Xaricə pul köçürmələrindən icbari haqq tutulacaq
?Ölkəyə kapital axını liberallaşdırılır?
Azərbaycan parlamentinin "Valyuta tənzimi haqqında" qanunda edilməsi nəzərdə tutduğu dəyişikliklərin biri xaricə pul köçürülmələrinə icbari yığımların tətbiqi ilə bağlıdır.
Fiziki şəxsin özünün və (və ya yaxın qohumunun (əri (arvadı), valideynləri, o cümlədən ərinin (arvadının) valideynləri, babaları və nənələri, övladları, övladlığa götürənləri (götürülənləri), qardaşları və bacıları) adına xarici ölkədə açılmış hesablara 50 min ABŞ dolları ekvivalentindən yuxarı məbləğdə vəsaitin köçürülməsi üzrə - təqvim ili ərzində bundan artıq məbləğin 20%-i miqdarında icbari yığım tutulacaq.
Burada fiziki şəxs tərəfindən həmin təqvim ili ərzində hesab açmadan xarici valyutada apardığı pul köçürməsi əməliyyatları da nəzərə alınacaq.
Bununla yanaşı bildirilir ki, müalicə haqqının ödənilməsi ilə bağlı xarici səhiyyə müəssisəsinin hesabına ödənişlər, təhsil haqqının ödənilməsi ilə bağlı xarici təhsil müəssisəsinin hesabına ödənişlər, xarici ölkələrin məhkəmə və hüquq-mühafizə orqanları qərarlarının icrası ilə bağlı ödənişlər istisna hallarına aiddir.
Həmçinin, valyuta əməliyyatları ödəniş kartları vasitəsilə həyata keçirildikdə rezident və qeyri-rezident fiziki və hüquqi şəxs bu barədə əməliyyatın aparıldığı gündən bir ay müddətində ödəniş kartının emitenti olan müvəkkil banka əməliyyatın məbləğinin 20%-i miqdarında dövlət büdcəsinə icbari yığımın ödənilməsini təsdiq edən sənədi təqdim etməlidir.
Belə sənəd banka təqdim olunmadıqda bank müvafiq valyuta əməliyyatlarının aparılması ona məlum olduğu vaxtdan 5 iş günündən gec olmayaraq bu barədə məlumatı ödəniş kartı ilə müvafiq əməliyyatın aparılmasını təsdiq edən sənədlərlə birgə Azərbaycan Mərkəzi Bankına təqdim edir.
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib