himayədarlarına sadiqliyini sübut etmək üçün ölkəmizə qarşı fəaliyyətini gizli şəkildə davam etdirdi.

Nəticə isə bəllidir: Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçib. Ramiz Mehdiyevə qarşı Cinayət Məcəlləsinin 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama), 274-cü (dövlətə xəyanət) və 193-cü (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə cinayət işi açılıb. Bu isə hələ son deyil. Ömrünü xəyanətə sərf edən Mehdiyevin əməlləri cavabsız qalmayacaq.

İstintaq onun Azərbaycan dövlətçiliyinə və bu siyasəti yürüdən Prezidentə qarşı hərəkətlərini tam araşdıracaq və Mehdiyev layiqli cəzasını alacaq.
Dünən, 12:00
Avropada qaz qiymətləri kəllə-çarxa qalxdı: Bazarda böyük təlaş yaranıb
Dünən, 11:17
Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı - Bunları etiraf etdi
Dünən, 11:00
Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
Dünən, 10:55
Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
Dünən, 09:59
"Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
Dünən, 09:42
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
Dünən, 09:37
Polşada gərginlik pik həddə çatdı - Onlar vəzifədən uzaqlaşdırıldı
Dünən, 09:00
Bilgəhdə şok: "Ağac əkməyin, ölüm təhlükəsi ilə üzləşərsiniz"
30-10-2026, 16:00
Tikinti şirkətləri ilə sakinlər arasındakı mənzil davası – KİM HAQLIDIR?
30-10-2026, 15:30
Məhkəmədən disk oğurlandı, saxtakarlıqlar üzə çıxdı! – 5 milyonluq əmlakın ələ keçirilməsinin ŞOK TƏFƏRRÜATLARI
30-10-2026, 14:23
Putindən Avropaya açıq müharibə anonsu: “Çox irəli getsəniz...!”
30-10-2026, 13:00
Bakı və İrəvan üçün KRİTİK 2027: Gələn ilin yazı...
30-10-2026, 12:30
Onların gəlirindən 10 faiz vergi tutulacaq - YENİ LAYİHƏ
30-10-2026, 12:08
Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək
30-10-2026, 11:26
Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa olundu
30-10-2026, 10:48
Əli Əsədov İrakli Kobaxidze ilə görüşdü
30-10-2026, 10:45
Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
30-10-2026, 10:33
Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
30-10-2026, 10:13
"Böyük Dəbilqə": Hidayət Heydərov və digər iki cüdoçu mübarizəyə başlayır
30-10-2026, 10:10
Bu marşrutlar "20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan çıxarılır
30-10-2026, 10:06
FIFA U-15 dünya çempionatının qalibi bu gün müəyyənləşəcək
30-10-2026, 09:49
Azərbaycan nefti 3 dollar ucuzlaşdı
30-10-2026, 09:46
Bəzi yerlərdə yağıntılar intensivdir - Faktiki hava
30-10-2026, 09:42
Fransada böyük etiraz dalğası: 70 min polis və jandarm səfərbər edilir
30-10-2026, 09:38
Avropa ölkələri Rusiya ilə danışıqlara nümayəndə tapa bilmir
30-10-2026, 09:34
Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR - EKSKLÜZİV
30-10-2026, 09:31
Maaşı istədiyimiz bankın kartı ilə ala biləcəyik - Bu tarixdən