«Dəmir Bank»da fırıldağın üstü açıldı

Qarabağ əlilinin adına saxta yolla 50 min manat kredit «borcu» yazılıbmış
Qarabağ əlilinin adına “DəmirBank” ASC Sumqayıt filialında olan saxta “ 50 min manat ” kredit ləğv edildi və filialın keşmiş müdiri Rahim Maqsudov dələduzluq maddəsi ilə məsuliyyətə cəlb edildi
2-ci qrup Qarabağ müharibəsi əlili Azər Rəşidov təsadüfən ”DəmirBank “ASC Sumqayıt filialında onun adına külli miqdarda kredit borcu olduğu barədə məlumat əldə edib. Redaksiyamıza verilən məlumata görə, Rəşidov bununla əlaqədar 05.02.2014-ci il tarixdə Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestri xidmətinə ərizə ilə müraciət edib. Və ərizəyə cavab olaraq ona 05.02.2014-ci il tarixli 19-5/934 saylı mərkəzləşdirilmiş kredit reyestrindən çıxarış təqdim olunub. «Reyestrdən çıxarışa əsasən mənə məlum oldu ki, adıma “DəmirBank” ASC-də 25 dekabr 2007-ci il tarixdən 32440 manat kredit və 47942 manat faiz borcu var. Sonra isə mən filialdan kreditin hansı müqaviləyə əsasən onun adına rəsmiləşdirilməsi, kim tərəfindən kreditin götürülməsi, əgər səhv məlumatdırsa dərhal adımdan silinməsini,əks halda hüquq mühafizə orqanlarına müraciət edəcəyim barədə məktub yolladım. Amma bu cəzdlərimin hamısı boş qaldı».
Azər Rəşidov qeyd edir ki, bununla əlaqədar Baş Prokurorluğa müraciət edərək, məsələnin araşdırılmasını istəyib. «Lakin 6 aydan artıq müddət keçməsinə baxmayaraq Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində bu işin araşdırılmasıyla bağlı heç bir nəticə hasil olmadı».
Redaksiyamıza danışan zərərçəkən bildirib ki, məsələnin hüquq müstəvisində araşdırılması üçün Nərimanov rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalıb. «Nərimanov rayon Məhkəməsi ədalətli qərar qəbul edərək mənim adıma olan saxta kredit müqaviləsinin etibarsız hesab edilməsi, mənə dəymiş mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxardı. Eyni zamanda məhkəmə tərəfindən “DəmirBank” ASC-nin Sumqayıt filialının sabiq müdiri Maqsudov Rahim Maqsudəli oğlunun əməllərində Cinayət Məcəlləsinin 178,3.2 , 308, 310 maddələrinin tərkibi olduğu üçün müvafiq araşdırmaların aparılması barədə Azərbaycan Respublikası Prokurorluğuna müraciət edilməsi barədə xüsusi qərardad qəbul edildi».
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Dünən, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Dünən, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Dünən, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Dünən, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?