Azərbaycanda bahalaşma tempi azalıbmı? - Ekspert danışır
Iqtisadiyyat
Oxunub: 585
19 in 2023 | 18:50
Azərbaycanda bahalaşma tempi azalıbmı? - Ekspert danışır


Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi Azərbaycanda 2022-ci ilin yanvar-may aylarına nisbətən 13.1 faiz təşkil edib. Qeyd edilib ki, bu 2022-ci ilin maksimum zirvəsi olan 13.9 faiz səviyyəsindən 0.8 faiz bəndi aşağıdır. Yəni 2023-cü ilin may ayında ölkə ərazisində 0.4 faizlik aylıq deflyasiya qeydə alınıb. Ötən ilin may ayına nisbətən istehlak qiymətləri indeksi 11.5 faiz təşkil edib.
Deflyasiya nədir?
İqtisadçı Pünhan Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, deflyasiya iqtisadiyyatda məhsul və xidmətlərin qiymətlərinin ümumi azalmasıdır, başqa sözlə qiymət artımlarını təcəssüm etdirən inflyasiyanın güzgü effektidir. Beləliklə, deflyasiya həm də zaman keçdikcə milli valyutanın alıcılıq qabiliyyətinin yüksəlməsilə xarakterizə olunan prosesdir. Onun sözlərinə görə, əmtəə qiymətlərinin enişi və pulun alıcılıq qabiliyyətinin yüksəlməsi ilk baxışdan yaxşı bir şey kimi görünsə də, lakin bu, heç də həmişə belə olmur. Çünki iqtisadiyyat gözləntilər əsasında formalaşır və insanlar qiymətlərin aşağı düşdüyünü hiss etdikdə sonradan daha ucuz almaq ümidi ilə alışlarını ertələyir, pullarına qənaət etməyə çalışırlar.

“Birinin xərci digərinin gəliri olduğundan, bu da biznesi potensial gəlirdən məhrum etməklə istehsalda durğunluğa səbəb ola bilər. Müasir təsərrüfatçılıq da təkcə istehsalla məhdudlaşmadığına görə, deflyasiyanın maliyyə sisteminə də təsirləri nəzərə alınmalıdır. Xüsusən, əvvəlki dövrdə borclananlar deflyasiya zamanı daha artığını ödəmək məcburiyyətində qalır. Məsələn, bir il öncə “X” həcmdə aldığımız məhsulun dəyəri qədər borc götürdüyümüzü və bu müddətdə qiymətlərin 2 dəfə azaldığını fərz etsək, deməli, borcumuz üçün ödədiyimiz vəsait “2X” həcmində məhsul dəyərinə bərabər olacaqdır. İnvestor nöqteyi-nəzərindən isə, deflyasiya qiymət artımları perspektivinə sərmayə qoyan bazar iştirakçılarının zərərə məruz qalması ilə də nəticələnə bilər. Yəni, tunelin sonunda görünən işıq heç də həmişə tunelin çıxışına deyil, bəzən gələn qatara da işarə edə bilir. Bu baxımdan, onilliklər ərzində iqtisadçılar arasında ən əsas problemlərdən biri hesab olunan deflyasiya həm də ciddi araşdırma mövzusuna da çevrilib”- deyə Musayev izah edib.

İqtisadçı deyir ki, deflyasiyanın potensial (müsbət və mənfi) təsirlərini qiymətləndirmək üçün öncə onun səbəblərini təhlil etmək lazımdır. Klassik anlamda deflyasiya əsasən monetar və məcmu tələbin azalması, həmçinin istehsal və məhsuldarlığın artması kimi səbəblərdən baş verə bilər. Monetar deflyasiya dövriyyədəki pul və ya tədiyə vasitəsi olan digər maliyyə alətlərinin azalması nəticəsində yaranırsa, məcmu tələbin azalması çox böyük psixoloji təsirlə birbaşa iqtisadiyyatın daralmasına səbəb olur. İstehsal və məhsuldarlığın artması isə, deflyasiyanın “yaxşı” səbəblərindən hesab edilə bilər. Çünki bu daha çox texnologiyanın inkişafı və əməliyyat təkmilləşdirmələri hesabına baş verir. Bu zaman isə, biznes daha səmərəli fəaliyyət göstərir.

“Son bir neçə on illikdə texnoloji təkmilləşdirmələr kompüter, informasiya texnologiyaları sahəsində ciddi irəliləyəşlərə səbəb olmaqla, məhsulların orta qiymətinin əhəmiyyətli dərəcədə azalmasına səbəb oldu. Məsələn, ABŞ-da 50-ci illərdə 1 terabayt diskin qiyməti milyard dollarla ölçülürdüsə, indi bu qiymət bir neçə dollara bərabərdir. Elə üçüncü minillikdən bəri dünya üzrə inflyasiyanın aşağı olmasının da əsas səbəblərindən biri sənaye məhsuldarlığının artması və texnologiyanın inkişafı oldu. Texnoloji yüksəliş istehsal xərclərini endirməkdən əlavə, internet vasitəsilə informasiya və reklam qiymətlərini də əhəmiyyətli səviyyədə azaltdı. Digər mühim faktorlar isə Çin və post-sovet regionunun əmək-xammal resursları ilə beynəlxalq aləmə inteqrasiyası və dünya əhalisinin qocalmasından irəli gələn aşağı əməkhaqqı, yüksək yığım motivləri oldu”-deyə iqtisadçı əlavə edib.

Pünhan Musayev Yaponiya nümunəsini misal çəkərək qeyd edib ki, müasir dünyanın ən bariz deflyasiya nümunəsi isə sözsüz ki Yaponiyadır. Belə ki, ötən əsrin sonları birja və tikinti “köpüyü”nün partlaması qocalan əhali problemi ilə birləşərək yığıma meyilli artırır. Bu isə, Yaponiyanı “deflyasiya spiralı”na sürükləyir. Uzun illər ölkənin Mərkəzi bankı pul təklifini artırıb, hətta mənfi faiz dərəcəsi siyasəti tətbiq etsə də problem tələb qaynaqlı olduğundan, onun qarşısını almaq olduqca müşkülə çevrildi. Məhz ona görə təsadüfi deyildi ki, dünya ölkələri 10%-i keçməyən inflyasiya ilə mübarizə apardığı halda, Yaponiya son bir ildə inflyasiyanın 2%-in üzərində durması üçün hər cür səy göstərirdi.
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Dünən, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Dünən, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Dünən, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Dünən, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?