İtkin mətbuat xidməti rəhbərinin əmisi də yoxa çıxdı
Kriminal
Oxunub: 959
17 mar 2016 | 19:53
İtkin mətbuat xidməti rəhbərinin əmisi də yoxa çıxdıİradə Cavadova: “Ola bilsin ki, bu işdə daha yüksək vəzifəli şəxslərin barmağı var”

Tələbə Qəbulu üzrə Dövlət Komitəsi (TQDK) mətbuat xidmətinin keçmiş rəhbəri Elnur Nağızadənin adı hallanan 150 min dollarlıq qalmaqal Məleykə Abbaszadəni də çətin durumla üz-üzə qoyub.

E.Nağızadədən 2 şikayətçi var. 2 ay əvvəl Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov hüquq-mühafizə orqanlarına verdikləri şikayət ərizələrində 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar.

Bu ilin yanvarında E.Nağızadə vəzifəsindən çıxarıldı. Fevralda isə məsələ mətbuatda tirajlanmağa başladı. E.Nağızadə isə “Bu haqda xəbərim yoxdur. İlk olaraq sizdən eşidirəm. Yalan informasiyadır” deməklə yaxasını ittihamlardan kənara çəkməyə çalışdı. Bir neçə gün əvvəl E.Nağızadənin əmisi Tahir Nağıyev “Bizim də deyəcəklərimiz var. Elnura qarşı ittihamlar əsassızdır. 2 aydan çoxdur ondan xəbər ala bilmirik, danışa bilmirik.

İki uşağı qalıb ortada. Kimlərsə Elnuru yoxa çıxarıb. Elnurun həyatı təhlükədədir, ölüm təhdidləri alıb” deyə, bildirmişdi. T.Nağıyev TQDK sədri Məleykə Abbaszadəni hədəf götürərək ünvanına bir sıra kəskin ittihamlar səsləndirmiş və mətbuat konfransı keçirərək bütün dediklərini əsaslandıracaqlarını söyləmişdi. Lakin T.Nağızadə vəd etdiyi konfransı keçirib media nümayəndələri qarşısına çıxmadı.

Martın 16-da gün ərzində T.Nağızadə ilə əlaqə saxlamaq istəsək də, cəhdlərimiz baş tutmadı. Baş Prokurorluğun yaydığı məlumata görə, Elnur Nağızadə ilə bağlı daxil olmuş şikayət əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb. E.Nağızadə başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilərək axtarışa verilib. Hazırda onun tutularaq istintaqa cəlb edilməsi istiqamətində istintaq və əməliyyat axtarış tədbirləri davam etdirilir.

musavat.com
Dünən, 16:00
Qafqazda əsas savaş yollar uğrunda olacaq - İDDİA
Dünən, 13:42
Kafedə döyüb naməlum ünvana apardılar, 25 min manat istədilər
Dünən, 13:35
Koçaryan indi də xəstəxanaya aparıldı - Yenilənib - Video
Dünən, 12:32
Böyük Qayıdış Davam Edir: Xocavəndə Daha 191 Sakin Doğma Yurduna Qayıdır
Dünən, 12:06
“Hadrut fatehi”nin xanımı da tələbə oldu
Dünən, 12:01
Bu xəstəxanaya yeni direktor təyin olundu
Dünən, 11:56
Bu gecə metro 1 saat artıq işləyəcək
Dünən, 11:51
9 yaşlı qıza ögey anası zorakılıq etdi: DİN-dən reaksiya
Dünən, 11:41
İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi
Dünən, 11:23
Yağış, şimşək, duman - Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Dünən, 10:58
Şəhid yoldaşı ali məktəbə qəbul oldu - FOTO
Dünən, 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə SƏRT XƏBƏRDARLIQ
Dünən, 10:47
Səhər saatlarında İrəvandan XOŞ XƏBƏR GƏLDİ - YENİLƏNDİ
Dünən, 10:05
Şəhid anası da tələbə adını qazandı - Foto
Dünən, 10:00
Paşinyan yenə Başkənd dedi - Çıxış yolları AÇIQLANDI
Dünən, 09:50
Ukrayna Rusiyada dəmir yolunu və neft zavodunu VURDU: Ölənlər var
Dünən, 09:45
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu
Dünən, 09:38
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Dünən, 09:32
Bakının mərkəzində ağır qəza, 32 yaşlı kişi öldü
Dünən, 09:29
Robert Koçaryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə aparılıb
Dünən, 09:22
Türkiyəni ayağa qaldıran məhkəmə qərarı açıqlandı
Dünən, 09:17
Bu da baş verdi-Neft nəhəngi Rusiyada benzin qıtlığı: indi Türkiyədən yanacaq istəyir
Dünən, 09:00
“17 il Ermənistanın dəmir yoluna pul tökdük, Azərbaycan və Türkiyədən xilas etdik” – Rusiya böyük “razborka”ya başladı
24-08-2026, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
24-08-2026, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
24-08-2026, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
24-08-2026, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ