Bakıda “tikinti bumu” bitir: “Ulduz”da 100 ha-lıq… - YENİ PLAN... YENİ DÜZƏN...
Bakı şəhərinin Baş Planı təqdim olunub. Baş Plan “AS+P Albert Speer+Partneer GMBH” şirkəti (Almaniya) tərəfindən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (DŞAK) sifarişi əsasında hazırlanıb. Layihə qrafika və mətn hissədən ibarət olmaqla 226 səhifəlik bir sənəddir. Əsasən Bakı şəhərinin 2040-cı ilə qədər inkişafını nəzərdə tutan 2020-2027-ci və 2028-2040-cı illəri əhatə edəcək 2 mərhələni nəzərdə tutur. Qeyd olunacaq müddət ərzində ümumilikdə paytaxtın müxtəlif istiqamətli inkişaf-şəhərsalma konsepsiyası üçün nəzərdə tutulan maliyyə vəsaitinin məbləği 93,5 milyard manatdan bir qədər artıqdır. Həmin məbləğin 33 milyard manatdan çoxu bilavasitə özəl investisiya mənbələri hesabına, qalan 60,5 milyard manatı isə dövlət (büdcə və s.) və dövlət+özəl maliyyə mənbələri hesabına qarşılanacaq.
Axar.az xəbər verir ki, bu barədə əmlək eksperti Ramil Osmanlı Bakının ötən gün təqdim edilən Baş Planı haqda ilkin təəssüratını bölüşərkən qeyd edib.
Ekspert bildirib ki, layihənin icrasına iki qurumun nəzarət edəcəyi sənəddə öz əksini tapır ki, burada da əsas arbitr Şəhərsalma Komitəsidir:
“Əsas oyunçuların və bir sıra icraçı qurumların proqramdan sıxışdırılıb çıxarılmasını sürpriz hesab etmək olar. Diqqəti çəkən ikinci - İnvestisiya Holdinqinin nəzdində yaradılması nəzərdə tutulan Azərbaycan İnkişaf Korporasiyası adlı (!) yeni qurumdur. Mənə tam aydın olmayan Bakının Baş Planının icrası ilə bağlı nəzərdə tutulan ikinci dərəcəli qurumun bütün ölkə coğrafiyasına hesablanması ilə bağlı olan məqamdır. Nəhayət burada bir istiqamət də Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunmalı olan vacib bir sənədin – CİS-in (Coğrafi İnformasoya Sistemi) hələ ki, hazır olmamasıdır. Arzu edək ki, Xidmət bu sənədi tez bir zamanda ortaya qoysun, çünki bu, layihənin ərazi fəaliyyət planlaması və rayonlar və fərdi torpaq sahələrinin müəyyən olunması üçün çox vacibdir”.
R.Osmanlının vurğulayıb ki, layihədə ən diqqət çəkən məqamlardan biri də DÖƏ-nin (dövlət-özəl əməkdaşlığı) qurulması məqsədi ilə Köməkçi Korporasiyaların yaradılması məsələsidir:
“Açığı bu layihəni əvvəlki kimi Asiya ölkələrindən birində fəaliyyət göstərən bir şirkət hazırlamış olsaydı, bu məsələnin üzərindən sakit keçmək olardı. Amma Almaniyada fəaliyyət göstərən bir şirkətin hər fürsətdə əlini dövlətə tərəf, büdcə vəsaitlərinə uzatması maraqlı görünür.
Baş Planda infrastrukturla bağlı geniş proqramların nəzərdə tutulması, ictimai nəqliyyatın inkişafı, alternativ enerjiyə diqqətin artırılması, yaşıl və sağlam ətraf mühitin inkişaf etdirilməsi təqdirəlayiqdir və qeyd olunan rəqəmlər reallaşarsa, ümid edirəm ki, 2040-cı ilin Bakısı tamamilə fərqli bir şəhər olacaqdır. Amma ekosistemin əsas sahələrindən biri olan tikinti sektoru, xüsusilə mənzil tikintisi, deyəsən, priorotetlərdən uzaqlaşıb, ya da başqa şəhərlərə doğru uzanıb. Belə olmasaydı, 2027-ci ildə adambaşına düşən mənzil sahəsi 23,6 kv.m-dən cəmi 1,2 kv.m artımla 2040-cı ildə 24,8-də dayanmazdı…
Ən maraqlı və layihənin ilkin mərhələsi üçün nızərdə tutulan “Ulduz” metrostansiyası ətrafındakı 100 ha-lıq sənaye ərazisinin yenidən qurulması və Heydər Əliyev Beynəlxalq Hava Limanı yaxınlığında yeni xidmət sahələrinin inkişafı ilə bağlı prioritetlərdir. Xüsusilə “Ulduz” metrosu tərəfdəki sənaye istiqamətinin içərisində ölkənin inşaat materialları idxalının azaldılması sənəddə xüsusi olaraq qabardılır, amma bunun təqribən 3-4 kilometr ərazidə yaradılacaq 60 ha-lıq Böyükşor ekoloji parkına uyğun olub-olmaması yaddan çıxarılır…”
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Dünən, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Dünən, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Dünən, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Dünən, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?